Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Dek

    Həya-abırla yaşayıb dolanmaq istəyirsənsə, başqalarını rüsvay etmə.
    Aldanmaq istəmirsənsə, görülməmiş işi görülmüş hesab etmə.
    Nadana hər şeyi qorumaq özünü nadanlıqdan qorumaqdan daha asandır.
    Dostunun az olmasını istəmirsənsə, kin saxlayan olma!
    Artıq dərəcədə kədərli olmaq istəmirsənsə, paxıl olma.
    İncidilmək istəmirsənsə, özünə rəva bilmədiyini başqasına da rəva görmə.
    İstəyirsən ki, sirrinin üstü açılmasın, başqalarının sirrini açma.
    Zirək olmaq istəyirsənsə, öz üzünü başqalarının aynasında gör.
    Ləyaqətsiz adamları diri hesab etmə.
    Hər düşündüyünü etibarsız adama demə, lakin etibarlı adamdan da gizlətmə.
    İnsanlar bir dəfə peşiman olduqları işlərdən nə üçün bir də peşiman olsunlar?
    Ən aldadılmış ona deyərlər ki, nağdı nisyəyə dəyişə.
    Sənə pis deyəni onu sənə xəbər gətirəndən daha tez bağışla!
    Faydasız qulaq asan adamın başı başsağlığı verilən adamınkından daha çox ağrıyar.
    Ziyan dəyənlər içərisində ən çox ziyan çəkən onu hesab et ki, ziyanını gözü ilə görmüş olsun.
    Elmi olub ağlı olmayan adama elm əziyyət verər.
    Həyatdan dərs ala bilməyən adama heç kəs dərs verməməlidir, çünki əməyi hədər gedər.
    İstəyirsən ki, asudə yaşayasan, işlərini hadisələrin gedişinə uyğun qur.
    İstəmirsən ki, sənə divanə desinlər, tapılmayan şeyi axtarma.

    Müəllif: Redaktor, 09:07

İsmarıclar bağlıdır.