Son illərdə ölkəmizdə kənd təsərrüfatı sürətlə inkişaf edərək, qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən birinə çevrilmişdir. Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağrışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş və bu sahənin inkişafı üçün əlverişli imkanlar yaratmışdır.
Aqrar sektorun aparıcı və həlledici sahəsi olan kənd təsərrüfatında aparılmış islahatlar və görülmüş işlər öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatının şaxələndirilməsi, spesifik və ixrac yönümlü məhsulların yetişdirilməsi, əkinçiliyin və heyvandarlığın inkişafı istiqamətində atılan addımlar, xüsusən bir sıra ənənəvi sahələrin, məsələn, baramaçılıq, tütünçülük, üzümçülük, pambıqçılıq və bu kimi sahələrin yenidən dirçəldilməsi kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verib.
Rayon üzrə 2021-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 25550.6 hektar olmuşdur. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2020-ci ilə nisbətən 22 hektar və ya 0.1 faiz azalmışdır. Əkin sahəsinin 9017.7 hektarını və yaxud 35.3 faizini dənli və dənli paxlalı bitkilər, 5882.7 hektarını və yaxud 23 faizini texniki bitkilər, 1624 hektarını və yaxud 6.4 faizini kartof, bostan və tərəvəz bitkiləri, 9026.2 hektarını və yaxud 35.3 faizini yem bitkiləri təşkil etmişdir. Daha ətraflı »
-
31YanKənd təsərrüfatı 2021-ci ildəTərtər rayonunda kənd təsərrüfatı bitkiləri məhsullarının toplanışı haqqında üçün şərhlər bağlıdır
-
31YanMilli-mənəvi dəyərlər Mən belə düşünürəm üçün şərhlər bağlıdır
GƏLİN, GÜVƏNİLƏSİ QADIN OLAQ
Tez-tez internet səhifələrində hansısa qadının uşaqlarını, həyat yoldaşını qoyub başqası ilə qaçdığı, hətta sevgilisi ilə birləşib həyat yoldaşını qətlə yetirən qadınlar haqqında da xəbərlər oxuyuruq.
Xəyalən keçmişə – uşaqlığıma qayıdıram. Babam repressiya illərinin qurbanı olub, ge-cəylə aparılıb, ancaq nə öldüsündən, nə qaldısından xəbər çıxmayıb. Nənəm heç yerə getməz, ölü-diri yerinə gedəndə də tez evə qayıdardı ki, bəlkə “kişi gəldi, məni evdə tapmadı, birdən əsəbləşər, deyər ki, mən olmayanda elə sən qonşuları gəzmisən”.
Nə qədər ibrətamizdi, deyilmi? Həyat yoldaşı olmasa da onun adına layiq hərəkət etmək, özündən çox ona ləkə gətirəcək hərəkətləri fikirləşmək.
Yazımın əvvəlində həyat yoldaşını qoyub başqası ilə qaçanları ana yox, qadın adlandırdım. Çünki ana adı müqəddəsdir, çox uzaq olmayan keçmişimizdə müharibədə Daha ətraflı » -
31YanHərbi vətənpərvərlik İstedadları tanıyaq üçün şərhlər bağlıdır
HÜSEYN ZƏFƏR TARİXİMİZLƏ FƏXR EDİR
Mən sizə Aslan Kərimov adına şəhər 3 saylı ümumi orta məktəbin V sinif şagirdi olan Hüseyn İsayevdən danışmaq istəyirəm. Ağıllı və çalışqan şagirdimiz bu yaxınlarda məktəbimizdə V-VI siniflər arasında keçirilən “Qarabağ Azərbaycandır” adlı yarışda qalib gəlmiş və məktəb rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif olunmuşdur.
Ötən ilin dekabr ayında Heydər Əliyev Mərkəzində “Zəfər tariximiz” adlı yarışın keçiriləcəyini eşidən Hüseyn çox həyəcanlandı və yarışmaya böyük həvəslə hazırlaşmağa başladı. Çalışqan olmaqla yanaşı, Hüseyn həm də iradəlidir. Qarşısına qoyduğu məqsədə nail olmaq üçün o, əlindən gələni etdi və qələbə qazandı. Bəli, Hüseyn İsayev rayonumuzun məktəbliləri arasında keçirilən “Zəfər tariximiz” adlı müsabiqədə birinci yerə layiq görüldü və Fəxri fərmanla təltif olundu.
