Gənc nəslin mənəvi inkişafı üçün bəzi şərtlər əsasdır. Gənclər Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmalıdır.
Onların hərbi–vətənpərvərlik tərbiyəsi gücləndirilməli və gənclər hərbi xidmətə hazırlanmalıdırlar. Istedadlı gənclər aşkar edilməli, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şərait yaradılmalıdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinə xüsusi diqqət göstərmişdir. Gənc nəslin hərtərəfli biliyə yiyələnməsi, dün-yagörüşünün inkişafı, fiziki cəhətdən sağlam böyüməsi sahəsində onun gördüyü işlər danılmazdı. Bu istiqamətdə görülən işlər sayəsində şagirdlər və tələbələr hər il dünyamiqyaslı həm fənn olimpiadalarında, həm də idman üzrə keçirilən olimpiada-larda geniş iştirak edirlər.
Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin uşaq və gənclərin mənəvi və fiziki cəhətdən inkişafına yönəlmiş işləri xüsusilə diqqətə çatdırmaq istərdim. Onun uzaqgörən siyasəti sayəsində artıq Azərbaycan gəncləri ölkəmizin xaricdə təmsil olunması və təbliğində böyük uğurlara imza atırlar. Bütün bunlara son dövrlərdə Azərbaycanın olimpiya sahəsində qazandığı uğurları, gənc alimlərə göstərilən qayğını misal göstərə bilərik.
Uşaq və gənclərin hərtərəfli inkişafı yolunda görülən işlər ra-yonumuzda da uğurla həyata keçirilir. Uşaq və gənclərin mənəvi inkişafı yolunda keçirilən tədbirlərdə onlara Vətənə, millətə, milli-mənəvi dəyərlərə hörmət və məhəbbət hissləri aşılanır.
Rayonumuzda uşaqların və gənclərin fiziki inkişafına da xüsusi diqqət yetirilir. Onların asudə vaxtlarını səmərəli keçirmələri üçün xeyli işlər görülmüş və görülməkdədir. Gənclər Mərkəzində gənclərin vaxtlarını maraqlı keçirməsi üçün hər cür şərait yaradılmışdır. Burada gənclər 3D formatlı filmlər izləyə, virtual atıcılıq mərkəzində vaxtlarını ma-raqlı keçirə, karaoke hissəsində isə əylənə bilərlər.
Uşaq və gənclərin fiziki inkişafına yol açmaq üçün Olimpiya Kompleksinin, Şahmat Məktəbinin tikilib başa çatdırılması nəzərdə tutulub. Bundan başqa elektron kitabxananın da açılması bu planlar arasına daxildir.
Son dövrlər cəmiyyətimizin ən böyük bəlasına çevrilmiş nar-komaniya və alkoqolizmə qarşı mübarizəyə həsr olunmuş tədbirlərdə uşaq və gənclərin bu cür təhlükəli və zərərli vərdişlərdən uzaqlaşması təbliğ olunur. Eləcə də, gənc qızların erkən nigaha cəlb olunmasına qarşı maarifləndirici tədbirlər keçirilir. Şagirdləri bu cür zərərli vərdişlərdən uzaqlaşdırıb idmana və elmə cəlb etmək lazımdır.
Nərmin Mustafazadə,
Ş.Şikarov adına 5 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
-
09Fev
Müəllif: Redaktor, 14:41
Teqlər: Təhsil