Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Dek

    Mən onunla ilk dəfə 2003-cü ildə Rusiyanın Xantı – Mansiysk şəhərində görüşmüşəm. Hələ Sovetlər birliyi dövründə, Nijnevartovsk şəhərində yaşadığım zamanlar məşğul olduğum azərbaycançılığın təbliği işini Bakıya qayıtdıqdan sonra genişləndirir, Rusiyaya gedir, bu ölkəni şəhər-şəhər, kənd-kənd gəzir, ziyalı həmvətənlərimiz, onların nəhəng ölkənin müxtəlif bölgələrində bir-birinin ardınca yaratdığı diaspor təşkilatlarının fəaliyyəti, fəalları, uğurları, perspektivləri haqqında araşdırmalar apa-rır, məlumatlar toplayır və kitablar yazmağı davam etdirirdim. Və bir dəfə, on altı il bundan əvvəl, yolumu onun yaşadığı, fəaliyyət göstərdiyi Xantı – Mansiysk Milli Mahalının mərkəzi olan bu şəhərəXantı-Man-siyskə yönəltdim. Burda məni orta boydan bir qədər hündür, gülərüz, qaragöz, qaraqaş bir həmyerlimiz qarşıladı. Olduqca mehriban, doğma münasibətlə işimi təşkil etdi, burda bir neçə gün çalışmaq üçün normal şərait yaratdı, rəhbərlik etdiyi diaspor təşkilatına dair sənədlər təqdim etdi, məni fəallarla görüşdürdü. Xoş bir təbəssümlə, mənim hörmətli qonağımsan dedi. Mənzilində bir otaq göstərib: “Buyur, istirahət elə, neçə gün istəsən işlə, məlumatlarını topla” sözlərini dilə gətirən soydaşımızın timsalında qonaqpərvərlik, vətənkeşlik gördüm. Sonrakı günlər onu müşahidə etdikcə anladım ki, o, insanlarla səmimi davranan bir ziyalı təfəkkürlü, əsl azərbaycanlıdır–yaxşılarla fəxr edir, özünü düz aparmayanlara doğru yol göstərir, camaatsa öz növbəsində onun məsləhətləri, möv-qeyi ilə razılaşır.
    Xantı–Mansiyskdə rast gəldiyim qiymətli insani dəyərlərin sahibi isə Valeh İsgəndər oğlu Adıgözəlbəyovdur. O, 23 may 1963-cü ildə Mirbəşir (Tərtər) şəhərində dünyaya göz açıb, həmyaşıdları kimi o da iki il ordu sıralarında xidmət edib. Ehtiyata tərxis olunduqdan sonra taleyi onu Xantı – Mansiysk şəhərinə gətirib. O, əsas fəaliyyəti tikinti ilə bağlı olan mütəxəssis kimi burdakı müəssisə-lərdən birində işə düzəlib, vəzifə pillələrilə irəliləməyə başlayıb, Tümen Dövlət Memarlıq–Tikinti Akade-miyasını uğurla başa vurub və “Xantımansiyskqeofizi-ka”da usta, iş icraçısı, sahə rəisi vəzifələrində bacarığı-nı bütün varlığı ilə göstərə bilib. Xüsusilə “Şapşa-Xan-tı-Mansiysk” avtomobil yo-lunun çəkilməsində böyük uğurlara nail olub. 1989-cu ildə “Rabotnik” adlı kooperativ təşkilatının rəhbəri kimi, şəhərdə evlərin tikilməsi və təmiri işlərini həyata keçirib, başqa müəssisələrə də, o cümlədən, Tikinti Təmir İdarəsinə, sonralar Mənzil Kommunal İdarəsinə rəhbərlik edib. Çalışdığı vəzifələrdə əhalinin, tabeçiliyində olan adamların etimadını qazanıb. Ona görə də 2006-cı ildə Xantı – Mansiysk Şə-hər Dumasına deputatlığa namizədliyi də irəli sürül-müşdü. Düzdür, haqsızlıq edildi, bunu seçicilər də bil-dilər… Amma, hamıya bəlli idi ki, Valeh müəllim deputat olmağa layiq insandır. Lakin, nə etmək olar, ikili standartlar hər yerdə özünü göstərir, ona görə də belə hadisələr baş verir, bəzən layiqlilər yox, digərləri de-putat olurlar… Maliyyə və-ziyyəti azacıq yaxşılaşan ki-mi, qohum-əqrəbaya, dost-tanışa kömək əlini uzadıb, yaşadığı şəhərdə uşaq xəs-təxanasının təmirinə, digər vacib sahələrə də maliyyə vəsaiti ayırıb, Tərtər şəhə-rində məscidin təmiri üçün də yardım etməyi unutma-yıb, Valeh müəllim.