Bu ilin yanvarında isə o, rayon tarix diyarşünaslıq muzeyinin təşkil etdiyi “İstedadlarımızı tanıyaq” adlı müsabiqədə birinci yeri qazandı və bununla da yeni ildə özünün ilk uğuruna imza atdı. Bu müsabiqədən də əliboş dönməyən şagirdimiz yenə də Fəxri fərmanla təltif edilmişdir.
Hüseyn deyir ki, mən “Dəmir yumruq” ətrafında cəmlənən ordumuz və xalqımızın qazandığı Zəfərlə fəxr edirəm. Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda şəhid olanlara Allahdan rəhmət, qazilərə cansağlığı arzu edirəm.
Biz də balaca qəhrəmanımızın bu gözəl diləyinə qoşuluruq və ümid edirik ki, onun uğurları gələcəkdə də davam edəcək. Hüseyn böyüyəndə atası kimi hərbçi olmaq arzusundadır. Bu yolda ona uğurlar diləyirik.Kifayət Kərimova,
şəhər 3 saylı ümumi orta
məktəbin tarix müəllimi -
31YanƏdəbiyyat Payız meşəsinə yarımçıq məktub üçün şərhlər bağlıdır
Ey payız meşəsi, xoş gördük səni!
Ey könül həmdəmim, uzaqdan, salam!
Ruhu asimanda, özü Vətəndə,
Qəlbi sinəsində dustaqdan, salam!Palıdlar, cökələr, ağcaqayınlar
Cevizlər, fıstıqlar, vənlər necədir?
Yəqin dağdağanlar yenə qayğılı,
Yəqin ki, çinarlar yenə ucadır…Hüsnündə gəzdimi Tanrı fırçası,
Aləmi sardımı dilsiz bir heyrət?
Hər yarpaq bir alov,bir od parçası,
Özü möcüzədir ana təbiət.Durur xatirəmdə hər cığır, hər iz,
Sinəmdə həsrətdən dağlar ucalır.
Orda gözü yolda qalmısınız siz.
Burda Meşəbəyi Zeynal qocalır.Başının üstündən durna qatarı
Vida nəğməsiylə uçub getdimi?
Qəflətən qopan bir payız rüzgarı
Töküb yarpaqları xəzan etdimi?Qeyrətim olaydı, qaçıb gələydim,
Dəyəydi sinəmə düşmən gülləsi.
Sənin torpağını qucub öləydim,
Dilimdə sonuncu “şükür” kəlməsi.Dərin dərələrdən süzülüb gələn
Xəzəlli suların döndümü bala?
Elatı perikən, ovçusu ölən
O dağlar qaldımı yenə marala?Qanım çilənəydi al xəzəllərə,
Tökdüyüm günahsız cüyür qanı tək.
Ağaclar başıma fırlanaydılar,
Fələyin amansız dəyirmanı tək.Misilsiz, qənirsiz meşə gözəli
O ulas dururmu Almalı Şişdə?
İstidə, quzeydə yatırmı əlik,
Güneydə bənövşə bitirmi qışda?Hıçqırıb yuxudan qalxaydı gülüm,
Anam yuxusunu qarışdıraydı.
Vətən torpağında bəxtəvər ölüm,
Məni taleyimlə barışdıraydı
Zabil Süleymanoğlu -
31YanDigər Təmizlik həftəsində mütəşəkkillik üçün şərhlər bağlıdır
Ölkə ərazisində 19 yanvar tarixindən 26 yanvar 2022-ci il tarixədək təmizlik-abadlıq həftəsi keçirilib. Bu tədbirə rayonun idarə, müəssisə və təşkilatları ilə birgə rayon sakinləri də cəlb edilmişlər.
İdarəmiz üzrə təmizlik həftəsində görüləcək işlər barədə tədbirlər planı tutulmuş və görülməsi nəzərdə tutulan işlərin qrafiki tərtib edilmiş, işlərin mütəşəkkil icrasına məsul şəxslər müəyyənləşdirilmişdir. Təmizlik həftəsində işlərin görülməsinə 1 ədəd yedəkli traktor, 2 ədəd “KamAZ” markalı, 1 ədəd “Şaqman” markalı yükdaşıyan maşın, 2 ədəd yükləyici və 270 nəfər işçi qüvvəsi cəlb edilmişdir.
