Heydər Əliyev Mərkəzində ekskursiya layihəsi davam edir. 2015-ci ilin əvvəlindən 60-dan çox idarə, təşkilat və tədris müəssisəsindən, 1800 nəfər layihədə iştirak etmişdir. Onlardan 1500 nəfəri qrup, 300 nəfəri isə fərdi şəkildə iştirakçı olmuşlar.
Bu günlərdə şəhərin 1, 2, 5 və 6 saylı tam orta məktəblərinin yuxarı sinif şagirdləri də Heydər Əliyev Mərkəzində olmuşlar. Ekskursiyada 50 nəfər məktəbli iştirak etmişdir. Onlar əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar. Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova şagirdlərə Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat vermişdir. Məktəblilər Ulu Öndərlə bağlı öz ürək sözlərini bildirmiş, sonra birlikdə Ümummilli liderdən bəhs edən filmə baxmışlar.
Ekskursiyada məqsəd Heydər Əliyev irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrlə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi barədə biliklərin artırılmasıdır. Ekskursiyalar növ-bəti ildə də davam etdiriləcəkdir.
-
25Dek
Müəllif: Redaktor, 10:20
Teqlər: Təhsil