AZƏRBAYCAN PREZİDENTİNİN HİMAYƏSİ İLƏ TƏMAS XƏTTİNDƏ
BÖYÜK QURUCULUQ PROSESİ BAŞLAYIB

Qəhrəman oğullar diyarı Tərtər istər Qarabağ müharibəsi dövründə, istərsə də atəşkəs elan ediləndən sonrakı illərdə öz şanlı ənənələrinə sadiq qalaraq əsl fədakarlıq nümunəsi göstərmiş, qanlı döyüşlərdə olduğu kimi təsərrüfat, abadlıq, quruculuq sahəsində qazandıqları uğurlarla da düşmənlərimizə gerçək göz dağı vermişlər.
Qarabağ savaşında Ermənistan silahlı qüvvələri ərazilərimizin 20 faizini işğal etmişlər. Bu, dünya birliyinə məlum olan inkaredilməz faktdır. Qanlı döyüşlərə meydan olan Tərtərdə isə fərqli mənzərədir. Tərtərlilər düşmənə nəinki bir qarış torpaq vermədilər, əksinə, bizim dədə-baba ərazilərdə məskunlaşmış erməniləri də qovub uzaqlaşdırdılar. Bu fakt ermənilər tərəfindən həmişə ürək ağrısı ilə xatırlanır. Müxtəlif bəhanələrlə atəşkəsi pozub Tərtərdən qisas almağa can atan ermənilər hər dəfə layiqli cavablarını alıb geri otuzdurulurlar. Bu ilin aprel ayında ermənilərin törətdiyi silahlı təxribatlardan da ən çox zərər çəkən elə ermənilərin özləri oldu.
Həmişə Tərtərə, bu bölgənin qəhrəman övladlarına isti münasibət, xüsusi qayğı və diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev o gərgin günlərdə öz xanımı ilə birlikdə Tərtərə səfər etdi. Dövlət başçısı rayon ərazisindəki “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşdü. Bir neçə gün davam edən gərgin döyüşlərdə ermənilərin atdığı top mərmiləri Tərtər şəhərində və kəndlərdə xeyli yaşayış evini, müxtəlif sosial obyektləri dağıdıb yararsız vəziyyətə salmışdı. Daha ətraflı »



Tərtər Rayon İcra Hakimiyyətinin elektron saytında qeyd olunur ki, aprel ayında ermənilərin törətdikləri silahlı təxribatdan sonra Respublika Prezidentinin öz həyatını riskə ataraq xanımı ilə birgə Tərtər rayonuna səfəri, onun rayon ərazisində yerləşən hərbi hissədə əsgər və zabit heyəti ilə görüşü, Tərtər şəhərində, düşmənin 200 metrliyində təmas xəttində yerləşən Qapanlı kəndində dağılmış evlərə baxış, rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirməsi sakinlərin əhval-ruhiyyəsini, ölkə rəhbərinə– Ali Baş Komandana inamını daha da artırmış, tərtərlilər bir daha rayonumuza, onun sakinlərinə ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğını hiss etmiş, əmin olmuşlar ki, Ali Baş Komandan, öz dediyi kimi, hər bir vətəndaşın prezidentidir.
Tərtər cəbhə bölgəsində yerləşir, mənfur qonşularımız olan ermənilərlə üzbəüz yaşayırıq. Buna baxmayaraq, şəhərimiz günbəgün qurulur, gözəlləşir. Həyat oz axarı ilə davam edir. Bu gözəlliyi hamı görür. Hətta şəhərimizə gələn istər yerli, istərsə də xarici qonaqlar bu gözəllikdən zövq alırlar.
Redaksiyamizin qonağı sabirabadlı Rüstəm Məmmədovdur. Sabirabadlı olsa da, şəhərimizdə Rüstəm müəllimi bəzi yerli sakinlərdən daha yaxşı taniyırlar. Adını hörmətlə çəkirlər. “Nəyə görə?” sualının cavabını isə onunla söhbətimiz zamanı aydınlaşdırdıq. Öyrəndik ki, Rüstəm Məmmədov 1963-cü ildə Sabirabad rayonunda doğulub. İnşaat Mühəndisləri İnstitutunun məzunudur. İlk iş yeri Muğan su Tikinti Trestində iş icraçısı olub. Hazırda Tərtər rayonunda su və kanalizasiya sistemlərinin yenidən qurulmasını həyata keçirən şirkətdə sahə rəisi vəzifəsində çalışır. 
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 10 iyul 2016-cı il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr və 2016-cı ilin birinci yarısında Tərtər rayonunda sosial-iqtisadi inkişafın yekunlarına həsr olunan iclas keçirilib. Iclasda Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış edib. O, bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı giriş nitqində göstərib ki, aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısı ordumuz tərəfindən igidliklə alınmış, əks hücum əməliyyatları nəticəsində 2000 hektar ərazi, eləcə də strateji əhəmiyyətli bir neçə yüksəklik düşməndən azad edilmişdir. Rayon rəhbəri qeyd edib ki, aprel ayında ermənilərin törətdikləri silahlı təxribatdan sonra Prezidentin öz xanımı ilə birgə rayonumuza səfəri, rayon ərazisində yerləşən hərbi hissədə əsgər və zabit heyəti ilə görüşləri, şəhərin özündə və Qapanlı kəndində ermənilərin artilleriya hücumları nəticəsində dağılmış evlərə baş çəkmələri tərtərlilərin əhval-ruhiyyəsini yüksəltmiş, ölkə rəhbərinə inamını daha da artırmışdır.
Ölkə rəhbərliyinin uğurla apardığı sosial və iqtisadi siyasətin nəticəsi olaraq əldə edilmiş güclü tərəqqi səhiyyənin profilaktik istiqamətli məqsədi olan əhalinin sanitariya-epidemioloji sağlamlığının təmin olunmasında da öz müsbət təsirini göstərməkdədir.
Prezident İlham Əliyevin təmas xəttində yaşayan insanlara
REGİONLARIMIZIN SİMASININ DƏYİŞMƏSİ, BURADA SOSİAL-İQTİSADİ PROBLEMLƏRİN UĞURLU HƏLLİ HEYDƏR ƏLİYEV STRATEGİYASININ REALLAŞDIRILMASININ NƏTİCƏSİDİR
Tərtər rayonunda Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilmiş 4 fərdi yaşayış evinin açılışı oldu.
Yeni ismarıclar