Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 13İyn

    DSC_7897 (Копировать)DSC_7827 (Копировать)Tərtər rayonunda Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilmiş 4 fərdi yaşayış evinin açılışı oldu.
    Rayonun Poladlı kəndində II qrup Qarabağ müharibəsi əlili Azad Abbasov üçün tikilən evdə keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rəis müavini Sərdar Xıdırov, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
    Tədbiri giriş sözü ilə Mamırlı kənd İƏD üzrə nümayəndə Şikar Əliyev açaraq nümayəndəlik haqqında ətraflı məlumat verdi. Sonra kənd ağsaqqalı Asif Abbasov, ikinci qrup Qarabağ müharibəsi əlili Azad Abbasov, Mamırlı kənd tam orta məktəbin direktoru Məzahir Cəfərov çıxış edərək müharibə veteranlarına, əlil və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rəis müavini Sərdar Xıdırov çıxış edərək bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasət kursu hər bir vətəndaşın rifahının yaxşılaşmasına, eyni zamanda sosial cəhətdən həssas təbəqələrdən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratmışdır.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni mənzilə köçən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ürək sözlərini bildirərək, onlara yeni mənzillərində xoş günlər keçirməyi arzuladı. Qeyd etdi ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş və sağlamlığını itirmiş insanlarımızın problemləri hər zaman dövlətimizin diqqət mərkəzində olmuşdur. Ölkə rəhbəri cənab İlham Əliyevin bu insanlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq rayonumuzda da Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin maddi-məişət vəziyyətini yaxşılaşdırmaq məqsədilə 1 ədəd 6 mərtəbəli 54 mənzilli, 2 ədəd 2 mərtəbəli 16 mənzilli, 1 ədəd 2 mərtəbəli 24 mənzilli binalar və 21 fərdi yaşayış evi tikilib təhvil verilmişdir. Hazırda 9 fərdi evin tikilməsi nəzərdə tutulmuşdur ki, bunlardan 4-nün sizinlə açılışına yığışmışıq. Digər 5 evdə işlər davam etdirilir.
    Sonra şəhid ailələri Rəna Hüseynovaya, Tamella Əhmədovaya Qarabağ müharibəsi əlilləri Natiq Əliyevə, Azad Abbasova mənzillərinin sənədləri təqdim edildi və evlərə baxış keçirildi.

    Müəllif: Redaktor, 13:27

    Teqlər:

İsmarıclar bağlıdır.