Azərbaycan dinamik inkişaf edən, böyük ölçüdə neft-qaz sektorunun inkişafına istiqamətlənmiş iqtisadiyyata malikdir. Azərbaycan elektrik enerjisinin ixracatçısıdır. Ölkə neft, təbii qaz və elektrik enerjisi ixrac edir. Azərbaycan enerji tələbatını hazırda ölkənin karbohidrogen ehtiyatlarının, daha dəqiq desək, neft və təbii qazın istifadəsindən əhəmiyyətli dərəcədə asılı olan daxili istehsal hesabına ödəyir. Azərbaycanın böyük neft-qaz ehtiyatları olsa da, ənənəvi enerji ehtiyatlarının tükənməz olmadığı sirr deyil.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə digər sahələrdə olduğu kimi, ölkənin enerji təminatının yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür, elektrik enerjisi sahəsində infrastrukturun təkmilləşdirilməsi istiqamətində layihələr uğurla icra edilir.
Bunun sayəsində ölkənin dayanıqlı enerji ilə təchizatına nail olunmaqla yanaşı, ixrac imkanları da genişlənir. Dövlətimizin başçısının “Qobu” Enerji Qovşağının açılışında iştirakı, səsləndirdiyi fikirlər Azərbaycanın uğurlu enerji strategiyası, istehlakçıların elektrik enerjisi ilə dayanıqlı və etibarlı təminatına əminliyi bir daha möhkəmləndirdi.
Gücü 750 meqavat olan Yaşma yarımstansiyanın və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına xidmət göstərəcəkdir. Genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, mütəxəssisləri və fəhlələri iştirak ediblər. Daha ətraflı »
Yeni ismarıclar