Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Fev

    1428411596_11116056_922344981151533_1276682195_nAzərbaycan xalqı bir xalq kimi formalaşdığı gündən açıq sufrəli, bağları meyvəli, torpağı sərvətli, insanları mehriban, dosta səxavətli bir xalq kini tanınmış və bu gün də bu dəyərləri ilə bütün dünya xalqları arasında seçilir.
    Ailədə dil acan hər bir azərbaycanlı uşağı bu dəyərlər üzərində köklənir, böyüyur, milli dəyərləri inkişaf etdirərək gələcək nəslə çatdırır.
    Evimizdə, ailəmizdə ən əziz süfrəni, ən ağır dərdlərimizi dosta açmışıq.
    Ən əziz nemətləri dost süfrəsinə düzub, düşmən gözünə ox olub analarımız. Mehribanlıq, qayğıkeşlik, böyüyə hörmət, kiçiklərə qayğı ulularımızın bizə yadigarı kimi bu gün də yaşayır.
    Çox heyflər olsun ki, süfrəmizin çörəyini yeyən mənfur qonşularımız ermənilər bu səxavətə, bu etibara, bu qayğıya, bu çorəyə xain baxdılar.
    Bu gün ailələrimizdə dünyaya gələn korpələrə, bağçalara gedən uşaqlara, məktəblilərə xalqımıza xas olan humanist keyfiyyətləri aşılamaqla bərabər, onlara düşmənə nifrət, vətənə məhəbbət hisslərini təlqin etmək hər bir vətəndaşın vətən qarşısında ən ümdə vəzifəsi və borcudur.
    Bir xırda epizodu misal gətirmək istərdim. Yazı stolumun üstündəki üçrəngli bayrağı 3 yaşlı nəvəm götürüb aparır. «Onu hara aparırsan?»–sualına: «Nənə, bu Azərbaycandır, bizim otaqda Azərbaycan yoxdur, ora aparıram» -deyir. Budur əsl vətənpərvərlik. Budur körpələrə vətənimizi, doğma yurdumzu sevdirmək…
    Vətənin hər qarış torpağı uğrunda canını qurban vermək vətən övladlarının müqəddəs borcudu. Bu gün gənc nəslə vətəni sevməyi öyrətmək lazım gəlmir.
    Onlar doğulduğu andan bu torpağı, bu vətəni sevir, əzizləyir, onun yolunda şəhid olmağı müqəddəs borc bilirlər. Aldıqları məlumatlar, tanıdıqları qəhrəmanların həyat yolu onlar üçün örnəkdir.
    V sinif şagirdi vətənin şəhid oğlu Mübariz İbrahimovun şəklini çəkir və haqqında şeir yazır.
    Nə demək istəyirsən, oğul? soruşanda cavab verir: «Mən Mübariz tək vətənin igid oğlu olacağam, Mübarizin intiqamını alacağam!”
    Budur vətənpərvərlik, budur vətəni sevmək. Gənc nəslə vətəni, vətən torpağını, doğma Azərbaycan təbiətini sevdirmək, onu əsl vətənpərvər insan kimi yetişdirmək üçün canlı nümunə gətirmək daha doğru olar.
    Səməd Vurğunu hamı oxuyur. “Azərbaycan” şeirini isə elə düşünürəm ki, bilməyən yoxdur.
    Bu seiri oxuyan hər bir azərbaycanlı əsl vətənpərvərlik hissini duyur.
    “Bənövşə” şeirini oxuyanda isə S. Vurğunun doğma torpağa, təbiətə bağlılığı bir daha xatırlanır.
    Şairlə bağlı bir xatirəni yada salıram.
    Yaz günlərinin birində S.Vurğun vurğunu olduğu doğma yurdun gözəl güşəsi Göygölə gəlir. Görür ki, xarici qonaqlar kolların dibində boynubükük qalan bənövşələri yolub birbirinin başına tökür. Doğma təbiətə əcnəbilərin belə münasibəti şairin ürəyini ağrıdır.
    Dizlərini yerə qoyub əvvəlcə bənövşə tabağını kollardan, xəzəllərdən təmizləyir, sonra dirsəklənib ciyərdolusu bənövşəni iyləyir və ətrafındakılara deyir ki, bizdə bənövşəni belə iyləyirlər…
    Ürəyə bax! Sevgiyə bax.!
    Budur əsl vətənpərvərlik, budur əsl vətən sevgisi, doğma təbiətə məhəbbət!
    Bununla şair əcnəbi qonaqlara da doğma torpağımızı, zəngin təbiətimizi sevdirmək istəyib.
    Bundan da gözəl vətənpərvərlik olarmı?!

                                                                                              Nigar Əliyeva,
                   İsmayılbəyli kənd tam orta məktəbinin müəllimi

    Müəllif: Redaktor, 14:37

    Teqlər:

İsmarıclar bağlıdır.