Şəhərin Sahil, Şah İsmayıl Xətai, Cavanşir, Teymur Rəhimov, Elman Hüseynov küçələrində, Heydər Əliyev prospektində, Tərtər-Bərdə, Tərtər-Gəncə, Tərtər-Suqovuşan yollarında təmizlik-abadlıq, ağacların budanması, su arxlarının çəkilməsi və sair işlər görülmüşdür. 320 kubmetr məişət tullantıları daşınaraq zərərsizləşdirilmişdir. Bu işlərin görülməsində sürücülərdən Elbrus Məmmədov, Səməddin Məmmədov, Akif Orucov, elektrik mişarı ilə ağackəsən Vüqar Alməmmədov, briqadirlər Vüqar Əzizovun, Məhyəddin Quliyevin, Şahin Məmmədovun, Rəşad Həsənovun briqadaları, süpürgəçilər Cəmalə Səfərova, Rəqsanə Nəbiyeva, Təranə Şabanova, Məlahət Nəbiyeva, Bahar Babayeva, fəhlələrdən Elçin Əsgərov, Anar İbrahimov fərqlənmişlər.
Təmizlik həftəsinin mütəmadi təşkili şəhər ərazisində təmizliyin qorunmasına, udduğumuz havanın gigiyenik baxımdan saflığına səbəb olur. Həm də rayon ictimaiyyəti arasında razılıq hissi ilə qarşılanır.Saleh Qəhrəmanov,
Tərtər Şəhər Kommunal
Təsərrüfatı İdarəsinin rəisi -
24YanDigər Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılması əlamətdar hadisədir üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib.Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti 2019-cu ildə heykəlin hazırlanması üzrə açıq müsabiqə elan etmişdi. Müsabiqəyə təqdim olunan layihələr arasından Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib seçilib. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.
Hacı Zeynalabdin Tağıyev gəlirinin xeyli hissəsini xeyriyyəçiliyə, doğma şəhərinin inkişafına və abadlaşdırılmasına sərf edir, istedadlı gəncləri xaricdə təhsil almağa göndərir, artistlərə sponsorluq edir. Bakıda müsəlman Şərqində ilk dünyəvi qız məktəbini açması onu zəmanəsinin ən mütərəqqi insanları ilə bir cərgəyə qoyur. O dövrdə müsəlman qızlar üçün müasir məktəbin açılması böyük cəsarət tələb edirdi. Çar üsul-idarəsi məktəbin açılmasına mane olur, cahil ruhanilər qızların oxuması ilə heç cür razılaşmırdılar. Məktəbin açılmasına icazə almaq üçün Hacı çariça Aleksandra Fyodorovnaya qiymətli hədiyyə bağışlayır və məktəbə onun adının verilməsini təklif edir. Nəhayət, məqsədinə çatır. Böyük maarifçi, Azərbaycanda ilk qəzetin – “Əkinçi”nin naşiri Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova məktəbə ilk direktor təyin olunur. Məktəbə qəbul edilən 58 qızın 35-i yoxsul ailədən çıxmışdı. Onların təhsil haqqını, yemək və geyim xərclərini Tağıyev öz üzərinə götürür. Da Bay adlı bir fransız Parisdə nəşr olunmuş kitabında Bakıda müsəlman qız məktəbinin açılmasını ağlasığmaz möcüzə adlandırırdı. Daha ətraflı »
-
21YanMilli-mənəvi dəyərlər 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu üçün şərhlər bağlıdır
1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.Milli maraqlara zidd addımlar atan Azərbaycanın ozamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi Daha ətraflı »
-
19YanDigər 20 Yanvar Ümumxalq Hüzn Günüdür üçün şərhlər bağlıdır
Azərbaycanın iqtisadi inkişafı artıb, yeni dünya düzənində rolu yüksəlib
Bu il – “Şuşa ili”ndə Prezident İlham Əliyev ilk müsahibəsini yerli televiziya kanallarının jurnalistlərinə verib. Bu müsahibədə həm ölkəmizin iqtisadi inkişafı, həm də Azərbaycanın yeni dünya düzənində yeri barədə suallara ətrafalı cavab verilib.
