. İkiüzlü insanlar qiyamət səhnəsinə başı üstə, ikidillilər isə üzləri üstə süründürülərək gətirilərlər. Atəş onların bədənindən elə püskürər ki, bədən üzvləri əriyib tökülər. Onları belə tanıtdırarlar: “Bunlar dünyada ikiüzlü və ikidilli olanlardır!”
. Dünyada ikiüzlü olanların Qiyamət günü atəşdən iki dili olar.
. İnsanlar ölən zaman iki dəstə olurlar. Bir dəstə rahat olur, digəri isə başqalarını rahat edir. Birinci dəstə möminlərdir ki, dünya çətinliklərindən azad olurlar. İkinci dəstə kafirlərdir ki, ölməkləri ilə bitkilər, heyvanlar və insanlardan bir çoxu onların şərindən rahat olurlar.
. Həqiqi mömin o kəsdir ki, öz varını kasıblarla bölüşdürsün və insanlar barəsində insaflı olsun.
. Mömin o kəsdir ki, yaxşı işindən xoşhal, pis işindən narahat olsunlar.
. İki söz var ki, həmişə eşidilməz (yəni, gözlənilməzdir). Bu iki sözə gərək riayət edilsin. Bunların biri ağılsızın dediyi gözəl sözdür. Bunu qəbul edin. Digəri isə, ağıllı insandan eşitdiyiniz ağılsız sözdür. Bu sözə isə etina etməyin.
.“İki nəfər mənim şəfaətimdən faydalanmaz. Biri zülümkar padşahın qapısını qoruyan şəxs, ikincisi isə dində ifrata varmaqla həddini aşan təəssübkeş dindar.”
. İmam Hüseyn (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Dünyaya məhəbbət bəsləmək qəm-qüssəni artırar, zahidlik və pəhrizkarlıq isə qəlb və bədənə aramlıq bəxş edər.”
-
30İyl
Müəllif: Redaktor, 09:54