Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Fev

    TİNG YETİŞDİRİLİR

    Ordumuzun şanlı Qələbəsi xalqımıza öz qürurunu qaytarmaqla yanaşı, həm də yaxın keçmişdə “cəbhəyanı” adlanan kəndlərin həyatında böyük dəyişikliklər yaratdı. Belə ki, bizim Qaraağacı kəndi 30 ildən çox bir müddətdə dəfələrlə ermənilər tərəfindən atəşə məruz qalır, insanlar şəhid olur, yaralanırdılar. Kənd təsərrüfatı işləri ilə məşğul ola bilmirdik, çünki namərd qonşular dinc zəhmətlə məşğul olan insanların həyatına təhlükə yaradırdılar.
    Şükürlər olsun ki, dövlət başçısının “dəmir yumruğu” və Azərbaycan oğulla-rının qəhrəmanlığı sayəsində cəmi 44 gün ərzində torpaqlarımız işğaldan azad olundu, o cümlədən “cəbhəyanı” adlanan kəndlərimizdə əmin-amanlıq yarandı.
    Vaxtilə əli işdən soyuyan insanlar indi böyük həvəslə öz torpağında əkib-becərir, ailəsinin ruzisini qazanırlar.
    Mən özüm 5 hektar torpaqda ting becərilməsi ilə məşğul oluram. Əsasən alma, gilas, armud, şaftalı, xurma və xarici tinglər yetişdiririk. Hər mövsümdə Şəmkir, Göyçay, Xaçmaz, Ağcabədi və digər rayonların bazarlarına 50-60 min ting göndəririk. Yetişdirdiyimiz ağac tingləri bu rayonların fermerləri tərəfindən bəyənilir və həvəslə alınır.
    Əlbəttə, hər bir sahədə olduğu kimi, bizim işimizin də öz çətinlikləri var. Tingləri əsasən toxum, çilik və meşə cırlarından əldə edirik. Təcrübəli işçilər göz calağını keyfiyyətlə yerinə yetirirlər.
    Bu soyuq qış günlərində də hər bir ağacın başına pərvanə kimi dolanırıq ki, yazda zəhmətimizin bəhrəsini görək. Ən böyük arzum budur ki, bizim bu ağaclar tezliklə azad edilmiş, həm də minalardan təmizlənmiş ərazilərdə əkilsin, burada gözəl, əvvəlkindən də yaxşı bağlar salınsın.
    Dövlətimizin həyata keçirdiyi tədbirlər nəticəsində bu işlər görülür. Çalışacağıq ki, bu işdə bizim kiçik təsərrüfatımızın da payı olsun.

    Mütalib Qurbanov,
    Qaraağacı kəndi

    Müəllif: Redaktor, 08:30

İsmarıclar bağlıdır.