QINAYIN MƏNİ
Yenə qatar-qatar, yenə nizamsız.
Şükür, sağ-salamat, uğurgüzarsız.
Mənəm eli perik, mənəm nizamsız,
Qınayın durnalar, qınayın məni.
***
Siz uçan səmada xəyalım ötər,
Nə həsrət əriyər, nə hicran bitər.
Köçəri həyatdan köçgünlük betər,
Qınayın durnalar, qınayın məni.
***
Keçib dərə-təpə, düz, qayıdırsız,
Doğma ünvanlara düz qayıdırsız.
Mən dönə bilmirəm, siz qayıdarsız…
Qınayın durnalar, qınayın məni.
***
Pirtək əzizləyib sevəli büstü.
Haqqa dönük gör ü b Tanrı da küsdü.
Boş qalan yurduma baxıb yolüstü.
Qınayın durnalar, qınayın məni.
***
Biganə oğlunu vətən qınayır,
Yadlardan umanı vətən qınayır.
Onsuz da Talıbı yetən qınayır,
Qınayın durnalar, qınayın məni.
Talıb Məmmədli