18Fev
Bayram müəllim Kəlbəcər rayonuna təyinatla gəlmişdi. Coğrafiya, biologiya fənnini tədris edirdi. Onun ailəsində ilk övladı da elə Kəlbəcərdə dünyaya gəlmişdi. Adını Səbuhi qoydular.
Səbuhi Susuzluq kəndində doğulsa da, onun uşaqlığı rayonumuzun Səhlabad kəndində keçdi. Atası Bayram müəllimin işi bura dəyişildiyindən ailəsi ilə birlikdə Səhlabadda yaşayası oldu. Səbuhi böyüdükcə atanın ümidləri daha da artırdı.
Inanırdı ki, oğlu gələcəkdə valideynlərinə başucalığı gətirə biləcəkdi.
Artıq ümid dolu illər arxada qalıb. Səbuhi Azərbaycan Dövlət Universitetinin fiziki tərbiyə və çağırışa hazırlıq fakültəsini bitirib. Daha ətraflı »
Teqlər: Təhsil
09Fev
Gənc nəslin mənəvi inkişafı üçün bəzi şərtlər əsasdır. Gənclər Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmalıdır.
Onların hərbi–vətənpərvərlik tərbiyəsi gücləndirilməli və gənclər hərbi xidmətə hazırlanmalıdırlar. Daha ətraflı »
Teqlər: Təhsil
09Fev
Azərbaycan xalqı bir xalq kimi formalaşdığı gündən açıq sufrəli, bağları meyvəli, torpağı sərvətli, insanları mehriban, dosta səxavətli bir xalq kini tanınmış və bu gün də bu dəyərləri ilə bütün dünya xalqları arasında seçilir.
Ailədə dil acan hər bir azərbaycanlı uşağı bu dəyərlər üzərində köklənir, böyüyur, milli dəyərləri inkişaf etdirərək gələcək nəslə çatdırır. Daha ətraflı »
Teqlər: Təhsil
09Fev
Müəllim pedaqoji prosesdə həlledici qüvvə kimi çıxış edir. Şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür.
Müəllim cəmiyyətdə çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə verir. Görkəmli şəxsiyyətlər pedaqoqun əməyinə yüksək qiymət vermiş, onu günəşə, bağbana, mühəndisə bənzətmişlər. Daha ətraflı »
Teqlər: Təhsil
22Yan
Heydər Əliyev Mərkəzində rayonun uşaq yaradıcılıq mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2015-ci il tarixli Sərəncamı əsasında, görkəmli hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş tədbir keçirdib. Azərbaycan dövlət himni ilə başlayan tədbiri uşaq yaradıcılıq mərkəzinin direktoru Ülviyyə Qənbərova açıb. Daha ətraflı »
Teqlər: Təhsil
06Yan
“İlin ən yaxşı ümumi təhsil müəssisəsi” adına layiq görülməsi münasibəti ilə şəhər 1 saylı tam orta məktəbində tədbir keçirilib. Daha ətraflı »
Teqlər: Təhsil
06Yan
Şəhər 1 saylı körpələr evi-uşaq bağçasında Yeni il şənliyi keçirilib. Tədbirdə valideynlər də iştirak ediblər. Şaxta Baba və Qar Qız balacalarla birlikdə rəqs ediblər, onların ifasında şeir və mahnılara qulaq asıblar. Daha ətraflı »
Teqlər: Təhsil
06Yan
Mənim adım Elvindi. Umudlu kənd tam orta məktəbin 3-cü sinifində oxuyuram. Cari dərs ilində rayonumuzda keçirilən “Çağdaş” fənlərarası bilik yarışmasında fəal iştirak etmişəm Daha ətraflı »
Teqlər: Təhsil
25Dek
Heydər Əliyev Mərkəzində ekskursiya layihəsi davam edir. 2015-ci ilin əvvəlindən 60-dan çox idarə, təşkilat və tədris müəssisəsindən, 1800 nəfər layihədə iştirak etmişdir. Onlardan 1500 nəfəri qrup, 300 nəfəri isə fərdi şəkildə iştirakçı olmuşlar. Daha ətraflı »
Teqlər: Təhsil
16Dek
Uşaqların istedad və qabiliyyətlərinin vaxtında üzə çıxarılmasına və onların inkişaf etdirilməsinə valideynlərin, müəllimlərin, ümumiyyətlə uşaq tərbiyəsi ilə məşğul olan hər bir şəxsin cəlb edilməsi və bununla da millətimizin intellektual potensialının yüksəldilməsi problemi bizi çoxdan düşündürür. Daha ətraflı »
Teqlər: Təhsil
Yeni ismarıclar