DAĞIL, A DÜNYA!!!
Babalarımızın “Kişi papağı” qoyduqları, nənələrimizin “12 taxta tuman” geyindikləri vaxtlarda nə bir belə boşanma halı vardı, nə bir belə dava-dalaş, nə zorakılıq, nə də atalı-analı yetim uşaqlar. Gənclər özlərindən böyüklərin yanlarında kəlmə kəsməzdilər, qızları, qadınları dindirsəydilər utandıqlarından cavab verməzdilər, həya edərdilər. Hər kəsin arasında bir abır-ismət pərdəsi vardı. Böyüyün böyük yeri, kiçiyin kiçik yeri olardı. Cavanlar arasında siqaret çəkmək nə idi, içki içmək nə idi? Gənclərin öz aralarında da bir hörmət-izzət münasibəti vardı. Sevmək, sevilmək də tərbiyəli, yəni öz əndazasındaydı.
Bəs nə oldu bizə?! Niyə bu günlərə düşdük?! Azərbaycan xalqının dünyaya nümunə olası milli-mənəvi dəyərləri niyə zədələndi?! Niyə gözəl adət-ənənələrimiz yavaş-yavaş unudulur?! Daha ətraflı »


…Biz istəyirik ki, dünyada müsbət meyillər üstünlük təşkil etsin. Biz istəyirik ki, dinlərarası əlaqələr normal, sağlam məcrada olsun. Əks-təqdirdə, dünyada parçalanma meyilləri daha da güclənəcək. Biz onu görürük. Hazırda dini, milli zəmində məzhəb əsasında qarşıdurmalar, qanlı toqquşmalar dünyanı fəlakətə aparır. Əlbəttə ki, ölkəmizin dünya xəritəsindəki coğrafi yeri o qədər də böyük deyil. Amma gördüyümüz işlər çox böyükdür. Biz bundan sonra da bu istiqamətdə səylərimizi göstərəcəyik.
15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir.
Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər Günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxalq Müzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis olunmuşdur. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd edilir. Həmin gün Rusiyanın bütün müzeylərində “açıq qapı” elan olunur. Bütün arzu edənlər pulsuz olaraq sərgi və ekspozisiyalarla tanış olurlar.
Mehriban və Bağışlayan Allahın adı ilə!
Hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəsilə ötürür. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşıdır. Sevindirici haldır ki, Azərbaycan xalqı milli-mənəvi dəyərlərə sadiqdir, dünyada gedən qloballaşma prosesində özünəməxsus mədəniyyətini qoruyur.
Azərbaycan xalqı üçün milli-mənəvi dəyərlər hər zaman mühüm əhəmiyyət kəsb edib. Elə bu səbəbdən də ailə tarixən hər bir azərbaycanlı üçün müqəddəs hesab olunub. Ailə yüksək mənəvi dəyərlərin qoruyucusu olmaqla yanaşı, həm də genofondumuzun daşıyıcısı kimi inkişafımızda mühüm rol oynayıb.
Tərtərdə Novruz bayramı xoş bir ovqatla qarşılandı. Minlərlə tərtərlinin qatıldığı bayram şənliyi həmşəki kimi şəhərin Mərkəzi meydanında keçirildi. Meydan milli-mənəvi dəyərlərimizin, Novruz rəmzlərinin sərgiləndiyi füsunkar bir məkana çevrilmişdi. Bir tərəfdə nəhəng səməni bəzədilmiş, bir tərəfdə isə bayram tonqalı alovlanırdı. Meydanda nümayiş etdirilən qədim məişət əşyaları, kəndirbazların və pəhləvanların oyunları, Novruzun gəlişini özündə əks etdirən rituallar, rəqslər keçmişimizlə bugünümüz arasında körpü yaradaraq, bayram iştirakçılarına xoş ovqat bəxş edirdi. 
İbadətgah Yaradana ibadət olunan və dualar oxunan müqəddəs yerlərdir.
Bu bayram YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyi nəticəsində YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir
Yeni ismarıclar