ATALAR SÖZLƏRİ
Abad məclis aşığından bəllidir.
Abad kənd tüstüsündən bəlli olar.
Abbas Abbasdan, Abbas da kor Abbasdan.
Abbasını bəyənməyən beş şahı çıxardar.
Abırlı abrından qorxar, abırsız nədən qorxar?!
Abırsızdan abrını saxla.
Ac acı aldı, acdan ləlöyün törədi.
Ac acı dalayar, tox toxu yalayar.
Ac adam özünü oda vurar.
Ac adamı qurd yeməz.
Ac ayı oynamaz.
Ac deyər doymaram, tox deyər acmaram.
Ac doğrayar, tox yeyər.
Ac donuz darıdan çıxmaz.
Ac elə bilər hamı acdır, tox elə bilər hamı toxdur.
Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər.
Ac girdi içəriyə yemək istədi, tox dedi; əvvəla, salam
Ac hara, paxaç hara.
Ac it gəlmiş tox itin dalın yalayar.
Ac qarına bir nəfər nəğmə oxurmu məgər?!
Ac qatıq istəməz, yuxulu yastıq.
Aca nə halal, nə haram?!
Acam, quyruq acıyam, bağır-öfkə acı deyiləm.
Adam paltar ilə tanınmaz.