    Belə bir qəzet yazısında Valeh Adıgözəlbəyovun fə-aliyyətini tam əhatə etmək, əlbəttə ki, imkan xaricində-dir. Xülasə, onun min kilometrlərlə uzaq diyardan gə-lib, 1992-1993-cü illərdə “Tərtər 2” Könüllülər Batal-yonunun tərkibində Ana Və-tənin – Qarabağımızın mü-dafiəsinə qalxmasına, səngərlərdə çarpışmasına, düşmə-nə qarşı qızğın döyüşlərdə iştirak etməsinə dair ayrıca bir dastan yazmaq olar. (O, 1992-1996-cı illərdə Ağdərə Mənzil-Kommunal Kombi-natının direktoru vəzifə-sində çalışmışdır). Hər yer-də millətimizə başucalığı gətirən əməllərilə tanınmış bu adamın, sadəcə, həyat və fəaliyyətinin müxtəlif tərəf-lərinə toxunmağı özümə borc bilirəm. Axı, qeydlə-rimdə qəhrəmanımızın bu yaxınlarda işıq üzü görmüş kitabı haqqında məlumat verməli idim. Lakin, fürsətdən istifadə edib onunla bağlı bəzi açıqlamaları et-məli oldum, qoy tərtərlilər öz qürurlandırıcı həmyerli-sini yaxından tanısınlar.
    Məsələ ondan ibarətdir ki, Valeh müəllim bir vətənpər-vər olaraq, nəslinin məruz qaldığı repressiyalarla bağlı uzun illər boyu ən müxtəlif sənədləri, məlumatları həssaslıqla toplaya bilib. O həm də ədəbiyyat vurğunu-dur, bədii söz aşiqidir. Şübhəsiz, haçansa biz dostumu-zun nəsr əsərlərini də oxu-yacağıq. Onun “Rana 1937 qoda” (“1937-nin yarası”) (Bakı, “Ziya”, 2019) adlı ki-tabı haqqında Rusiya ziya-lıları sırasında da məmnu-niyyətlə söz demək istəyənlər vardır.
    Kitabı səhifə-səhifə oxu-duqca Adıgözəlbəyovlardan 37-ci ilin repressiya qurbanlarının, eləcə də XIX əsrin əvvəllərindən bəri bu nəslin şəcərəsi, kinolenti kimi göz önündə canlanır. Müəllifin atası İsgəndər kişi hələ 13 yaşında valideynlərilə bir-gə Cənub–Qazaxstan vila-yətinə sürgün edilmiş, ora-dan ancaq 26 ildən sonra qa-yıtmışdır. İsgəndər Adı-gözəlbəyovun yaxınlarının, əzizlərinin repressiya mən-gənəsinə salınması, Adı-gözəlbəyovlar nəslinin ya-şayışı, həyat tərzi, repressi-yalar nəticəsində qohum-əq-rəbanın bir-biri ilə əlaqələ-rini itirməsi, sonralar bir-bi-rini tapa bilməsi, ayrı-ayrı bölgələrdə, hətta qonşu res-publikalarda yaşaması, bu adamların böyük əksəriyyətinin doğum, ölüm tarixi, dünyasını dəyişənlərlə bağlı toplanmış xatirələr, repressiya olanların sonralar bə-raət alması ardıcıllıqla oxu-cu diqqətinə çatdırılır. Xü-susilə, nəslin XX əsrdə ya-şamış və indi həyatını da-vam etdirən nümayəndələ-rinə dair məlumatlar, onla-rın qohumluq əlaqələri, ha-rada yaşamaları, səlist, yığcam şəkildə göstərilmişdir, rəvan bir üslubda yazıl-mışdır. Kitabın məziyyətlə-rindən biri də burda haqqında söhbət gedən adamların hər birinin şəkli ilə təchiz olunmasıdır.
