Tərtərlilər 2019-cu ili yüksək nəticələrlə yola saldılar. Həmin il respublikamızın hər yerində olduğu kimi cəbhə bölgəsində yerləşən Tərtər rayonunun da sosial-iqtisadi və mədəni həyatında böyük dəyişikliklər baş verib, əhalinin sosial rifahı daha da yaxşılaşıb.
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Rayon ictimaiyyətinin, əmək kollektivlərinin, gənclərin, məktəblilərin, hərbiçilərin iştirak etdiyi tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri əlamətdar bayramlar münasibətilə təbrik edib, 2019-cu ildə qazanılan uğurlardan danışıb.
Bildirib ki, yola saldığımız ildə rayonun makroiq-tisadi göstəriciləri yüksə-lib, kənd təsərrüfatı nəzərəçarpacaq dərəcədə inkişaf edib, tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Tərtər şəhərinin Qaçay Mehdiyev, Bəsti Bağırova, Teymur Rəhimov və Vəzir Orucov küçələrində abadlıqquruculuq işləri aparılıb, kommunikasiya xətləri yenilənib, küçələrə asfalt örtüyü salınıb və işıqlandırılma sistemi quraşdırılıb. Çoxmənzilli yaşayış binalarının dam örtükləri və giriş qapıları dəyişdirilib, fasadları rənglənib, həyətlərinə asfalt örtüyü salınaraq sakinlərin rahatçılığı üçün lazımi şərait yaradılıb. Kovdadıq və Zolgəra kən-dində modul tipli məktəb-lərin tikintisi başa çatıb. “Sarov-Borsunlu”, Hacıqərvənd, Hüsənli kəndlərarası və “Tərtər-Hindarx” avtomobil yolunun Tərtər rayonunun ərazisindən keçən 21 kilometrlik hissəsi əsaslı təmir olunub. Olimpiya İdman Kompleksinin, Xalça İstehsalı Emalatxanasının, dövlət rəmzləri muzeyinin tikintisi başa çatıb. Hazırda rayon icra ha-kimiyyətinin inzibati binasının və Sukanal idarəsinin inzibati binasının tikintisi davam etdirilir.
Diqqətə çatdırılıb ki, 2019-cu ildə kənd təsərrüfatı məhsulları istehsalı sahəsində də yüksək nailiyyətlər əldə olunub. Rayon üzrə 19 tondan çox barama, 20 min tona yaxın şəkər çuğunduru istehsal olunub. Bu günədək 3427 hektar pambıq sahəsindən 11 min 936 ton pambıq yığılıb ki, hər hektarın orta məhsuldarlığı 34,8 sentnerdir. Pre-zident İlham Əliyevin Sə-rəncamı ilə Qaraağacı kənd sakini, fermer İlkin Qurbanova II dərəcəli “Əmək” ordeni verilib.
Bayram tədbirində 2019-cu ildə rayonun ictimai-si-yasi həyatında, sosial-iqtisadi inkişafında fərqlənənlərə fəxri fərmanlar, qiymətli hədiyyələr, aztəminatlı ailələrə bayram sov-qatı verilib.
Bir neçə saat davam edən bayram şənliyində Şaxta baba və Qar qız iştirakçıla-ra Yeni il arzularını çatdırıb, uşaqlarla birgə rəqs edib. Rayonun musiqi kollektivləri rəngarəng konsert proqramları ilə iştirakçılarda xoş ovqat yaradıb.
-
10Yan
Müəllif: Redaktor, 10:56