Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanyar 2014-cu ildən 1 iyul 2016-cü il tarixinə qədər olan dövr ərzində rayonda ümumilikdə 3790 olmaqla 1880 daimi iş yerləri yaradılmışdır. 2016-cı ilin birinci yarısı ərzində rayonda 1360 yeni , o cümlədən 1008 daimi iş yerləri açılmışdır. Bu dövr ərzində açılmış iş yerlərinin 70,2 faizi qeyri-dövlət sektorunda açılmışdır. 2016-cı ilin 6 ayı ərzində açılmış daimi iş yerlərinin 21,4 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 22,8 faizi mövcud müəssisə və təşkilatlarda, 9,9 faizi fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 45,9 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır.
Yanvar-iyun ayları ərzində iqtisadi fəaliyyət növlərinə görə 1008 daimi açılmış yeni iş yerləri tam olaraq qeyri-neft sektorunda, o cümlədən 45,9 faizi fiziki şəxslərdə, 26,1 faizi sənaye sahəsində, 19,0 faizi tikinti sahəsində, 4,3 faizi isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 3,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 1,2 faizi təhsil sahəsində, 0,1 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 0,1 faizi digər sahələrdə ixtisaslaşan müəssisə və təşkilatlarda yaradılmışdir.
Tərtər Rayon Statistika İdarəsi