    İstərdim ki, sonda bir qə-dər də Valeh Adıgözəlbəyovun Rusiyadakı Azərbaycan diaspor hərəkatında mövcud xidmətlərindən xəbər verim. Axı, bu gün xaricdəki diaspor təşkilatlarımız ölkə baş-çısı cənab İlham Əliyevin azərbaycançılıq siyasətini, tariximizi, mədəniyyəti-mizi, milli-mənəvi dəyərlə-rimizi geniş təbliğ edir, ora-da yaşayan soydaşlarımız arasında adət-ənənələrimi-zin qorunub saxlanması və inkişaf etdirilməsi istiqa-mətində yetərincə iş aparırlar. Azərbaycan–Qarabağ həqiqətlərinə, mədəniyyəti-mizə dair ayrı-ayrı kitablar, qəzet və jurnallar nəşr etdirirlər. Bu mühüm məsə-lələrin həyata keçirilmə-sində Valeh Adıgözəlbəyo-vun da öz yeri, öz layiqli payı var. Belə ki, o, 2001-ci ildən bu günə kimi Xantı–Mansiyskdə Azər-baycan milli diaspor təşkila-tına rəhbərlik edir. 2006-2016-cı illərdə Xantı – Mansiysk milli-mədəni birlikləri və dini təşkilatları Şurasının sədri olub.
    Valeh Adıgözəlbəyovun rəhbərlik etdiyi diaspor təş-kilatının planlaşdırıb həyata keçirdiyi ictimai-mədəni tədbirlərdən, icmanın fəalla-rının şəhərdə keçirilən döv-lət tədbirlərində yaxından iştirak etməsindən əlavə və ən başlıcası 2003-cü ildə bu diaspor təşkilatının mətbuat orqanı – “Birlik” adlı qəze-tin təsis edilməsi oldu. Hə-min dərginin redaktorluğu-nu təcrübəli jurnalist Esmira Şükürova öz üzərinə götür-dü. Səkkiz səhifəlik bu qə-zetdə rus və azərbaycan dillərində milli-mənəvi dəyərlərimiz, diaspor təşkilatla-rımızın əlaqələri, fəaliyyəti, perspektivləri haqqında müxtəlif səpgili yazılar dərc olunur. “Fəxrlə bildirmək istəyirəm ki, bu ildən ilk dəfə olaraq “Bazar günü” məktəbimizin fəaliyyətə başlamasına nail olmuşuq. Bununla da, qürbətdə yaşayan övladlarımı-za Vətənimiz–Azərbaycanı-mız haqqında dərin bilik verməklə onlarda vətənpər-vərlik, doğma el-obaya mə-həbbət hissləri tərbiyə edə-cək, xalqımıza layiq övladlar yetişdirə biləcəyik…”
    Valeh müəllimlə hələlik axırıncı görüşümüz zamanı o, özünəməxsus bir nikbinliklə bildirdi ki, Vətən nami-nə görüləsi işlərimiz hələ çoxdur və bu məsələləri hə-yata keçirməyə bizim hə-vəsimiz də, gücümüz də bəs edər.
    Bizsə bu şərəfli yolda, Va-leh Adıgözəlbəyova və ət-rafına toplaşan vətənpərvər fəallara, planlaşdırdıqları vacib işlərin həyata keçiril-məsində yeni-yeni uğurlar arzulayırıq.
    Ramin MƏMMƏDOV,
    Azərbaycan Yazıçılar və JurnalistlərBirliklərinin üzvü.

    Müəllif: Redaktor, 10:58

İsmarıclar bağlıdır.