Mənim adım Elvindi. Umudlu kənd tam orta məktəbin 3-cü sinifində oxuyuram. Cari dərs ilində rayonumuzda keçirilən “Çağdaş” fənlərarası bilik yarışmasında fəal iştirak etmişəm. Mən bu yarışmada yüksək bal qazandım. İngilis dilindən suallara 100-də 100 cavab yazdım. Bu xarici dili mənə öyrədən və zəhməti böyük olan Səadət Zeynalova haqqında danışmaq istəyirəm. Səadət müəllim Qarabağda dünyaya göz açıb, Dədə Şəmşirin sazlı-sözlü vətənində böyüyən bu qızın taleyinə qaçqınlıq yazılıb. O, Bakı Dövlət Universitetini bitirib. 1993-cü ildən Tərtər rayonunda ilk pedaqoji fəaliyyətə başlayıb. İlk dəfə əlinə jurnal alıb sinifə gələn gənc müəllim özünə söz verib şagirdləri elə öyrətsin ki, onlar biliklərinin gücü ilə düşmənləri məhv etsinlər.
Elvin Həsənli