18Mar
Hər il Novruz gələndə mənim xəyallarım çox-çox uzaqlara, uşaqlıq illərimə gedib çıxır. O zman sovet hakimiyyəti yeni qurulmuşdu və bizim milli bayramlarımızın açıq şəkildə qeyd olunmasına icazə verilmirdi. Buna baxmayaraq, hər evdə bayrama hazırlıq işləri görülürdü. Bu qədim adətlərimiz bizim varlığımızda, ruhumuzda idi və bunları kənardan idarə etmək mümkün deyildi.
Hətta Böyük Vətən müharibəsi cəbhələrində döyüşərkən biz azərbaycanlılar bombarduman altında belə baharın gəlişini qeyd etməyi unutmurduq. Yaxşı yadımdadır, bir dəfə evdən mənə kiçik bağlama göndərmişdilər. Daha ətraflı »
Teqlər: Mədəniyyət
18Mar
Aşıq Şəmşirin vətəni olan Kəlbəcərin Ağdaban kəndində doğulub, ilk dəfə bu dünyanın gözəlliklərini – meşələrimizi, dağlarımızı orada görüb sevmişəm. Kəndimiz xalqımızın milli varlığınını əks etdirən adət və ənənələrimizi, o cümlədən Novruz adətlərini daim yaşadırlar.
Ağdabanın içindən Ağdaban çayı keçib Tərtər çayı ilə qovuşurdu. Cavanlar həmişə çərşənbə tonqallarını bu çayın kənarında qalayardılar. Həm də su çərşənbəsində qız-gəlinlər sübh tezdən durub səhənglərlə çaydan su gətirər, ev-eşiyə, həyət bacaya göz yaşı kimi durru su səpərdilər. Daha ətraflı »
Teqlər: Mədəniyyət
18Mar
Doğma Dil, doğma Vətən, doğma Ana!
Bunlar eyni məfhumlardır. Çünki ananı sevməsən, vətəni sevə bilməzsən. Ananı, vətəni sevdiyini ifadə etmək üçün ürəyindəkiləri söyləməyə dil lazımdır. O dil ki, doğma anamızın dilidir. Dili bizə anamız öyrətdiyinə görə də Ana dili adlanır bu dil. Hər bir xalqın öz ana dili var və öz dili ilə tanınır. Bizim də ana dilimiz Azərbaycan dilidir. Bizim ana dilimiz poeziya dilidir, şirin layla dilidir, qəlbləri oxşayan mahnı dilidir. Bizim ana dilimiz dosta məhəbbət, düşmənə nifrət dilidir, bu dil xəstələrə məlhəm dili və ən ülvi hissləri ifadə etməyə qadir olan bir dildir. Biz bütün əsərləri, elmləri öz doğma dilimizdə oxuyur və öyrənirik. Deyilənə görə əgər bir xalqın dilini əlindən alsan, o xalq məhv olub gedər. Daha ətraflı »
Teqlər: Təhsil
18Mar
Yaxın keçmişimizdə Səhlabad kəndində əhalinin çox hissəsi nar bağlarının becərilməsində fəhlə kimi çalışırdı. Bu cür iş şəraiti onları bir qədər şəxsi təsərrüfatın inkişafından ayırırdı. Yəni, kolxozçudan fərqli olaraq, sovxoz fəhləsi yalnız aldığı maaşla ailəsini dolandırırdı. Daha ətraflı »
Teqlər: Kəndlərimiz
18Mar
Rayonun “Gənclər Mərkəzi”ndə “İdeal” fəal gənclər təşkilatı Tərtər şəhər tam orta məktəblərinin yuxarı sinif şagirdləri arasında “7 sual-7 cavab” intelektual yarışı kecirmişdir.
