|
SAZ ÇALINIR A duyğusuz, saz çalınır, qulaq as, Qorqudumdan əmanətdi bizlərə. Qoç Koroğlu qılıncını tullayıb, Saz kökləyir, qoy eşitsin dağ, dərə.
Bihuş edib məni “Yanıq Kərəmi”, Bu havaya oynamayın, a qızlar! Bu havada yana-yana qovrulan Xan Kərəmin naləsi var, dərdi var.
Nurla dolsun Ədalətin məzarı, Yana-yana ölüb getdi dünyadan. Qatil oldu ona “Yanıq Kərəmi”, Dedi, sazım, mən yanıram, sən də yan!
“Baş Sarıtel” çalınanda göynəyir Sinəmdəki sızıldayan aman, ah. Bəsdir daha, insaf edin, nə olar, Dərdlərimi tərpətməyin siz Allah!
Naşı əllər toxunmasın sazıma, Hər simində bu xalqımın ruhu var. İşdir, əgər ona nadan toxunsa, Vallah, sazım nalə çəkər, qan ağlar!
A duyğusuz, saz çalınır, qulaq as, Qorqudumdan əmanətdi bizlərə. Qoç Koroğlu qılıncını tullayıb, Saz kökləyir, qoy eşitsin dağ, dərə. |
VAR Baş açmıram başsızların işindən, Düz yolunu azdıran var, əyən var. Corabını papaq kimi başına, Pencəyini şalvar kimi geyən var.
Zənn etmə ki, çətin olmur hər asan, Gərək yolun axtarasan, tapasan. Heç bilmirsən kimə qulaq asasan, Dovşana qaç, tazıya tut deyən var.
Qış görmüşəm qürbət elin yayını, Hər kəs gərək tapsın özcə tayını. Halal çörək qazananın payını Arsız-arsız haramlıqla yeyən var.
Bir kökdənik–yarı mənəm, yarı sən, Bir ağacın barı mənəm, barı sən. Allah, məni dostlarımdan qoru sən, Sirr sözümü düşmənimə deyən var.
Bahar keçib, payız keçib, qış qalıb, Ocaq sönüb, quru yanıb, yaş qalıb. Kişi hanı? Çox papaqlar boş qalıb, Nahaq yerə öz döşünə döyən var! |
ANA VƏTƏN, AÇ QOYNUNU Ana Vətən, aç qoynunu, gəlmişəm İcazə ver, qoy başına dolanım. Bir canım var, qurbanındır o sənin, Neyləyim ki, budur olmaz-olanım.
Qürbət eldə həsrətini çəkirdim, Gecə-gündüz sızlayırdı ürəyim. Yavanlığa tapmayanda heç nəyi, Göz yaşımla islanırdı çörəyim.
Qoy diz çöküb, ayağına yıxılım, Bir də öpüm torpağını, daşını. Sən ucasan, boyum çatmaz boyuna, Qurban olum, aşağı əy başını.
Ay Tərtərli, ucalarsan daha da, Vallah, əgər bu torpağa əyilsən. Öp, gözünün üstünə qoy sən onu, Vətəndəsən, qürbətdə ki, deyilsən! |




Qəbulda rayon icra hakimiyyətinin hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Tərtərdə vətəndaşlarla görüşüb.
Rayonda Respublika Gününə həsr olunmuş “Dəyirmi masa” keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən könüllülər ilə görüş keçirilib. Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov könüllülük hərəkatının əhəmiyyətindən danışıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin dövlət rəhbərinin ətrafında sıx birləşdiyini və könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu bildirərək, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsinin qeyd olunduğunu nəzərə çatdırıb. Qeyd edilib ki, könüllülük fəaliyyətinə qoşulmuş gənclərdən artıq 2 nəfəri Tərtər Rayon İcra Hakimiyyətində müvafiq işlə təmin olunub. 




Heydər Əliyev Fondu Ramazan ayı münasibətilə Tərtərdə iftar süfrəsi təşkil edib.
Şəhid Vasif Abdullayevin adını daşıyan ümumi orta məktəbdə anım günü keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Tərtər rayon “Cümə” məscidinin axundu, Azərbaycan Tərtər rayon QMƏVŞAİB-nin sədri və üzvləri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi iştirak edirdi. Öncə tədbir iştirakçıları Təzəkənd kənd şəhidlərinin fotoguşəsinin qarşısına tər güllər qoyaraq, ehtiramlarını bildirdilər. Mərasimi məktəbin direktoru Azər Həsənov açdı. Dövlət himni səsləndikdən sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayonumuzda Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 may 2019-cu il tarixli Sərəncamı ilə həmyerlimiz Cəfərov Vahid Əziz oğluna(Vahid Əziz) Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Xalq şairi” fəxri adı verilmişdir.
Yeni ismarıclar