Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 05İyl

    38726dd0479ae708d5d5e8485f8b4792_9945603DSC_9350__copy_copy_9945605Prezident İlham Əliyevin təmas xəttində yaşayan insanlara
    davamlı diqqət və qayğısı böyük minnətdarlıqla qarşılanır

    Aprel hadisələrində Tərtər rayonunun düşmənlə təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinin Ermənistan silahlı birləşmələri tərəfindən atəşə tutulması nəticəsində çox sayda yaşayış evlərinə ziyan dəymişdi.
    Ermənilər törətdikləri bu təxribatın layiqli cavabını aldılar. Canlı qüvvə və xeyli döyüş texnikası itirən düşmən geri otuzduruldu. Ancaq bu da faktdır ki, rayonun cəbhə xəttinə yaxın ərazilərdə yaşayan əhalinin rahatlığı pozulmuş, evləri yararsız vəziyyətə düşmüşdü. O ağrılı günlərdə Prezident İlham Əliyev bölgəyə səfər etmişdi. Ağdam və Tərtər rayonlarında yaranmış vəziyyətlə yerindəcə tanış olmuşdu. Ağır gündə, bərk ayaqda öz rəhbərini yanında görən insanların keçirdiyi hissləri təsəvvür etmək çətin deyil. Bölgə əhalisi ilə səmimi və unudulmaz görüşün sabahı günü Prezident xüsusi sərəncam imzaladı, müharibədən zərər çəkən evlərin təmiri və bərpası üçün dövlət büdcəsindən yetərincə vəsait ayırdı.
    İndi Tərtərdə müharibədən zərər çəkmiş evlərin təmiri və bərpası ilə bağlı işlərin qızğın çağıdır. Vəziyyətlə tanış olmaq üçün ilk ünvana – Tərtər şəhəri, H.Aslanov küçəsi, döngə 4, ev 4-ə üz tuturuq. Evin sahibi Kruqlova Olqa İvanovnanın dedikləri:
    DSC_9354__copy_copy_9945606DSC_9365__copy_copy_9945607– Tale elə gətirib ki, mən uzun illərdi burada yaşayıram. Heç zaman milli ayrı-seçkilik hiss etməmişəm. Yerli camaatla qaynayıb-qarışmış, doğmalaşmışam. Burada çoxlu qohumlarım var. Mehribanlıq şəraitində yaşayırıq. Ermənilərin baş-ladığı bu müharibə lənətə layiqdir. Nə qədər insanlar həlak oldu, kəndlər, şəhərlər dağıldı. Atəşkəs elan edilsə də, ermənilər xəyanətlərini davam etdirirlər. Aprel döyüşlərində bizim evə ciddi xəsarət dəydi. Onu təmir etdirməyə vəsaitimiz yox idi. Sağ olsun Prezident İlham Əliyevi. Həmişə olduğu kimi, yenə də qayğımıza qaldı. Dövlət başçısının sərəncamı ilə ayrılan vəsait hesabına evimiz yaxşı təmir olundu. Evimizin yaraşığı, rahatlığı indi əvvəlkindən də üstündür. Mən milliyətcə rus olsam da, Azərbaycan vətəndaşıyam. Dövlət başçısının qayğısını yüksək qiymətləndirir, minnətdarlıqla qarşılayıram. Öz vətəndaşına sahib çıxan, çətin gündə ona arxa duran bir dövlətdə yaşamaq xoşbəxtlikdir.
    Rayonun Azad Qaraqoyunlu kəndində Rəhimov Mirzə Rəhim oğlunun, Tərtər şəhəri, H.Aslanov küçəsi, ev 53 ünvanda yaşayan Fərəcova Yaza Eyni qızının, Tərtər şəhəri, Sabir küçəsi, ev 55 ünvanda yaşayan Hüseynov Rasim İsmayıl oğlunun yaşadıqları evlərin təmir və bərpa işləri yüksək səviyyədə başa çatdırılıb. Müharibədən zərər çəkmiş digər ünvanlarda isə təmir-bərpa işləri keyfiyyətlə davam etdirilir. “Aysberq-SZİ” MMC-nin və “Araz İnşaatçı” təşkilatının gördüyü işlərin keyfiyyəti ev sahiblərini razı salır.

    Lazım Quliyev,
    “Azərbaycan”

    Müəllif: Redaktor, 10:51

    Teqlər:

İsmarıclar bağlıdır.