Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Fev

    Beynəlxalq Avrasiya Mətbuat Fondu Ərəb dünyasının ən nüfuzlu tədqiqat mərkəzlərindən biri olan Ərəb Avrasiya Tədqiqatları Mərkəzi ilə əməkdaşlıq memorandumu imzalayıb.
    İmza mərasimi Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və Ərəb Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Əmir Əbdülhəmid arasında Misirin paytaxtı Qahirə şəhərində baş tutub.
    Anlaşma memorandumunun əsas məqsədi Avrasiya regionundakı ölkələr və onu əhatə edən Çin, Türkiyə, İran, Hindistan, Pakistan kimi digər region ölkələrinin tədqiq edilməsi, habelə Amerika və Avropa Birliyi arasında olan siyasi və iqtisadi münasibətlər, onların sosial və mədəni həyatının araşdırılıb öyrənilməsinə dair əməkdaşlıq etməkdir.
    Mərasimdə Əmir Əbdülhəmid BAMF-ın prezidenti Umud Mirzəyev haqqında ürək sözlərini bildirərək deyib ki, onu Qahirədə öz mərkəzlərində qəbul etmək çox xoşdur.
    “Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə bu anlaşma memorandumunu imzalamaq bizim üçün böyük uğurdur. Bizim bu istiqamətdə geniş müzakirələrimiz oldu və sonda bu gözəl təşəbbüsə imza atdıq. Mən səmimi qəlbdən inanıram ki, biz bu layihəni uğurla həyata keçirəcəyik. Ümid edirəm ki, tezliklə görüşümüz, mənim sevimli şəhərim Bakıda baş tutacaq”- deyə, o qeyd edib.
    BAMF prezidenti Umud Mirzəyev də öz növbəsində bildirib ki, onları birgə dəyərlər birləşdirir.
    “Biz hər zaman sizi və millətinizi özümüzə doğma saymışıq. Mədəni, tarixi və digər sahələrdə çox oxşar nöqtələrimiz var. Bu əməkdaşlığın çox uğurla davam etməsi üçün hər zaman çalışacağıq”.
    O bildirib ki, Qahirədə tərəflər arasında imzalanmış bu saziş Ərəb Avrasiya Araşdırmaları Mərkəzi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə tədqiqat və araşdırmalar apar-masına, əldə olunan məlumatların hər iki ölkənin onlayn mediasında dərc edilməsinə, birgə dərgilər nəşr edilməsinə, həmçinin Qahirə və Bakıda birgə seminarların təşkilinə, ümumilikdə Azərbaycan mediası ilə ƏAAM arasında təcrübə mübadiləsinə imkan yaradacaq. İmza mərasimində həmçinin qarşılıqlı səfərlərin baş tutması barədə də razılaşma əldə edilib.
    Xatırladaq ki, Ərəb Avrasiya Araşdırmaları Mərkəzi (CAES) az vaxtda yaranmasına baxmayaraq, regionla bağlı böyük təd-qiqat işləri aparılır, eyni zamanda müxtəlif nəşrləri və 3 aydan bir nüsxəsi, həm də elekron variantda pulsuz yayımlanan “Ərəb və Avrasiya problemləri” jurnalı ərəb və rus dilində işıq üzü görür. Bu nəşrlərdə Avrasiya tədqiqatı sahəsində dünyanın ən aparıcı insanlarının adları keçir.
    Mərkəzin təsisçisi və ona rəhbərlik edən Əmir Əbdülhəmid ilk təhsilini 1 il müddətinə Bakıda aldıqdan sonra Rusiyada davam etdirib.
    Əmir Əbdülhəmid Rusiyada müxtəlif ərəbdilli nəşrləri və telekanalları təmsil etməyə başlayır. O, Rusiyada əsasən “Əl-Əhram”, “Əl-Ərəbiyyə” nəşrlərinin xüsusi nümayəndəsi və “Əl-Cəzirə” telekanalının 8 il təmsilçisi olub. O, postsovet dövlətlərinin başçıları və siyasi liderlərin əksəriyyəti ilə maraqlı müsahibələr edib. Əmir Əbdülhəmidin müsahibləri sırasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Rus Pravoslav Kilsəsinin rəhbəri patriarx Kiril, Çeçenistan Prezidenti Ramzan Kadırov, Tatarıstan Prezidenti Rustam Minnixanov, Mixael Saakaşvili, Yuliya Timoşenko, Misirin prezidenti və ərəb dünyasının bir çox siyasi liderlərinin və digərlərinin adlarını sadalamaq olar.
    Əmir Əbdülhəmid, həmçinin Misirin ən nüfuzlu telekanallarından biri olan TEN televiziyasının baş meneceridir.
    Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 1992-ci ildə dövlət qeydiyyatına alınmış müstəqil beynəlxalq qeyri-hökumət təşkilatı olaraq son 30 ildə hər il ölkə əhəmiyyətli yeni layihələrlə gündəmə gəlib.
    Təşkilatın yenilikləri və layihələri bununla da bitmir. 2022-ci il Beynəlxalq Avrasiya Mətbuat Fondu üçün həm də ona görə əlamətdardır ki, bu il qurumun 30 illik hesabat yubileyinin keçirilməsi nəzərdə tutulub.
    Qeyd edək ki, imza mərasimində BAMF-ın Ərəb ölkələri üzrə müşaviri Əhməd Sami də iştirak edib.

     

     

    Müəllif: Redaktor, 13:52

İsmarıclar bağlıdır.