Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,938
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Apr
    Tərtər RİH-də MÜRACİƏTLƏR DİNLƏNİLDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Düyərli kəndində oldu.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
    Düyərli kənd İƏD üzrə nümayəndə Ramiz Zeynalov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verdi. Daha ətraflı »

  • 10Apr
    Xəbərlər SOYQIRIM QURBANLARI YAD EDİLDİ üçün şərhlər bağlıdır

    31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Tərtər rayonunda anım tədbiri keçirilib.
    Şəhidlər abidə kompleksinin önündə keçirilən tədbirdə soyqırım qurbanlarının xatirəsi yad edilib, abidənin önünə gül-çiçək dəstələri düzülüb. Şəhidlərin ruhuna dualar oxunub. Sonra tədbir iştirakçıları sərgiyə baxıblar.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış edərək bildirib ki, son iki əsrdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. 1905-1907-ci illərdə Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin öz məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə erməni quldur dəstələri yenə də Bakıda və qəzalarda misli görünməmiş qətliamlar həyata Daha ətraflı »

  • 10Apr
    Xəbərlər Şəhidlər unudulmur üçün şərhlər bağlıdır

    AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI VƏZİR ORUCOVUN ANIM MƏRASİMİ

    Tərtər şəhərində Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun anım mərasimi keçirildi. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları əvvəcə qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidlərin ruhuna dua oxundu.
    Sonra tədbir YAP rayon təşkilatının iclas zalında davam etdirildi.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vəzir Orucovun həyatı və qəhrəmanlıqla dolu döyüş yolu barədə ətraflı məlumat verdi.
    Vəzir Orucov 22 mart 1993-cü ildə Ağdərənin “Qlobus” yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olub. Bakı şəhərində “Şəhidlər Xiyabanın”da dəfn edilmişdir.
    1993-cü il mart ayının 27-də ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Daha ətraflı »

  • 10Apr
    Xəbərlər APREL ŞƏHİDİ NİCAT İSGƏNDƏROVUN XATİRƏSİ ƏZİZ TUTULUR üçün şərhlər bağlıdır

    2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş həmyerlimiz Nicat İsgəndərov şəhidlik zirvəsinə ucalmışdır. Bu münasibətlə rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, keçmiş döyüşçülər, təhsil aldığı məktəbin kollektivi və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət ediblər.
    Məktəblilər tərəfindən dövlət himni səslənib, vətənə, dövlətə, şəhidlərimizə həsr olunmuş şeirlər söylənib.
    Sonra nümayəndələr şəhidin evində olub, ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında şəhidlə bağlı xatirələrini bölüşüblər. Daha ətraflı »

  • 10Apr
    Xəbərlər ƏSGƏRLƏRİN TƏRTƏR RAYONUNA EKSKURSİYASI üçün şərhlər bağlıdır

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə hərbi vətənpərvərlik həftəsinə start verilib. Bu münasibətlə “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin və Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “N” saylı hərbi hissənin əsgərlərinin Tərtər rayonuna ekskursiyası təşkil edilib.
    Əvvəlcə əsgərlər Tərtər şəhərinin Mərkəzi Meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, sonra tarix-diyarşünaslıq muzeyində xalqımızın tarixini, mədəniyyətini özündə əks etdirən eksponatlarla tanış olublar. Ekskursiya çərçivəsində əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki Daha ətraflı »

  • 10Apr
    Xəbərlər ŞƏHİDLƏRİN ŞƏRƏFİNƏ AKSİYA üçün şərhlər bağlıdır

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olmuş 70 hərbçinin şərəfinə ağacəkmə aksiyası keçirilib. Bu məqsədlə ayrılmış torpaq sahəsində ağac tingləri ay-ulduz formasında əkilib. Daha ətraflı »

  • 10Apr
    Xəbərlər XEYRİYYƏ TƏDBİRİ üçün şərhlər bağlıdır

    Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Tərtər rayonunda uşaqlar üçün xeyriyyə tədbiri keçirib. Aksiya Bakı Britaniya Məktəbini təmsil edən, xüsusi dəvət olunmuş qonaq Filip Roşun iştirakı ilə təşkil edilib. Tədbirdə BAMF prezidenti Umud Mirzəyev, vitse-prezident Ramil Əzizov, prezidentin köməkçisi, politoloq Anastasiya Lavrina və layihə koordinatoru Çingiz Rəhmanov iştirak ediblər. Tədbirə həmçinin, Tərtər Rayonu İcra Hakimiyyətinin nümayəndəsi və müxtəlif məktəblərdən müəllimlər də qatılıb. Həsənqaya kəndini ziyarət etdikdən və yerli sakinlərlə görüşlərdən sonra iştirakçılar BAMF-ın Tərtərdə yerləşən Peşə Təlim Mərkəzinə toplanıblar.
    Tədbirdə müxtəlif yaş qruplarından olan 100 uşaq iştirak edib. Onların əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən Şıxarx və Həsənqaya kəndlərindən olan qaçqın və məcburi köçkün uşaqlarıdır.
    BAMF-ın prezidenti Umud Mirzəyev tədbiri giriş nitqi ilə açaraq iştirakçıları salamlayıb. O, uşaqların təhsilinin inkişafını yaxşılaşdırmaq məqsədi ilə keçirilən tədbirin və Bakı Britaniya məktəbi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib. Daha ətraflı »