Tədbirə rayon icra hakimiyyəti başçısı aparatının, gənclər və idman idarəsinin, təhsil şöbəsinin mümayəndələri, idarə və müəssisə rəhbərləri dəvət olunmuşlar. Daha ətraflı »
Teqlər: Xəbərlər
16Mar
Hormətli tərtərlilər! Bu gün mən sizi, o cümlədən rayonumuzda məskunlaşmış məcburi köçkün və qaçqın bacı qardaşlarımızı, eləcə də düşmənlə təmas xətti boyunca səngərlərdə gecə –gündüz əmin-amanlığımızı qoruyan əsgər və zabitlərimizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram! Daha ətraflı »
Teqlər: Tərtər ŞİH-də
11Mar
“Yeni Tərtər” qəzeti redaksiyasında baharın müjdəçisi olan 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi.Redaksiyada çalışan qadınları təbrik edən qəzetin baş redaktoru Tofiq Yusif onların timsalında bütün Azərbaycan qadınları haqqında xoş sözlər söylədi. Bildirdi ki, ailə də, cəmiyyətdə də qadınlarımızın üzərinə məsul vəzifələr düşür Daha ətraflı »
Teqlər: Xəbərlər
10Mar
Tofiq Yusif-65
Tofiq Yusif haqqında fikir söyləmək mənim üçün çox çətindir. O, gözəl insan, gözəl dost, gözəl şairdir.
Zəmanəmizin mənəvi dəyərlərinin ucuzlaşdığı bir şəraitdə bunların hər üçü çətindir. İnsan olub insan kimi qalmaq da, axıradək dost kimi etibarlı olmaq da, şair olub Vətənini, Yurdunu sonsuz bir məhəbbətlə tərənnüm etmək də, onun dərdlərini çiyinlərində daşıya bilmək də çətindir.
Bilmirəm, hansı daha güclüdür onda. Deyəsən hər üçü. Həm insan, həm dost, həm də şair kimi bənzərsizdir Tofiq Yusif. Vətəninin, Yurdunun başı kimi, onun da başı müsibətlər çəkib. Bəlkə də ona görə Vətəninin dərdlərini duymaq qabiliyyətinə sahib olub. Hələ gənc yaşlarından qoynunda bəsləndiyi dağlardan uzaq düşməyi bəs deyilmiş kimi, şəxsi həyatında baş verən faciələr də dərd üstən dərd verib… Daha ətraflı »
Teqlər: Ədəbiyyat
10Mar
Kəndimizə məktub
Bir əzabdır gülüşlərim,
Mən sənsiz gülə bilmirəm
Həsrət, hicran yaşlarını
**********
Çatdırıb silə bilmirəm.
Yaşamıram, ömrüm yanır,
İnsan insanlığın danır.
Tanrı varkən haqq tapdanır,
Niyəsin bilə bilmirəm.
Daha ətraflı »
Teqlər: Ədəbiyyat
10Mar
«Yeni Tərtər » qəzetinin baş redaktoru Tofiq Yusifə
Çox möhtərəm Tofiq müəllim!
Son illər qəlbimin və qələmimin susduğunu yaxşı bilirsiniz. İradəsiz və mətanətsiz bir insan olaraq yaradıcılıq əzablarından qaçdım. Bəsirət gözüm bağlandı, həyatda işıqlı heç nə görməyərək depressiyaya qərq oldum. İlham məndən uzaq düşdü.
Dünyada mənə ən əziz olan üç əvəzsiz neməti (dağlarımızı, meşələrimizi, kəndimizi) itirməklə bahəm bir çox inam və inanclarımın puç və əfsanə olduğunu görmək məni sarsıtdı, çilik-çilik elədi, ümidsizlik kölgəsinə çevirdi.
Vaxtilə kənddə, cavanlığın şahlıq taxtında olarkən Əli Kərimin «dərdli səhərlər» ifadəsinə çox təəccüblə baxardım. Necə yəni «dərdli səhərlər»? Səhərə də dərd yaraşarmı? Səhər yeni günün işıqlı başlanğıcıdır, sevincidir, fərəhdir, qanadlanan arzulardır. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
Yeni ismarıclar