Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 21İyn

    TƏRTƏRDƏ TƏMAS XƏTTİNƏ YAXIN

    ƏRAZİDƏ YENİ YAŞAYIŞ MƏHƏLLƏSİ SALINIR

    DSCF3531EV_1Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərə qayğı və diqqətin dövlət üçün daim prioritet olduğunu dəfələrlə bəyan etmişdir. Cəbhə bölgəsi olan Tərtərdə məcburi köçkünlər üçün tikilməkdə olan yeni yaşayış məhəlləsi də bu qayğının təcəssümüdür. 1170 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastruktura malik yeni yaşayış məhəlləsi üçün bütövlükdə 50 hektar sahə ayrılmışdır.
    Bunun 27 hektarı tikinti altına düşür. 23 hektar ərazi isə əkinəyararlı torpaq sahəsi kimi məhəllə sakinlərinin istifadəsinə veriləcəkdir.
    Yeni məhəllə düşmənlə təmas xəttinə yaxın bir ərazidə inşa olunur. Daş üstə daş qoyulduqca, binalar mərtəbə-mərtəbə ucaldıqca yeni bir şəhər canlanır.
    Tikintinin baş texniki nəzarətçisi İmran Süleymanov dedi ki, yeni məhəllə hər biri dördmərtəbəli olmaqla 34 yaşayış binasından ibarətdir. Məhəllə sakinlərinin rahatlığını təmin etmək məqsədilə zəruri sosial təyinatlı obyektlər də inşa olunur. 1200 yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, klubicma mərkəzi, inzibati bina, həkim məntəqəsi və digər sosial obyektlərin tikintisi də sürətlə davam edir. Məhəllə sakinlərinin su təminatını yüksək səviyyədə ödəmək üçün 5 subartezian quyusunun qazılması nəzərdə tutulub. Subartezian quyularının ikisi artıq istismara hazırdır. Ərazidə 4 su anbarı da inşa olunur. Məhəllədə bütün binalar mərkəzləşdirilmiş istilik sistemi ilə qız-dırılacaqdır. Bu məqsədlə 2 qazanxana inşa olunur.
    İnşaatçılar yeni məhəlləni ilin sonunadək istifadəyə vermək əzmilə çalışırlar. Tikinti işlərinə 21 podratçı təşkilat cəlb edilmişdir. “Azəraqrartikinti” ASC-nin, “Nur” tikinti MMC-nin, “Azərsu təchizat-tikinti” ASC-nin, “Akkord” sənaye-tikinti korporasiyasının inşaatçıları gördükləri işin keyfiyyəti, fəallıqları ilə fərqlənirlər. Tikintidə 1600 nəfərdən çox adam çalışır. Onların 400 nəfərdən çoxu yerli sakinlərdir.

    Lazım QULİYEV,
    “Azərbaycan”

    Müəllif: Redaktor, 10:20

    Teqlər:

İsmarıclar bağlıdır.