Milli strategiyanın regional dayağı

Mənim uşaqlıq illərim Tərtərin isti, həm də sərt ruhunda formalaşıb. Buranın torpağı strateji mövqeyi, milli yaddaşdakı simvolik çəkisi və insanlarının dözümlülüyü ilə Azərbaycanın siyasi xəritəsində xüsusi yer tutur. Uzun illər ön cəbhə xəttinə ən yaxın rayonlardan biri olan Tərtər, faktiki olaraq, ölkənin təhlükəsizlik buferi rolunu oynayıb. Elə bu səbəbdən də, burada gündəlik həyat heç vaxt sırf yerli səviyyədə məhdudlaşmayıb—hər evin pəncərəsindən milli təhlükəsizliyin sərhədlərinə baxmaq mümkün idi.
2020-ci ilin 44 günlük müharibəsi və ardınca Qarabağın tam suveren idarəçiliyə qaytarılması Tərtərin siyasi və strateji statusunu yeni mərhələyə daşıdı. Əvvəllər ön xəttdə yerləşən, daim artilleriya atəşinə məruz qalan bu bölgə indi tədricən dövlətin regional inkişaf siyasətinin mərkəzinə doğru irəliləyir. Artıq Tərtər post-müharibə dövründə həm təhlükəsizlik arxitekturasının, həm də sosial-iqtisadi yenidənqurmanın vacib həlqəsinə çevrilir. Daha ətraflı »


Zəfər Günü münasibətilə Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Tərtər rayonunun Səhləbad kəndində 500-dən artıq sakinə texniki su xətti çəkilib.
Zəfər günündən 5 il ötür. 5 möhtəşəm il. Azərbaycanımızı dünyaya tanıdan, xalqımızın başını uca edən, bizləri məğlub olanlardan qaliblər sırasına çıxaran 44 günlük Vətən müharibəsi elə bir tarixdir ki, xalqımız yaşadıqca yaşayacaq.

Atalar gözəl deyib: ”Dövlətdə dəvə, övladda nəvə”. Mən də bütün nənələr kimi nəvələrimi çox istəyirəm. Ən çox da təhsili sevən nəvələrimi. Ulu Öndərin sözlərilə desək, “Təhsil millətin gələcəyidir”.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Regionlarda həyata keçirilən sürətli və davamlı inkişaf strategiyası sosial problemlərin həllində özünü aydın surətdə göstərir. Həyata keçirilən uğurlu, məqsədyönlü siyasət nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da quruculuq, abadlıq işləri sürətlə davam etdirilir, şəhərin küçələri memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur.
Bu ürək bütün insanlarda olduğu kimi sahibinin köksündə döyünməkdədir. Onun haqqında fikir söyləməyim bəlkə öz sahibinə də gözlənilməz və təəccüblü görünə bilər. Amma mən inamla qələmi əlimə götürürəm… Çünki, 42 ilə yaxındır ki, bu ürəyi açıq bir kitab kimi oxuyuram. Bu ürək Tərtər rayonunda Rəşid Rəhimovun ailəsində doğulan Xocrova məxsusdur.
Mənim Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakım olacaq. Dəvət aldığım ilk görüş 2023-cü ildə Düşənbədə, ikincisi isə 2024-cü ildə Astanada keçirilib və qarşıdakı görüşün Daşkənddə keçirilməsi gözlənilir.
Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib. Ölkə başçısı qəbul zamanı çıxış edərək bildirib ki, Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz.
Yeni ismarıclar