Qədir Allahverdiyev, Tərtər Rayon Ağsaqqallar Şurasının sədri
Mən uzun müddət rayon qəzetində çalışmışam və bu işin çətinliklərinə yax-şı bələdəm. Qəzet əməkdaşı olmaq, həm şərəfli, həm də məsuliyyətli bir vəzifədir. Oxuculara informasiyanı vaxtında çatdırmaq, onun maraqlılığını təmin etmək, dəqiq və obyektivliyinə nail olmaq jurnalistin əsas peşəsidir. Bu isə rayon yerində elə də asanlıqla başa gəlmir.
Mən rayon qəzetində işlədiyim vaxtlarda onun özünün mətbəəsi, yəni çap avadanlıqları və xeyli sayda işçisi vardı. İndi isə tamamilə başqa cürdür. Qələm dostum, “Yeni Tərtər” qə-zetinin baş redaktoru Tofiq Yusif mənə danışır ki, qəzetin səhifələri burada kompüterdə yığı-lır, Bakı şəhərinə göndərilir, orada çap olunur, geri qaytarılır və redaksiya tərəfindən oxucula-ra çatdırılır. Bu proseslər elə də yüngül deyil, onun müqabilində isə cəmi-cümlətanı redaksi-yanın 6 nəfər əsas işçisi var ki, onların da 2-si yaradıcı işçidir.
Demək istəyirəm ki, belə bir vəziyyətdə ra-yon qəzetini çap edib oxuculara çatdırmaq çox böyük zəhmət tələb edir.
Mən qarşıdan gələn Yeni il və Dünya Azər-baycanlılarının Həmrəyliyi Günü münasibətilə “Yeni Tərtər” qəzetinin bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edir, onlara bu ağır və şərəfli işlərində uğurlar diləyirəm.