Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,620
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 04Mar

    Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
    Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə iştirak edən rayon icra hakimiyyəti aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, YAP rayon təşkilatının nümayəndəsi Gündüz Alıkişiyev, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Fərəc Rzayev iştirakçılara soyqırımının səbəbləri və ağır nəticələri barədə məlumat veriblər.
    Qeyd olunub ki, Azərbaycan xalqı erməni silahlı birləşmələrinin törətdikləri Xocalı soyqırımını heç vaxt unutmayacaq.
    Sonra yarışlara start verilib. Birincilikdə 60 nəfər şahmatçı iştirak edib. Yarış 3 gün davam edib, I, II və III yerlərə layiq görülən şahmatçılar qiymətli hədiyyələr və fəxri fərmanlarla mükafatlandırılıblar.

     

    Müəllif: Redaktor, 10:13

İsmarıclar bağlıdır.