Heydər Əliyev Mərkəzində rayonun uşaq yaradıcılıq mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2015-ci il tarixli Sərəncamı əsasında, görkəmli hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş tədbir keçirdib. Azərbaycan dövlət himni ilə başlayan tədbiri uşaq yaradıcılıq mərkəzinin direktoru Ülviyyə Qənbərova açıb.
Sonra söz Respublika Təhsil Nazirliyinin metodisti Nəzakət İbrahimovaya verilib. O bildirib ki,1918-ci il dekabırın 26-da Xalq Cümhuriyyətinin hərbi naziri təyin olunan, rus ordusunda xidmət etmiş artilleriya general-leytenantı Səməd bəy Mehmandarov qısa müddətə 30 minlik ordu yaratmağa nail olub, öl-kəmizin ərazi bütövlüyünün qorunmasında, hərbi təhlükəsizliyinin təmin edilməsində mühüm tarixi rol oynayıb.
“Gənc folklorçular” dərnəyinin rəhbəri Nuranə Mahmudovanın çıxışında Səməd bəy Mehmandarovun həyat və fəaliyyəti öz əksini tapdı. “Tarixsevərlər” dərnəyinin rəhbəri İlahə Hacıyeva generalın şərəfli həyat yolundan maraqlı faktları diqqətə çatdırdı. Dərnək üzvlərinin ifasında vətənpərvərlik mövzusunda şeir-lər, mahnılar səsləndi, ədəbi-bədii kompozisiya nümayiş olundu.
Sonra ANS studiyasının təşkilatı dəstəyi ilə çəkilmiş “Sərdar” filmindən qısa fraqmentlər tədbir iştirakçılarına təqdim edildi.
Uşaq yaradıcılıq mərkəzində “rəsm” dərnəyinin üzvlərindən Rəşad Əbilova, Kənan Kərimzadəyə və Həbib Nəcəfliyə mərkəzin rəhbərliyi tərəfindən diplomlar təqdim olundu.
-
22Yan
Müəllif: Redaktor, 15:43
Teqlər: Təhsil