ENİŞLİ-YOXUŞLU ÇƏTİN YOLLAR


16 ildir ki, qolboyun yol gedirik. Bu yolun çala-çuxuru da olub, hamar yerləri də. Birlikdə büdrəmişik, səndirləmişik, amma yıxılmamışıq, ayaq üstə durmağı bacarmışıq. Yolun başlanğıcında çox əziyyətlər və məhrumiyyətlər çəkmişik. Elə bilin ki, bazara nəsə almağa gedirsiniz, amma cibinizdə 1 manat da olsun pulunuz yoxdur. Lakin alış-veriş etməlisiniz. Yerimiz yox, yurdumuz yox, qələmimiz yox, kağızımız yox. Di gəl qəzet nəşr etdir görüm, necə etdirirsən?! Ən yaxın mətbəə isə ya Gəncə şəhərində, ya da Mingəçevir şəhərində idi. Bəzən yol pulumuz da olmurdu ki, səhifələrin plyonkalarını həmin mətbəələrə aparaq. Digər bir çətinlik də vardı–qəzetin səhifələri çapa getməmişdən əvvəl siqnal nüsxələrini rayon icra haki-miyyətinin başçısına göstərməliydik və o, razılıq verəndən sonra qəzet çap oluna bilərdi. Vay o günə ki, başçı səhifələrdə dəyişiklik edəydi! Onda Mingəçevirə və ya Gəncəyə bir qəzetin nəşrindən ötrü 2-3 dəfə gedib gəlməliydik. Hələ bu harasıdır?! Bir tənqidi material yazmağa ixtiyarımız yox idi. Yazsaq da, üstündən qara qələmlə xətt çəkilirdi – “Olmaz!”.Yəni qəzet rayon icra başçısının qəzeti idi biz də onun ”buyruqçuları”. Onun dediyilə oturub-durmalıydıq, çünki abunə yazılışını o təşkil edirdi, yoxsa… Daha ətraflı »


“Yeni Tərtər” qəzetinin redaksiyasinda Tofiq Yusif başda olmaqla işinin öhtəsindən gələn peşəkar kollektiv çalişir. Bu kollektiv istər Birinci Qarabağ istərsə də, İkinci Qarabağ müharibəsində işgüzar əmək sərf edərək, çox gərgin bir şəra-itdə fəaliyyət göstərmişdir. “Yeni Tərtər” qəzeti çox bö-yük nailiyyətlərə imza atmışdır, qəzet bütün sahələrdə – təhsil, sosial-iqtisadi, siyasi və mədəni sahələrdəki problemlərə toxunur, bu-nunla yanaşı Tərtərin quruculuq işləri haqqında da oxuculara geniş məlumatlar verir.
Yaddan çıxmayan tarix 2005-ci ildə “Yeni Tərtər” qəzeti fəaliyyətə başladı. İlk gündən qəzet vətənpərvərlikdən və Tərtərimizin gözəlləşməsindən, abadlaşmasından danışdı. Bu, qəzetin şüarı oldu.
Bu, bizim üçün tarixi bir Zəfərdir. Çünki qeyd etdiyiniz kimi, 30 il ərzində torpaqlarımız işğal altında idi. Bu, böyük ədalətsizlik idi və beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə etibarilə nəticə olmadı.
Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi zəfərdən sonra Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi gündəmə gəldi. Hazırda bu istiqamətdə işlər gedir, tezliklə tarixi torpaqlarımız olan Zəngəzurda regionun iqtisadi mənzərəsini dəyişəcək böyük nəqliyyat infrastrukturunun qurulmasının şahidi olacağıq. Amma bu, hələ hamısı deyil…


“Bala Kirpi” yenə şəhəri gəzməyə çıxmışdı. O bilirdi ki, 44 günlük Vətən müharibəsi dövründə Tərtərdə salamat yer qalmayıb, ermənilərin atdıqları top mərmiləri və raketlər rayonu bərbad hala salıb, binalar, təsərrüfatlar, yollar, kommunikasiya xətləri darmadağın edilib, mülki əhalidən xeyli ölən və yaralanan olub. Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəsinə 16 min 277 top, tank, “Qrad” mərmiləri düşüb, 21 qadağan olunmuş raket atılıb. Həmin yaşayış məntəqələrində 60 fərdi yaşayış evi və 2 mənzil, 6 sahibkarlıq obyekti, 2 sosial obyekt tamamilə dağıdılıb, 8 nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb, 5017 fərdi yaşayış evi və mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 178 sahibkarlıq obyektinə, 45 sosial obyektə, 30 inzibati binaya, 95 nəqiliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib, 61 baş iri buynuzlu, 393 baş xırdabuynuzlu heyvan, 24 arı ailəsi məhv olub.
Bütün dünyanı cənginə alan COVİD-19 pandemiyasına qarşı mübarizə bu gün daha qlobal məsələyə çevrilmişdir. Pamdemiyaya qalib gəlmək üçün qlobal həmrəylik strateji əhəmiyyət kəsb edir. Pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görülmüş və əhali arasında bununla bağlı geniş maarifləndirmə işləri aparılmışdır. Artıq bir ildən coxdur ki, ölkə əhalisinin vaksinasiya prosesinə başlanılmışdır. Azərbaycan Respublikasının vaksinasiya ilə bağlı xüsusi strategiyası hazırlanmış, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası” qəbul olunmuşdur. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verməkdədir. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhaliyə 4 növ vaksin seçimi verilmişdir. Onların hər biri effektiv və təhlükəsizdir.
Prezident İlham Əliyevin 22 iyul 2021-ci il tarixində Daşkəsən rayonunda Azərbaycan Televiziyasına verdiyi müsahibədə regionların sosial-iqtisadi inkişafı naminə dövlət proqramlarının icrası ilə bağlı, eləcə də digər tarixi əhəmiyyətli məsələlərdən də bəhs olunmuşdur. İstifadəyə verilən obyektlərin regionların hərtərəfli inkişafına xidmət etməsini vurğulayarkən dövlət başçısı bildirib ki, əksəriyyətində ən müasir idman qurğuları olmaqla Azərbaycanda fəaliyyət göstərən 48 idman kompleksindən biri Goranboy rayonunda istifadəyə verilib.
Yeni ismarıclar