Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Tərtər şəhər Heydər Əliyev prospektində Olimpiya İdman Kompleksinin qarşısında ağacəkmə aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, rayon icra hakimiyyəti başçısı aparatının, İƏD üzrə nümayəndəliklərin, Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin əməkdaşları iştirak ediblər.
Aksiya çərçivəsində ərazidə 200 ədəd eldar şamı əkilib, əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.