2021-сi ildə rayonun sənaye sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri və fiziki şəxslər tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi 2020-ci ilə nisbətən 11.8 faiz artaraq 12384.2 min manat təşkil etmişdir. Sənaye məhsulunun 856.6 min manatı və ya 6.9 faizi mədənçıxarma, 5744.4 min manatı və ya 46.4 faizi emal, 4273.2 min manatı və ya 34.5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1510 min manatı və ya 12.2 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 50.9 faiz olmuşdur. Ümumi istehsalın 6842 min manatı və ya 55.2 faizi sənaye mallarının (əmtəələrin), 5542.2 min manatı və ya 44.8 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır.
İstehsal olunmuş sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmişdir. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 2022-ci il yanvar ayının 1-i vəziyyətinə 7.1 min manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
2021-сi ildə sənaye sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi əvvəlki illə müqayisədə 22.2 faiz artaraq 6021.8 min manat təşkil etmişdir. Ödənişli xidmətlərin 5154.6 min manatı və ya 85.6 faizi sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 867.2 min ma-natı və ya 14.4 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində olmuşdur.
Tərtər Rayon Statistika İdarəsi