Şəhid Rövşən Səfərov adına Sarıcalı kənd tam orta məktəbində şəhidin anım günü qeyd olundu. Anım gününə şəhidin doğmaları, Qarabağ müharibəsi veteranları, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət və media nümayəndələri toplaşmışdılar.
Öncə Sarıcalı kəndindəki “Şəhidlər abidə”si ziyarət olundu, önünə qərənfillər qoyularaq onların xatirələri ehtiramla yad edildi. Tədbir şəhidin adını daşıyan, oxuduğu məktəbdə davam etdirildi. Məktəbin təşkilatçı müavini–Gülnarə Muradova tədbiri açıq elan etdi, Dövlət himni səsləndirildi, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha ətraflı »
-
20FevTəhsil KÖVRƏK XATİRƏLƏR üçün şərhlər bağlıdır
Teqlər: Təhsil
-
30YanTəhsil İNŞA YAZI MÜSABİQƏSİ üçün şərhlər bağlıdır
Rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar tarixin qan yaddaşı” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. 2 akademik saat vaxt ayrılan yekun turda 34 tam orta məktəbdən 48 şagird iştirak edib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov çıxış edib. Sonra şagirdlərə müsabiqənin şərtləri haqqında ətraflı məlumat verilib.“Yeni Tərtər”
Teqlər: Təhsil
-
30YanTəhsil FİDANIN RƏNGLƏR DÜNYASI üçün şərhlər bağlıdır
Fidan Vəliyeva Uşaq Gənclər İnkişaf Mərkəzində rəsm dərnəyinin fəal üzvlərindən biridir. O, 1 saylı tam orta məktəbin səkkizinci sinfində oxuyur. Bizim dərnəyə çox kiçik yaşlarından üzv olub. İlk rəsm müəllimi Vahid Əsgərov olub. Bu gün də Fidanın cəkdiyi şəkillərdə Vahid müəllimin zəhməti hiss olunur.
Fidan balamız çox bacarıqlı şagirdimizdir. O, 2017-ci tədris ilində bir çox müsabiqələrdə iştirak edərək, ön sıraları tutub. 2 fevral 2018-ci il tarixdə Gənclər Gününə həsr olunmuş tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin əl işləri və rəsmlərdən ibarət sərgisi olub. Həmin sərgidə Fidanın bir çox rəsmləri sərgiləndi. Bundan başqa 2 aprel 2018-ci il tarixdə Gəncə şəhərində AXC-nin 100 illiyinə həsr olunmuş müsabiqədə Fidanın “Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda çəkdiyi rəsmlər 18 rayonun UGİM-nin 11-13 yaşlılar arasında 1-ci yerə layiq görülərək diplomla təltif olundu. İnanırıq ki, həmişə uğur bizim Fidanımızla olacaqdır. Daha ətraflı »Teqlər: Təhsil
-
18YanTəhsil Qabaqcıl təhsil işçiləri üçün şərhlər bağlıdır
FƏRQANƏ MÜƏLLİMİN UĞURU
Səhər saat 8-dir. 5 saylı tam orta məktəbin müəllimləri bir-biri ilə hal-əhval tutduqdan sonra sinif jurnallarını götürüb otaqlara tələsirlər. Axı, siniflərdə öz müəllimlərini səbirsizliklə gözləyən şagirdlər var. Bu müəllimlərin içərisində bir nəfər var ki, onun sinifə gəlişi bir az fərqlənir. Şagirdlər təkcə müəllim kimi deyil, həm də doğmaları, hətta sirdaşları kimi onu sevirlər. Bu, Fərqanə Məhərrəmovadur. Fizika və informatika fənlərini tədris edir. Ötən il məktəbin müəllim və şagirdləri arasında şad bir xəbər gəzdi, –Fərqanə müəllim “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. Hər kəs bu şad xəbərə sevindi və müəllimi təbrik etdi…
Fərqanə Məhərrəmova ilə tanışlığımıza səbəb elə onun fəxri ada layiq görülməsi oldu. Maraqlandım. Hər kəs onun haqqında xoş sözlər söylədi. İndiki şagirdləri də, məktəbi bitirmiş məzunlar da, valideynlər də ağızdolusu danışdılar:,, Çox yaxşı müəllimdir, həm tədris etdiyi dərsi sevdirə bilir, həm də müəllim kimi özünü. Onun şagirdləri həmişə yüksək nəticələr qazanırlar” –dedilər. Daha ətraflı »Teqlər: Təhsil
-
18YanTəhsil PEŞƏ SEVGİSİ üçün şərhlər bağlıdır
15 il əvvəl vaxtilə məzunu olduğum Qaradağlı kənd tam orta məktəbində coğrafiya müəllimi kimi əmək fəaliyyətinə başladım. İlk dərs günüm indiki kimi yadımdadır. Şagirdlərin maraq dolu gözlərinə baxdıqca düşünürdüm ki, elə işləyəcəyəm ki, həm mənə dərs deyən müəllimlərin, həm də bu uşaqların etimadını doğruldum.
