Yaddan çıxmayan tarix 2005-ci ildə “Yeni Tərtər” qəzeti fəaliyyətə başladı. İlk gündən qəzet vətənpərvərlikdən və Tərtərimizin gözəlləşməsindən, abadlaşmasından danışdı. Bu, qəzetin şüarı oldu.
Ölkə Başçısının dövlətçiliklə bağlı fəaliyyəti, Tərtər Rayon İcra Hakimiyyətinin rayonumuzla bağlı apardığı işlər, iqtisadi durumunun işıqlandırılması, “Köhnə kişilər rubrika” sı, tarixi yerlərimiz, “Şəhidləri”miz, qazilərimizə göstərilən qayğı, milli adət-ənənələrimiz, “Həkim məsləhəti”, “Poeziya”, “Ziyalılar”ımız və s. Mövzular “Yeni Tərtər” qəzetində mükəmməl şəkildə işıqlandırılmışdır.
Mən çox məmnunam ki, Tərtər rayonunda belə bir demokratik ruhlu, doğruları qələmə alan qəzet fəaliyyət göstərir. Buna görə də “Yeni Tərtər” qəzetinin Baş redaktoru “Qızıl Qələm” mükafatına layiq görülmüş cənab Tofiq Yusifə və qəzet kollektivinə minnətdaram!
“Yeni Tərtər” qəzeti region mətbuatı içərisində özünəməxsus yeri olan qəzetdir. “Yeni Tərtər” qəzeti yeniləşən Tərtərimizin çırağıdır! Hər səhifədə danışan bir tarix var, bizi maraqlandıran məsələlər var. Bu qəzet Tərtərimizin tanıdılmasında əvəsziz rol oynayır. Nəyisə yaratmaq olar, nəyisə qurmaq olar, ancaq onun salnaməsi olmasa, bütün bunlar tarixin yaddaşına həkk olunmayacaq.
Bu gün bu işin öhdəsindən 16 il dayanmadan fəaliyyət göstərən “Yeni Tərtər” qəzeti layiqincə gəlir. Mənim ilk fəaliyyətim bu qəzetdən başlayıb. Tofiq müəllim mənim həyat müəllimimdir.
“Yeni Tərtər” qəzeti rayonumuzun aynasıdır. Əgər biz rayonumuzu olduğu ki-mi görmək istəyiriksə, o aynaya xüsusi qayğı göstərməliyik.
Fəaliyyətə başladığı gündən “düzü düz, əyrini əyri” deməklə hər yaşda oxucusu olan “Yeni Tərtər” qəzeti Tərtər rayonunun 16 il ərzində keçdiyi inkişaf yoluna bələdçilik etməklə yanaşı, özü də bu dövrdə daha böyük işlərə imza atmaqla, qarşıdakı illər üçün mühüm yeni ən gözəl qəzetçilik uğurların təməlini qoydu.
Bu günə qədər Tərtər rayonu ilə bağlı hər bir uğur “Yeni Tərtər” qəzetinin daim diqqətində olub, geniş işıqlandırılıb.
Səbuhi Kərimov,
“Yeni Tərtər” qəzetinin ilk foto-müxbiri