  • 10Apr
    Digər 3 Aprel 1993-cü il Kəlbəcərin işğalı günüdür üçün şərhlər bağlıdır

    KƏLBƏCƏRƏ SARI BAXAN HƏSRƏT DOLU GÖZLƏR

    Kəlbəcər rayonunun işğalından 26 il ötür. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı. İndi respublikanın bütün rayonlarında köçkün həyatı yaşayan kəlbəcərlilər tezliklə doğma yurda qayıtmaq, mənfur düşmənin darmadağın etdiyi bu cənnət diyarı yenidən öz əvvəlki görkəminə qaytarmaq arzusu ilə yaşayırlar.
    Arəstə Mürsəlova da Kəlbəcər həsrəti çəkənlərdəndir. O, Yanşaq kəndindəndir. 1938-ci ildə dağlar qoynunda dünyaya gəlib. Buz bulaqların suyu, təmiz dağ havası ilə böyüyüb, orada yaşayıb xoş günlərini. Ev-eşik, oğul-qız yiyəsi, etibarlı həyat yoldaşı olub Arəstə nənə. Mənfur qonşularımızın xəyanəti nəticəsində qaçqın ömrü yaşamağa məhkum olunub indi.
    Arəstə nənə Kəlbəcərin əsir olunmasından söz salanda gözlərindən yaşı sel kimi axıdır. Ürəyi qübar edərək söyləyir. Mən təkcə Kəlbəcəri yox, ömür-gün yoldaşımı da orada qoyub gəlmişəm. Daha ətraflı »

  • 10Apr
    Səhiyyə 7 APREL ÜMUMDÜNYA SAĞLAMLIQ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Ümumdünya Səhiyyə Təşkilatı–Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biridir.
    1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minmişdir (həmin günü Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil qərargahı Cenevrədə yerləşir.
    Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi “bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır”.
    ÜST-İcariyyə Komitəsinin 133-cü sessiyasında Azərbaycan Birinci Vitse Prezident vəzifəsinə yekdilliklə qəbul edilmişdir. Daha ətraflı »

  • 10Apr
    Digər TƏRTƏR RAYON QƏZETİNİN 85 YAŞI TAMAM OLUR üçün şərhlər bağlıdır

    85 YAŞIN MÜBARƏK!

    Yaxşı yadımdadır, beş il öncə “80 yaşlı müdrikin ziyasında” yazmışdım. Bu gün də həmin müdriklə üz-üzə, göz-gözə dayanmışam. Beş il də gəlib onun yaşının üstünə. Beş il də böyüyüb, müdrikləşib. Sanballı yazılarına, ibrətamiz kəlamlarına görə daha da hörmətli-izzətli olub. Onun müdrikliyi ulularımıza bənzəyir. Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir qələmli olub.
    Bənzətməsi çoxdan da çoxdur bu qəzetin. Amma, oxucunu yormaq, intizarda saxlamaq qəbahət olar. Bir başa bu 85 yaşlı ixtiyarın keçdiyi keşməkeşli ömür yoluna nəzər salıb, onun haqqında söz söyləmək imkanından istifadə edib, mətləbə keçək. Hər kəsə qucaq açan, dərdi-sərinə şərik olan, yaxşıları nümunə göstərən, yolundan çıxanlara yol göstərən, qapısı hamının üzünə açıq olan “Yeni Tərtər” qəzeti yarandığı ilk gündən rayonun güzgüsünə çevrilmiş bir mətbu orqanıdır. Keçdiyi yol əziyyətli, əzablı, həm də yaddaqalan olubdur.
    1934-cü ildə–Tərtərin bir rayon kimi formalaşdığı vaxt onun qəzeti də yarandı. Kolxoz quruculuğu illərində yaranmış bu qəzet 1934-cü il aprel ayından üzərinə ağır bir missiya götürdü: yerli əhaliyə, kənd camaatına yaxın olmağa, onların maariflənməsində öz gücündən maksimum istifadə etməyə çalışdı. Hələ mətbəənin olmadığı illərdə Bərdədə “Stalin yolu” qəzetinin mətbəəsində “Kolxozçuların varlanması uğrunda” adı ilə çap olundu. MTS siyasi şöbəsinin rəisi Nazim Məmmədovun imzası ilə qəzetin iki əməkdaşı–Ziyad Səfərov və Nəriman Mustafayevin əməyi sayəsində ərsəyə gəlirdi. Artıq 1934-cü ilin sonlarında rayonda mətbəə yaradıldı və 1935-ci ildən 1937-ci ilin sentyabrınadək Xəlil Şəfizadənin redaktorluğu, məsul katiblər əvvəlcə Şəmil İbrahimov, sonra Mədət Allahverdiyev, mətbəə işçiləri Məhər İbrahimov, Allahyar Aslanov və Ağa Ağayevin zəhmətilə həftədə 1 dəfə iki səhifəlik qəzet çap olunurdu. Bəzi vaxtlarda isə 1 ayda 9 nömrə hazırlanıb. Daha ətraflı »