Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 21İyn
    Xəbərlər YENİ SUBARTEZİAN QUYULARI İSTİFADƏYƏ VERİLDİ üçün şərhlər bağlıdır

    artezyanИзображение 195Qurtuluş günü ərəfəsində cəbhə bölgəsi olan Tərtər rayonunda Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığı İlə qazılmış 15 ədəd subartezian quyusu kənd əməkçilərinin istifadəsinə verilir.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki son iki ildə rayon üzrə 31 ədəd subartezian quyusu istifadəyə verilib. Bu gün isə bayram ərəfəsində möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə Sarıcalı kəndində 2 ədəd, Kəngərli, Xoruzlu, Kəbirli, Mamırlı, Köçərli, Azadqaraqoyunlu, İlxıçılar, Qapanlı, Qarağacı, Əskipara, Seydimli, Qaynaq, Qazyan kəndlərinin hər birində 1 ədəd olmaqla, ümumilikdə 15 ədəd subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilir. Bu subartezian quyularının vasitəsi ilə 700 hektar əkin sahəsi suvarılacaq. Daha ətraflı »

    Teqlər:

  • 21İyn
    Xəbərlər GƏNCLƏRİN MİLLİ VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ ƏSAS ŞƏRTDİR üçün şərhlər bağlıdır

    Изображение 081veten“Gənclərin milli vətənpərvərlik tərbiyəsi” mövzusunda keçirilən tədbiri giriş sözü ilə Tərtər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov açdı.
    Sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Veteranlar Şurasının sədri, ehtiyatda olan polis polkovniki Fərhad Süleymanov “Gənclərin milli vətənpərvərlik tərbiyəsi” mövzusunda məruzə ilə çıxış etdi.
    Mövzu ilə bağlı Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Suliddin Yusibov, polis veteranları Həsənağa Bayramov, Nəriman Sadıqov, Daxili İşlər Nazirliyi Veteranlar Şurası Tərtər Rayon Təşkilatının sədri Qeys Qəhrəmanov, Daxili İşlər Nazirliyinin şəxsi heyətlə işlər idarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Elxan Mürsəlov ətraflı danışdılar. Daha ətraflı »

    Teqlər:

  • 21İyn
    Sosial RESPUBLİKA MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ üçün şərhlər bağlıdır

    TƏRTƏRDƏ TƏMAS XƏTTİNƏ YAXIN

    ƏRAZİDƏ YENİ YAŞAYIŞ MƏHƏLLƏSİ SALINIR

    DSCF3531EV_1Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərə qayğı və diqqətin dövlət üçün daim prioritet olduğunu dəfələrlə bəyan etmişdir. Cəbhə bölgəsi olan Tərtərdə məcburi köçkünlər üçün tikilməkdə olan yeni yaşayış məhəlləsi də bu qayğının təcəssümüdür. 1170 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastruktura malik yeni yaşayış məhəlləsi üçün bütövlükdə 50 hektar sahə ayrılmışdır.
    Bunun 27 hektarı tikinti altına düşür. 23 hektar ərazi isə əkinəyararlı torpaq sahəsi kimi məhəllə sakinlərinin istifadəsinə veriləcəkdir.
    Yeni məhəllə düşmənlə təmas xəttinə yaxın bir ərazidə inşa olunur. Daş üstə daş qoyulduqca, binalar mərtəbə-mərtəbə ucaldıqca yeni bir şəhər canlanır. Daha ətraflı »

    Teqlər:

  • 21İyn
    Təhsil AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 İLLİYİ QARŞISINDA üçün şərhlər bağlıdır

    BİLİK YARIŞMASI KEÇİRİLİB

    18944627_1052254531575120_1028940710_nDərs ilinin sonu olmasına baxmayaraq, Düyərli kənd ümumi orta məktəbində canlanma vardı. Burada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə bilik yarışması keçirilirdi.
    Məktəbin coğrafiya müəllimi Səbuhi Kərimov dedi:
    – Gənclərin intellektual səviyyəsinin yüksəldilməsində, vətənimizin keçmisinə aid məlumatların daha yaxşı mənimsənilməsində bu cür tədbirlərin böyük əhəmiyyəti var.
    Rayon təhsil şöbəsinin nümayəndələri Gülxar Abbasovanın və İntiqam Nuriyevin yarışmaya nəzarət etmələri şagirdlərin məsuliyyət hissini daha da artırır.
    Məktəbin VIII və IX sinif şagird-ləri arasında keçirilən bu maraqlı tədbirdə həmçinin direktor Famil Zeynalov və direktor müavini Ayaz Əliyev iştirak edirdilər.
    Qaliblər IX sinifdən Sevinc Süleymanlı, VIII sinifdən isə Nərgiz Nuriyeva və Ayşən Həşimli oldular.