Onu da qeyd edim ki, müasir qloballaşma dövründə coğrafiya fənninə maraq xüsusilə artıb. İndi böyüyən nəsil yaşadığımız dünya haqqında daha çox məlumat əldə etmək istəyir. Məktəbdə dərs dediyim şagirdlərin bəziləri bu gün mənimlə həmkardır. Onlarla öz təcrübəmi bölüşür, lazım gəldikdə köməkliyimi əsirgəmirəm. Seçdiyim peşəyə olan sevgim mənə uğurlar gətirib. Dəfələrlə məktəb direktoru, rayon təhsil şöbəsi tərəfindən fəxri fərmanlara layiq görülmüşəm. Bu tədris ilində isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif edilmişəm. Bütün təltiflər özlüyündə bir məsuliyyət hissidir. Mənə göstərilən etimadı bundan sonrakı pedaqoji fəaliyyətimdə doğrultmağa çalışacağam. Daha ətraflı »Teqlər: Təhsil
-
10YanTəhsil ÖRNƏK OLASI ÖMÜR YOLU üçün şərhlər bağlıdır
Xalq arasında belə bir deyim var: “Filankəs təpədən-dırnağa ziyalıdır”.
Həqiqətən də Zabil müəllimin danışığı, oturuşu-duruşu, ailədə, cəmiyyətdə rəftarı, hörməti və izzəti hər kəsdən fərqlidir. Nə yaxşı ki, ətrafımızda belə insanlar var! Onun varlığı səmimiyyətdən yoğrulub sanki. Hərdən kövrək bulağa dönməyi də var. Bu, qibtə olunası ziyalılarımızdan biri–hamının hörmətini qazanmış, necə deyərlər böyüklə böyük, kiçiklə-kiçik olan, bütün vücudu ilə duyğulu bir insan olan Zabil Zeynalovdur.
Zabil müəllimi rayonumuzda kiməsə tanıtmağa ehtiyac yoxdur. Sadəcə münasibət yaradıb, dünyanın azından-çoxundan, dərdindənsərindən, Vətəndən, yurddan, ellərimizin dağından-daşından söz salasanız bəs edər. Onda görərsən ki, necə təəssübkeş insanlar var. Qarşısındakı həmsöhbəti ilə elə mülayim, elə səmimi danışar ki, fikirlərini elə yana-yana bölüşəcək ki, ayrılanda düşünəcəksən: bu insan yox, ipək kələfidir. Bəlkə də bu xüsusiyyətlər onda Vətən yanğısından, el-obasına, doğma Umudluya həsrətdən irəli gəlir?! Bəlkə də elə qanında, canındadır?! Daha ətraflı »Teqlər: Təhsil
-
10YanTəhsil FƏXRİ AD MƏSULİYYƏT HİSSİMİ ARTIRIR üçün şərhlər bağlıdır
Müəllim Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Əməkdar müəllim” adına layiq görülənlərdən biri şəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Tahirə Quliyevadır. Tahirə müəllim həm də noyabr ayının 28-də keçirilmiş Azərbaycan Müəllimlərinin qurultayının iştirakçısı olub. Qabaqcıl təhsil işçisini redaksiyamıza dəvət edib, ürək sözlərini dinlədik. O dedi:
–“Əməkdar müəllim” adı möhtərəm Prezidentimiz tərəfindən müəllimlik fəaliyyətimə verilən yüksək qiymətdir. Bu qiymətə, eləcə də ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm. Eləcə də məni bu təltifə layiq bilən rayon rəhbərliyinə, təhsil şöbəsinə və çalışdığım kollektivə təşəkkür edirəm.
