Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çıxışları zamanı vətəndaş amilinin xüsusi vurğulanması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman vətəndaş-məmur münasibətləri barədə söylədiyi fikirlər, məmurlara, daim xalqın içində olmaları və vətəndaş müraciətlərinə həssas yanaşılması haqda verdiyi tapşırıq və tövsiyələr, xüsusən də, sakinlərlə yerlərdə müntəzəm görüşlərin təşkili, vətəndaşların sosial qayğılarının yerlərdə dinlənilməsi və müraciətlərin operativ həlli istiqamətlərində əməli tədbirlərin görülməsi onu göstərir ki, vətəndaş amili cənab Prezidentimizin dövlət siyasətinin əsasını təşkil edir.
COVID-19 (koronavirus) infeksiyasının yayılması səbəbindən artıq 2 ildən çoxdur ki, yerlərdə keçirilən səyyar görüşlər qismən dayandırılmışdı. Prezident cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı ilə, əhalinin sağlamlığının və vətəndaş təhlükəsizliyinin təmin edilməsi, bu məqsədlə, cənab Prezident tərəfindən verilmiş ciddi tapşırıqlara uyğun olaraq, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, əhali arasında vaksinasiya işlərinin aparılması və COVID-19 infeksiyasının yayılma təhlükəsinin və vətəndaşlar arasında yoluxma hallarının azalması, bu sahədə müsbət dinamikanın müşahidə olunması yerlərdə səyyar qəbulların yenidən keçirilməsinə şərait yaradır.
Xüsusi karantin rejiminin tələb və tövsiyələri, xüsusən də vətəndaşların peyvənd olunması ilə bağlı müvafiq (covid-19) passportu nəzərə alınmaqla, 2022-ci ilin mart ayından etibarən səyyar qəbullar-görüşlər yenidən bərpa olunacaq.
2022-ci ilin mart ayında rayon icra hakimiyyəti başçısının keçirəcəyi səyyar qəbulların
Qrafiki
S/s | Qəbulun keçirilmə tarixi | Qəbulun keçiriləcəyi ərazinin adı | Qəbulun keçiriləcəyi yer |
1 |
04 mart 2022-ci il saat 15:00 |
Borsunlu kəndi |
Borsunlu kənd tam orta məktəbi |
2 |
11 mart 2022-ci il saat 1500 |
Bəyimsarov kəndi |
Bəyimsarov kənd tam orta məktəbi |
3 |
18 mart 2022-ci il saat 1500 |
Hüsənli kəndi |
Hüsənli kənd tam orta məktəbi |
4 |
30 mart 2022-ci il saat 1500 |
Köçərli kəndi |
Köçərli kənd tam orta məktəbi |
Yeni ismarıclar