    Kənan Hüseynzadə

    Teqlər:

  • 21İyn
    Milli-mənəvi dəyərlər MÜQƏDDƏS RAMAZAN AYI üçün şərhlər bağlıdır

    “ORUC TUTUN Kİ, SAĞLAM OLASINIZ”

    dua-eden-cocuklar16Bismillahir Rəhmanir Rəhim!
    Mehriban və bağışlayan Allahın adı ilə.
    Həzrəti Peyğəmbər (s) buyurur: “Mədə bütün xəstəliklərin evi, pəhriz isə onun dərmanıdır”. “Oruc tutun ki, sağlam olasınız!”
    Qurani-Kərimin Bəqərə surəsinin 184-cü ayəsində Allah Taala buyurur: “…Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”.
    İtaliyada dərc olunan “Emel” jurnalı tibbi araşdırmaçı Noren Kassemin araşdırmaları əsasında insan oruc tutarkən onun bədəninin daxilində hansı proseslərin baş verdiyini bildirən qısa videoçarx təqdim edib. Videoda bildirilir ki, insan oruc tutarkən bədənində artıq yığılmış piylərin, karbohidratların və şəkərin yanması nəticəsində enerji istehsal edilir. Enerji istehsalı zamanı ən mühüm rolu qaraciyər oynayır. Qaraciyər, piyləri “keton” cisimcikləri adlı kimyəvi preparatlara çevirərək insan enerjisinin əsas mənbəyi edir. Daha ətraflı »

    Teqlər:

  • 21İyn
    Sosial ÖZÜNÜMƏŞĞULLUQ – ÖZ MƏŞĞULLUĞUNU QUR VƏ AİLƏ BİZNESİNƏ YİYƏLƏN üçün şərhlər bağlıdır

    jb2u6olfcimfn5db480krkfpk4sosialKIV1Kənd yerlərində həyətyanı sahələr böyük olduğundan, ilin fəsillərinin dəyişməsi burada xüsusilə hiss olunur. Bu il isə bahar yağmurlu keçdiyinə görə, bağ-bağçalarda məhsul boldur. Elə yaşıl ot da, necə deyərlər, dizə çıxır. Deməli, kəndlinin ruzisi çox olacaq.
    Tərtər Rayon Məşğulluq Mərkəzinin aktiv məşğulluq tədbirləri sektorunun baş məsləhətçisi Sənan Səmədzadə və mərkəzin işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sektorunda böyük məsləhətçi Rüstəm Quliyevlə yolumuz Tərtərin Seydimli kəndinədir. Kənd düşmənlə təmas xətti boyunca yerləşir. Burada təsərrüfat işləri çətin bir şəraitdə görülür. Buna baxmayaraq, insanlar çox işgüzardırlar və əsl qəhrəmandırlar.
    Maşın Səbunə Məmmədovanın həyət qapısının qarşısında dayanır. Həyətə daxil oluruq. Köhnə, Sovetlər dönəmində tikilmiş kürsüsüz seyvanlı ev, səliqəli həyət-baca, çox da iri olmayan tövlə və meyvəli bağ bu ailənin durumu haqqında sözsüz məlumat verir. Daha ətraflı »

    Teqlər:

  • 21İyn
    Digər Ömrün ahıl çağında üçün şərhlər bağlıdır

    “BİR XATİRƏ QALA MƏNDƏN”

    nuvarBu sözləri Nübar Mədətli (Məmmədova) beş kitabından birinə ad seçib. Elə bu fikri də onun həyat amalı hesab etmək olar. 85 illik ömür yolunda onun yeganə məqsədi xeyirxahlıq və insanlara qayğı olub. Nə var-dövlət toplayıb, nə də zəngin həyat arzulayıb. Gördüyü işlərlə yaddaşlarda qalmaq istəyib və buna da nail olub.
    1932-ci il noyabrın 5-də Ağdamın Kəklikbəyli Qərvənd kəndində anadan olan Nübar Mədətlinin uşaqlıq illəri çətin keçib. Atası Əsəd kişi 1941-ci ildə vəfat edib. Səhhəti çox zəif olan anası Tutuxanım aclıq illərində 4 övlada baxa bilməyib. Beləliklə də kənd məktəbinin 3-cü sinfində əla qiymətlərlə oxuyan balaca Nübarı Ağdam uşaq internat məktəbinə göndəriblər. Həmin məktəbin müəllimi Zülfiqar Səfərəliyevi Nübar Mədətli özünün mənəvi atası hesab edir. Aclıq illərində hər bir uşağa öz övladı kimi qayğı göstərən Zülfiqar müəllim onların mənəvi dünyasının formalaşmasında böyük rol oynayıb. Nübar müəllim deyir ki, bütün həyatı boyu bu insanın xeyirxahlığını unutmayıb və onun kimi daim insanlara gərəkli olmağa çalışıb. Daha ətraflı »

    Teqlər:

  • 21İyn
    Digər “100 FAİZ ENDİRİM” üçün şərhlər bağlıdır

    151110122554_baku_shops_624x351_bbc_nocreditBu çalxalanan fani dünyada görün nə qədər “ürəyi yumşaq”, “insaflı” və “xeyirxah” insanlar var. Bunlar camaata “səmimi-qəlbdən xidmət etmək” üçün öz qazanclarından belə “əl çəkir”, hətta izafi xərclərə yol verirlər. Məsələn, götürün elə bəzi aptek sahiblərini, tetrasklini, yəni ayıb olmasın, qarın ağrısı dərmanını 50 ma-nata deyil, 50 qəpiyə satırlar ki, adamların qarnı ağrıyanda pis günə qalmasınlar, tez 50 qəpik verib, dərdlərinə əlac eləsinlər. (Nə olsun ki, bir az əvvəl bu dərman 10 qəpik idi?).
    Bəzi ticarətçilər, satdıqları şeylərin qiymətlərində cəmi-cümü “70 faiz endirim” edib, öz qıymazlıqlarını aləmə car çəkirlər. Deyən də yoxdur ki, a kişi, əgər reklam xatirinə bunu edib, özünə müştəri yığmaq və cibini doldurmaq istəyirsənsə, elə “100 faiz endirim” yaz, qoy adın da kişi kimi aləmə yayılsın. Daha o qalan 30 faizdən ötrü adını niyə biabır edirsən? Daha ətraflı »

    Teqlər:

  • 21İyn
    Ədəbiyyat POEZİYA üçün şərhlər bağlıdır

    QINAYIN MƏNİ

    Yenə qatar-qatar, yenə nizamsız.
    Şükür, sağ-salamat, uğurgüzarsız.
    Mənəm eli perik, mənəm nizamsız,
    Qınayın durnalar, qınayın məni.
    ***
    Siz uçan səmada xəyalım ötər,
    Nə həsrət əriyər, nə hicran bitər.
    Köçəri həyatdan köçgünlük betər,
    Qınayın durnalar, qınayın məni.
    ***
    Keçib dərə-təpə, düz, qayıdırsız,
    Doğma ünvanlara düz qayıdırsız.
    Mən dönə bilmirəm, siz qayıdarsız…
    Qınayın durnalar, qınayın məni.
    *** Daha ətraflı »

    Teqlər:

  • 21İyn
    Ədəbiyyat BƏNZƏR üçün şərhlər bağlıdır

    Əzizim Gülnara

    Həyatdır, ömr edir hərə bir cürə,
    Nisgilə, həsrətə, qübara bənzər.
    Hələ nə yaşayıb, nə də gün görə?
    Təzə pöhrələnmiş çinara bənzər.
    ***
    Hələ qönçə olan dağ çiçəyidir,
    Lalə yarpağıdır, gül ləçəyidir.
    Bu qız bənövşənin yaz diləyidir,
    Duyğusu, sevgisi bahara bənzər.
    ***
    Acı xatirələr səfə düzülür,
    Ürəkdi sızlayır, candı üzülür.
    Şirin danışığı baldır süzülür,
    Hər sözü bir əhdə, ilqara bənzər.
    *** Daha ətraflı »

    Teqlər: