Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,662
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Avq
    Digər 31 AVQUST QUBADLININ İŞĞALI GÜNÜDÜR üçün şərhlər bağlıdır

    QUBADLI

    Azərbaycanın Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 26 ili tamam olur. Qubadlı rayonu 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib. İşğal ərəfəsində rayonun əhalisinin sayı 30 min nəfər olub.
    Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 şəhid verib, 146 nəfər əlil olub. Şəhidlərdən Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov, Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
    Hazırda 35 min 836 nəfərdən ibarət Qubadlı əhalisi respublikanın 42 rayonunda məcburi köçkün ömrü yaşayır.
    Qubadlı rayonu 1930-cu ildə yaradılıb. Ərazisi 802 kv.km-dir. 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var.
    İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. 2 üzümün ilkin emalı zavodu, yağ-pendir zavodu, asfalt zavodu, inkubator-quşçuluq fabriki, balıqyetişdirmə vətəgəsi, daş karxanası, mərmər sexi, Azərbaycan “Neftqazavtomat” təcrübə zavodunun filialı və s. fəaliyyət göstərib. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub.
    Qubadlı rayonunda 61 ümum-təhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib.
    Qubadlıda 180-ə qədər mədəni-maarif müəssisəsi olub. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib. Daha ətraflı »

  • 09Avq
    Ədəbiyyat 2019– “Nəsimi İli” üçün şərhlər bağlıdır
    Mən ki dərvişəm, fəqirəm, padişahi-aləməm

     

    Mən ki dərvişəm, fəqirəm, padişahi-aləməm,

    Ruhi-birəngəm, əgərçi rəngə girdim, adəməm.

    Şeş cəhətdən çar ənasirdir məni faş eyləyən,

    Yoxsa mən gəncineyi-vəhdətdə nuri-əbhəməm.

    Aləmül-qeybin süfatı məndən oldu aşikar,

    Ey bəsirətsiz, məni gör kim, nə zati-əzəməm.

    Söyləyən həqdir mənim dilimdə hərdəm, yoxsa mən,

    Çar ənasirdən mürəkkəb bilisanü əbkəməm.

    Ümmühat ilən nə var abaya olmasa xələl,

    Aləmi təhqiqə baxsan, cümləsindən əqdəməm.

    Cənnəti-firdövs üçün bir ləhzə qəmgin olmazam,

    Talibi-didari-yaram, şadimanam, xürrəməm.

    Ey Nəsimi, çünki iş təqdir əlindən işlənir,

    Fariğəm dünyadavü üqbada qəmdən, biqəməm.

    “Ayrılır” qəzəli…


    Ey müsəlmanlar, bugün ol yari-pünhan ayrılır,Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.

    Ey sənəm, hicran əlində naleyi-zar eylərəm,

    Gözlərimdən sanasan dəryayi-ümman ayrılır.

    Ol səbəbdəndir ki, mən bimarürəncur olmuşam,

    Xəstə könlüm mərhəmi şol dərdə dərman ayrılır.

    Rəngi-çöhrəm zərd olubdur,qamətim həm çün hilal,

    Ol günəş üzlü həbibim, ləli xəndan ayrılır.

    Taqətim, səbrim tükəndi,yarsız mən neylərəm?

    Əqlimi şeyda qılan ol çeşmi fəttan ayrılır.

    Məhşəri-yovmül- hesab qopdu qiyamət başıma,

    Ey Yusif surətli, məndən piri-Kənan ayrılır.

    Ey cigərsuz nari-firqətdən Nəsimi çarə nə?

    Hər kimə “nəhnü qəsəmna” çünəzəldən ayrılır…

     

  • 09Avq

    Ədəbiyyat üçün şərhlər bağlıdır

    Şair-publisist Tofiq Yusif 8 kitabın müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, “Qızıl qələm” və “Məmməd Araz” mükafatları laureatıdır.
    Hazırda da onun yazıları dövri mətbuatda və elektron saytlarda geniş yayılmaqdadır.
    Tofiq Yusifin bir şeiri bu günlərdə Elnur Baxışın dəstəyi ilə “Ədəbi körpü”də həm Azəbaycan, həm də fars dilində çap olunmuşdur.

     

  • 31İyl

    Digər üçün şərhlər bağlıdır

    Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir… Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının
    Prezidenti

  • 31İyl
    Xəbərlər MÜRACİƏTLƏR DİNLƏNİLDİ üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Tərtər rayonunda görüş keçirib.
    Keçirilən görüşdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digər müraciətlər isə operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nəzarətə götürülüb.
    Bu görüşlər ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Son vaxtlarda imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır. Daha ətraflı »

  • 31İyl
    Xəbərlər MEDALLAR TƏQDİM OLUNDU üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı və “Tərəqqi” medalı ilə təltif edilmiş tərtərlilərə medalların təqdimetmə mərasimi keçirilib.
    Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri giriş sözü ilə açaraq, əvvəlcə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalına layiq görülən bütün medal sahiblərini səmimi qəlbdən təbrik edib. Bu medalları tərtərlilərə verilən ən böyük qiymət kimi dəyərləndirib.
    Sonra rayon rəhbəri tərəfindən medallar sahiblərinə təqdim olunub.
    Prezident İlham Əliyevin Sərəncamları ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər Özünümüdafiə Batalyonunun keçmiş qərargah rəisi Pənah Məmmədov, 95 saylı Tərtər Seçki Dairəsinin sədri Həmid Mehtiyev, rayon ağsaqqalı, Qaynaq kənd sakini Süleyman Quluyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə, Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov isə “Tərəqqi” medalı ilə təltif ediliblər. Daha ətraflı »

