Sənə uğurlar arzulayırıq, Murad
Murad Sarıyev şəhid Ərşad Sarıyev adına Gülabatlı kənd tam orta məktəbinin X sinif şagirdidir. Əlaçı şagirdlərdəndir. Gələcəkdə tanınmış beyin cərrahı olmaq arzusundadır. Bunun üçün dərslərinə ciddi fikir verir. Bir neçə dəfə fənn olimpiadalarında iştirak edib. Muradın ən çox sevdiyi fənn riyaziyyatdır. Özü bu barədə deyir:
–Riyaziyyatı mənə müəllimim İlqar Nəcəfov sevdirib. O, beşinci sinifdən bu fənni bizə tədris edir. Bu ilin yanvar ayında rayonumuzda keçirilən riyaziyyat üzrə fənn olimpiadasında iştirak etdim və respublika turuna keçdim. İndi qarşıda məni böyük sınaq gözləyir. Özümə güvənirəm, inanıram ki, respublika yarışında da uğur qazanacam. Bunun üçün İlqar müəllimin verdiyi bütün tapşırıqları vaxtında yerinə yetirirəm. Ya-rışmada fəal iştirakıma görə məktəb rəhbərliyi tərəfindən sertifikatla mükafatlandırılmışam. Bu, məni daha da ruhlandırıb. Çalışacam ki, müəllimlərimin və valideynlərimin etimadını doğruldam.
Murad redaksiyamıza anası Ülviyyə xanımla gəlmişdi. O bildirdi ki, Muradın təhsil aldığı məktəb şəhid dayısının adını daşıyır. Söz düşəndə deyir ki, məktəbimizin şagirdləri həmişə yüksək balla ali məktəb-lərə daxil olurlar. Çalışacağam mən də yüksək bal toplayım ki, gələcəkdə oxuduğum ali məktəbdə bizim orta məktəbi və şəhid dayımı yaxşı tanısınlar.
Muradın özündən kiçik bacı və qardaşı da həmin məktəbin şagirdləridir. Onlar da Murad kimi əlaçı olmağa çalışırlar. Hətta Ülviyyə xanım da şəhid qardaşının adını daşıyan məktəbdə işləyir, texniki işçidir. Uşaqlarının şəhid dayılarının adına layiq olmalarına çalışır. Murada isə böyük inamı var. Çünki İlqar müəllimin dərs dediyi bütün şagirdlər yüksək nəticələr qazanırlar.
Elə mən də söhbət zamanı inandım ki, Murad qarşıdakı sınaqlardan üzüağ çıxacaq. Bir daha sənə uğurlar arzulayıram, Murad.
Elfuzə Vəliyeva


Mətbuatda, saytlarda müəllim nüfuzu barədə ciddi müzakirələr gedir, “Azərbaycan” qəzetinin baş re-daktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, ən çox sevdiyim “Ədalət” qəzetinin baş təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas və digər ziyalılar müzakirə olunan mövzuya öz münasibətlərini bildirirlər.
İki il müddətində bütün bəşəriyyətin mübarizə apardığı koronavirusun yeni ştamları həyatımıza daxil olduqca, bunlarla mübarizə işlərinin təşkili bö-yük əhəmiyyət kəsb edir.
Ordumuzun şanlı Qələbəsi xalqımıza öz qürurunu qaytarmaqla yanaşı, həm də yaxın keçmişdə “cəbhəyanı” adlanan kəndlərin həyatında böyük dəyişikliklər yaratdı. Belə ki, bizim Qaraağacı kəndi 30 ildən çox bir müddətdə dəfələrlə ermənilər tərəfindən atəşə məruz qalır, insanlar şəhid olur, yaralanırdılar. Kənd təsərrüfatı işləri ilə məşğul ola bilmirdik, çünki namərd qonşular dinc zəhmətlə məşğul olan insanların həyatına təhlükə yaradırdılar.



Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon Nümayəndəliyinin əməkdaşları, N saylı hərbi hissənin əsgər və zabitləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul edilmiş Nizamnamə və yerli partiya təşkilatlarının Əsasnaməsi tələblərinə uyğun olaraq YAP İdarə Heyətinin 29 yanvar 2022- ci il tarixli qərarı ilə YAP Tərtər Rayon Təşkilatının sədri vəzifəsinə təyin edilmiş Əsədov Eldar Gəray oğlunun təqdimatı keçirilib. Karantin qaydalarına ciddi əməl olunmaqla keçirilən təqdimat mərasiminə videoformatda qoşulan YAP Mərkəzi Aparatının məsul işçisi Elmar Məmmədov bildirib ki, ölkəmizin ictimai siyasi , sosial sahələrində aparılan islahatlar ölkənin hakim partiyası olan Yeni Azərbaycan Partiyasının həyatında da mühüm dəyişikliklərin edilməsini zəruri etmişdir. Partiyanın VII qurultayının qərarlarının tələblərinə uyğun olaraq, yerli partiya təşkilatlarının çevikliyinin artırılması, partiya üzvlərinin məsuliyyətinin yüksəldilməsi, onların yerli və ərazi partiya təşkilatları ilə əlaqələrinin daha da möhkəmləndirilməsini təmin edəcək tədbirlər yerli təşkilatların Əsasnaməsində öz əksini tapmışdır. Bu gün YAP sıralarının boy sırasının artırılması zamanı dövlətə və dövlətçiliyə sədaqətli, siyasi cəhətdən daha yetkin gənclərin sıralarımıza qatılmaları diqqət mərkəzində saxlanılmalıdır. Partiyadaxili nizam-intizam yüksək səviyyədə təmin olunmalı, partiya üzvlərinin ərazi partiya təşkilatları ilə münasibətlərinin göstəricisi olan partiya üzvlük haqlarının yuxarı orqan tərəfindən qəbul olunmuş qaydada ödənilməsi diqqətdə saxlanılmalıdır. 
Beynəlxalq Avrasiya Mətbuat Fondu Ərəb dünyasının ən nüfuzlu tədqiqat mərkəzlərindən biri olan Ərəb Avrasiya Tədqiqatları Mərkəzi ilə əməkdaşlıq memorandumu imzalayıb.
Yeni ismarıclar