Gənclər Mərkəzində 20 oktyabr –Ümumdünya Statistika Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Tərtər Rayon Statistika İdarəsinin kollektivi ilə yanaşı, idarə və müəssisə rəhbərləri, kənd İƏD üzrə nümayəndələr, statistika istifadəçiləri, media nümayən-dələri iştirak ediblər.
Məruzə ilə çıxış edən rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov gös- tərib ki, BMT-nin Baş Məclisinin qərarı ilə hər beş ildən bir 20 oktyabr Ümumdünya Statistika Günü kimi qeyd olunur. Birinci Statistika Günü 2010-ci ildə keçirilib. 2015-cu ildə Azərbaycanda statistikanın təşkilindən 169 il keçir və rəsmi statistikanın 95 yaşı tamam olur.
“Yeni Tərtər” qəzetinin baş redaktorunun muavini Svetlana Bağırova, İrəvənlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərov, statistika idarəsinin aparıcı məsləhətçisi Zərnişan Tanrıverdiyeva statistikanın cəmiyyətin və hər bir şəxsin həyatında oynadığı roldan danışıblar.
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Ramiz Şabanov Beynəlxalq Statistika günü münasibətilə rayon statis-tiklərini təbrik edib, kollektivin hər bir üzvünə can- sağlığı və işlərində uğurlar arzulayıb.
“Yeni Tərtər”