  • 31İyl
    Tərtər RİH-də SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır

    Əskipara kəndində Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü keçirildi. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə Əskipara kənd İƏD üzrə nümayəndə Pərviz Mustafayev kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Kənd ağsaqqalı Tofiq Qasımov Respublika Prezidenti tərəfindən əhaliyə göstərilən diqqət və qayğıdan, onların sosial problemlərinin həllindən, hazırda kəndlərinin abad bir kəndə çevrildiyindən danışdı, sakinlər adından ölkə rəhbərinə minnətdarlıq etdi. Kənddə yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdi. Sakinlərdən Elşad Əmirov icarəyə torpaq götürmək, ll qrup Qarabağ müharibəsi əlili Səhət Sadıqov mənzil şəraitinin yaxşılaşdırılması, Elnarə Nuriyeva həyətyanı torpaq sahəsi, Arif Hümbətov isə işıq xətlərində olan nasazlıqla bağlı müraciət etdilər. Daha ətraflı »

  • 31İyl
    Xəbərlər MİLLİ MƏTBUAT VƏ JURNALİSTİKA GÜNÜ MÜNASİBƏTİLƏ REDAKSİYADA TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə “Yeni Tərtər” qəzetinin redaksiyasında olub. Rayon rəhbəri qəzetin kollektivini peşə bayramları münasibəti ilə təbrik edərək, onlarla çay süfrəsi arxasında əyləşib.
    Qəzetin baş redaktoru Tofiq Yusif milli mətbuatımızın tarixindən söz açıb. Bildirib ki, Azərbaycanın ilk milli mətbu orqanının adı “Əkinçi” olsa da, əsas məqsəd xalqı maarifləndirmək, mütərəqqi ideyaları onlara çatdırmaq idi.
    Baş redaktor qeyd edib ki, bu gün rayonumuzun “Yeni Tərtər” qəzeti də öz sələflərinin ənənələrinə sadiq qalaraq, insanların maarifləndirilməsinə çalışır. Jurnalistlərimizin üzərinə məsul vəzifələr düşür: Azərbaycanın müasir inkişafını, yüksəlişini işıqlandırmaq uğrunda informasiya mübarizəsi aparmaq. Daha ətraflı »

  • 31İyl
    Xəbərlər 26 İLLİK ŞƏRƏFLİ YOL üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyası Tərtər rayon Təşkilatının yaradılmasının 26-cı ildönümü ilə əlaqədar təşkilatın şura üzvləri, gənclər birliyi, qadınlar şurası, nəzarət-təftiş qrupunun üzvləri, ərazi ilk partiya təşkilat sədrləri və mətbuat nümayəndələrinin iştirakı ilə tədbir keçirildi.
    Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini ehtiramla andılar.
    Tədbir YAP rayon təşkilatının iclas zalında davam etdirildi.
    YAP rayon təşkilatının sədri Ramiz Şabanov geniş məruzə ilə çıxış etdi.
    Göstərdi ki, 1993-cü il iyul ayının 25-də yaradılan YAP Tərtər Rayon Təşkilatı daim partiyanın siyasi xəttinin dönmədən həyata keçirilməsinə çalışır. Rayonda davamlı olaraq aparılan abadlıq-quruculuq işlərində sıralarında birləşdirdiyi 6489 nəfər partiya üzvünün fəallığını təmin edir.
    Bu gün rayon təşkilatının üzvlərinin 3489 nəfərini qadınlar, 1406 nəfərini isə gənclər təşkil edir. Cari ilin ötən dövründə partiya sıralarına 156 nəfər fəal, Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən insanlar qəbul olunmuşdur ki, onların da 84 nəfəri və ya 54 faizi gənclər, 83 nəfəri isə qadınlardır. Daha ətraflı »

  • 31İyl
    Xəbərlər CANLI MÜZAKİRƏ üçün şərhlər bağlıdır

    Tərtər İƏD üzrə ərazi ilk partiya təşkilatında keçirilən iclasda cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov hesabat verdi.
    Sahib Həsənov qeyd etdi ki, ötən dövr ərzində ərazi ilk partiya təşkilatı tərəfindən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti dəstəklənib, nitq və çıxışlarından irəli gələn vəzifələrin əhali arasında təbliği və izahı işləri davam etdirilib. Həmçinin, şəhərdə aparılan abadlıq, quruculuq işlərində partiya üzvlərinin fəallıqlarının artırılması diqqət mərkəzində saxlanılıb.
    Sonra məruzəçi göstərdi ki, inzibati ərazi dairəsinin tabeçiliyində olan müəssisələrdə çalışan, dövlətə, dövlətçiliyə sadiq olan 44 nəfər şəxs ötən dövr ərzində partiya sıralarına qəbul olunub. Daha ətraflı »