Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Yan

    Hazırda rayonumuzda qış mövsümündə kənd təsərrüfatı sahəsində aparılan işlər günü-gündən sürətlənir. Payız mövsümündə görülən işlər başa çatmaq üzrədir. Bu günlərə qədər rayonumuzun təsərrüfatlarında 10499,8 hektar payızlıq əkinin səpin işləri aparılıb. Ondan 5981, 9 hektar buğda, 4381, 9 hektar arpa, 156 hektarı xəsil təşkil edir. Bununla yanaşı, fermerlərimiz öz təsərrüfatlarında payız mövsümündə 1013,5 hektar yonca səpini aparmışlar. Rayonda taxıl əkinlərinin səpini oktyabrın 10-dan başlayan kimi təsərrüfatlarda dərhal səp-suvar işləri görülmüşdür. Havaların əlverişli keçməsindən istifadə edilərək təsərrüfat sahibləri ərazilərdə olan artezianların köməyi ilə və həm də Tərtər çayından gələn su ilə 10150 hektar ərazidə taxıl əkinlərinin səp-suvarma işlərini aparıblar.
    Bunlarla yanaşı, pambıq, çuğundur, günəbaxan və həmçinin yazlıq bitkilərin səpilməsi üçün aparılan işlər də davam etdirilir. Hazırda səriştəli və qabaqcıl fermerlərimiz pambıq əkininin sahəsi üzrə MKT şirkəti ilə 1550 hektar, Azərpambıq şirkəti ilə 680 hektar ərazi üzrə müqavilələr bağlayıblar. Çuğundur bitkisinin əkilməsi üçün İmişli Şəkər zavodu ilə fermerlərimiz tərəfindən müqavilələr bağlanıbdır və bu iş davam etdirilir. Əgər hər hansı bir bitkini əkib becərmək, ondan yüksək məhsul almaq istəyiriksə mütləq hər işi vaxtlı-vaxtında yerinə yetirmək lazımdır. Ona görə də təcrübəli fermerlərimiz lazımi tədbirləri vaxtında həyata keçirməyə çalışırlar. Əkin yerlərinin şumlanması, sahədən bitki qalıqlarının təmizlənməsi, şumaltı gübrələrin verilməsi, xüsusən də üzvü gübrələrin müasir texnikalarla səpilməsi, sahələrdə qış aratının aparılması taxıl əkinlərində, yonca sahələrində ziyanvericilərə qarşı mübarizə tədbirlərinin görülməsi, bütün bunlar rayonun kənd təsərrüfatı sahəsində qış mövsümündə görülən işlərdir. Bu fəsildə bağlarda da təcrübəli bağbanlar tərəfindən aparılan işlər xüsusi əhəmiyyət kəsb edir. Xurma, ərik, şaftalı, nar, qoz, alça, alma və digər meyvə bağlarında bağbanlar dekabr, yanvar aylarında hər il meyvə ağaclarına lazım olan aqrotexniki qulluq göstərirlər. Ağacların budanması, cərgə aralarının şumlanması, alaq otlarının və bitki qalıqlarının təmizlənməsi, mineral və üzvü gübrələrin verilməsi, ziyanverici və xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparılması həvəskar bağçılarımız tərəfindən yerinə yetirilir.
    Qış mövsümündə görülən bütün bu işlər gələcəkdə bol məhsulun əsasını qoyur.
                                                    Arif BEHBUDOV, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri

    Müəllif: Redaktor, 10:15

İsmarıclar bağlıdır.