Tahirə müəllim onu da söylədi ki, əmək fəaliyyətinə rayon komsomol komitəsində statist kimi başlayıb. Sonralar orada uçot və maliyyə bölməsinin müdiri təyin edilib. Gənclərlə işləmək həvəsi də onda bu illərdə yaranıb. 1985-ci ildə Gəncə Dövlət Universitetini bitirib. Tahirə Quliyeva 1994-cü ildən pedaqoji fəaliyyətə başlayıb. Elə o vaxtdan da şəhər 6 saylı tam orta məktəbdə çalışır. Bu müddətdə məktəbdə yüzlərlə vətənpərvər, savadlı gəncin yetişdirilməsində onun da zəhməti var. Daha ətraflı »Teqlər: Təhsil
-
27DekTəhsil HƏR BİR ŞAGİRD İSTEDADDIR üçün şərhlər bağlıdır
Şəhər 3 saylı ümumi orta məktəbdə tarix müəllimi Kifayət Kərimovanın təşəbbüsü ilə şagirdlər arasında “Bilik yarışı” keçirilib. Tədbirdə rayon təhsil şöbəsinin nümayəndəsi Gülxar Abbasova, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, tarix-diyarşünaslıq muzeyinin direktoru Aybəniz Şahbazi və valideynlər iştirak ediblər.
“Bilik yarışı”nın açılışında Azərbaycanın himni səslənib. Kifayət Kərimova öz çıxışında bildirib ki, hər bir şagird öz Vətəninin, doğulduğu şəhərin dünənini və bugününü yaxşı bilməli, tariximizi dərindən öyrənməlidir.
Sonda məktəbin direktoru Dilşad Məmmədova şagirdləri təbrik edərək, qalibləri Fəxri fərmanla mükafatlandırıb.“Yeni Tərtər”
Teqlər: Təhsil
-
30NoyTəhsil GƏNC MÜƏLLİMLƏRƏ QAYĞI DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır
Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti mövcuddur və bu siyasət bu gün də qətiyyətlə həyata keçirilir. Ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırırdı. Onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Prezident İlham Əliyevin qayğısı ilə ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir.
Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir. Gənclərin maariflənməsi, savadlanması, elmi inkişaflarının artırılmasına xüsusi diqqət göstərilir. Azərbaycan dövlətinin gənclər siyasətində gənc müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması, onların problemlərinin həll edilməsi məsələlərinin önə çəkilməsi gəncləri müəllim işləməyə həvəsləndirir. Hazırda respublikanın ümumtəhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu həyata keçirilir.
Daha ətraflı »Teqlər: Təhsil
-
30NoyTəhsil MƏKTƏBLİLƏRİN SƏFƏRİ UĞURLA BAŞA ÇATDI üçün şərhlər bağlıdır
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyada iştirak edən tərtərli məktəblilərin Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası uğurla başa çatıb.
Məktəbliləri rayonun Mərkəzi Meydanında Tərtər Rayon İcra Hakimiyyətinin, təhsil şö-bəsinin məsul işçiləri və valideynlər qarşılayıblar.
Məktəblilər səfər etdikləri rayonlarda sosial-iqtisadi inkişaf istiqamətində görülən işlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar.
Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.
Tur-aksiyadan geri dönən məktəblilər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə “Tərtər-Şıxarx” avtomobil yolunun kənarında, “Marağa-150” abidəsi ətrafında ağac əkiblər.“Yeni Tərtər”
Teqlər: Təhsil
Yeni ismarıclar