İlk suala cavab olaraq Prezident İlham Əliyev 2021-ci ildə Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlardan danışıb. Qeyd edib ki, ötən il ölkəmizdə iqtisadi artım 5 faizdən çox olub və bu, müharibədən çıxmış ölkə üçün çox yaxşı göstəricidir. Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb.
Dövlət başçısı bildirib ki, həm ümumi sənaye istehsalımız 5 faizdən çox artıb, həm də qeyri-neft sənayemiz 20 faizə yaxın artıb. Bu onu göstərir ki, ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar öz bəhrəsini verməkdədir, həm də qeyri-neft sektorunun inkişafında gözlənilən nəticələr əldə olunur.
Keçən il ölkə üzrə xərclərin çox olmasına, iri investisiya layihələri icra olunmasına baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb.
Ölkə başçısı bildirb ki, bu ilin büdcəsi tarixdə ən böyük büdcə olacaq. Büdcə xərcləri təxminən 30 milyard manata çatacaq. Müharibədən çıxmış ölkə üçün bu rəqəmlər çox yaxşı göstəricidir. Prezident İlham Əliyev deyib: “Bu il həm investisiya layihələri icra ediləcək azad olunmuş torpaqlarda, həm də ölkəmizin bütün yerlərində islahatlar davam etdiriləcək. Bu islahatların nəticələrini biz görürük”.
Qeyd olunub ki, ölkəmizdə gedən saflaşma və şəffaflıq siyasəti bütün sahələrdə özünü göstərir.
Əhalinin sosial rifah halının, maddi güzəranının daha da yaxşılaşdırılması ilə bağlı suallara cavab olaraq ölkə başçısı deyib ki, iqtisadi və sosial sahədə siyasətimiz bir-birini tamamlayır. Azərbaycanda sosial sahə daim diqqət mərkəzindədir, bu sahəyə daim xüsusi diqqət göstərilir. Daha ətraflı » -
19YanDigər AZADLIĞA APARAN YOLUN BAŞLANĞICI üçün şərhlər bağlıdır
Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.
Heydər ƏLİYEV, Ümummilli Lider
1990-cı ilin 20 Yanvar hadisələri… Yaşından asılı olmayaraq, hər bir azərbaycanlı bu faciəni kədər və qürur hissi ilə qarşılayır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 min nəfərlik Sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridildi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçuların 82 nəfəri amansızcasına qətlə yetirilmiş, 20 nəfəri ölümcül yaralanmışdır. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 841 nəfər qanunsuz həbs olunmuşdur, hərbi qulluqçular Daha ətraflı » -
19YanMilli-mənəvi dəyərlər 2022-ci il “ŞUŞA İLİ”dir üçün şərhlər bağlıdır
ŞUŞA QARABAĞIN DÖYÜNƏN ÜRƏYİDİR
Şuşa Azərbaycan xalqının milli mədəniyyətinin əsas mərkəzlərindən biridir. Şuşa Qarabağımızın döyünən ürəyidir. Şuşasız keçən hər gün bizdən ötrü əsrə bərabər oldu. Çox şükür ki, o ağrılı-acılı günlər artıq arxada qaldı. “Şuşasız bizim işimiz yarımçıq olar” deyən Prezident İlham Əliyev xalqına verdiyi vədə layiqincə əməl edərək, vüqarımızı özümüzə qaytardı.
Prezidentimizin ətrafında bir yumruq kimi birləşən xalqımız bu xəbəri necə də səbirsizliklə gözləyirdi!
Bəlkə də xalqın bu ümumi istəyi, arzusu kömək olmuşdu Şuşaya doğru sıldırım qayalarla dırmaşan hərbçilərimizə? Bu gün onların qəhrəmanlığına bütün dünya heyrandır və bizim 44 günlük müharibəmizin təcrübəsi artıq müxtəlif ölkələrdə diqqət və maraqla öyrənilməkdədir.
Qələbəmizdən dərhal sonra Şuşa ilə bağlı növbəti mərhələ – bərpa və quruculuq mərhələsi başladı. İlk olaraq Şuşaya aparan yolun – “Zəfər” yolunun tikintisinə başlanıldı. Daha ətraflı »


Yeni ismarıclar