Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29May

    AİLƏ CƏMİYYƏTİN ƏSAS ÖZƏYİDİR

    15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir.
    Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsini, gənc ailələrə qayğını əsas tutur. Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxla-yan ulu öndər Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlər gördü. 1998-ci il yanvarın 14-də Azərbaycanda “Qadın Problemləri üzrə Dövlət Komitəsi”ni yaratdı. Bu məsələyə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Hazırda bu komitə dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlərin üzərində işləyir, onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirir.
    Ailənin əsas sütunlarından biri olan Azərbaycan qadını bu gün özü də ölkəmizdə əmin-amanlığın qorunması, ailə dəyərləri-nin yaşadılması naminə əzmkarlıq göstərir. Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban Əliyevann təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi proqram və layihələr ailələr üçün, sözün əsl mənasında böyük dayaqdır. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində görülən işlər də əslində, Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə xidmət edir. “Ən gözəl təmir olunan uşaq evi, ən müasir internat məktəbi heç vaxt ailəni, ailə mühitini əvəz edə bilməz” deyən Mehriban Əliyeva bu xoşagəlməz meyllərin aradan qaldırılması istiqamətində də bir sıra təşəbbüs və ideyaların müəllifi kimi də diqqəti çəkir. Azərbaycanın Birinci vitse-prezidenti uşaq evlərində valideyn himayəsindən uzaq böyüyən gənclərin toy mərasimlərini təş-kil edir, bu şənliklərə qatılır, gənclərə xeyir-dua verir, bununla da onların sabaha inamını gücləndirir. Mehriban Əliyevanın kimsəsiz uşaqlarla bağlı unudulmaz tədbirlərindən biri də onun təşəbbüs və dəstəyi ilə uşaq evlərində tərbiyə alan, yaşı 18-dən yuxarı olan qızlar üçün yaşayış binalarının tikilməsidir.
    Bütün bunlar bir daha sübut edir ki, ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir. Dövlətimiz cəmiyyətin əsas atributu olan ailənin rifah halının gündən-günə daha da artmasının qayğısına qalmaqla onun müqəddəsliyini bir daha təsdiq edir.
    Ölkəmizin hər bir guşəsində olduğu kimi, qəhrəman Tərtərimizin qadınları da ailə ocağının müqəddəsliyini qorumaqla yanaşı, həm də müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərir, rayonun ictimai – siyasi həyatında yaxından iştirak edirlər.
    Lakin təəssüf hissi ilə qeyd olunmalıdır ki, rayonumuzda, xüsusən gənclər arasında, ailə dəyərlərinə lazımınca qiymət verməyən insanlara rast gəlinir. Elə buna görə də boşanmaların sayı getdikcə artır. Bu səbəbdən “məsuliyyətsiz ata”, “məsuliyyətsiz ana” terminləri yaranır ki, bunlar da xalqımızın mentalitetinə tamamilə zidd olan ifadələrdir.
    Həyatda səhvsiz insan olmur. Amma ailə qurarkən səhvə yol verilməməlidir. Çünki bunun qurbanları günahsız uşaqlardır.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:37

    Teqlər:

İsmarıclar bağlıdır.