NOVRUZ GƏLİR, YAZ GƏLİR
Çərşənbələr Novruz bayramının əvəzolunmaz atributlarındandır. Hər çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə,
insanların təsəvvürlərində ilaxır çərşənbələr, yaxud ilin axır çərşənbələri şəklində formalaşmışdır.
Novruz ulu əcdadlarımızın əski bayramlarından olmuş, insana həyat verən dörd ünsürün – suyun, odun, yelin, torpağın isinməsi, dirilməsi istəyi ilə bağlı yaranmışdır.
İlaxır çərşənbələrin birincisi su çərşənbsidir Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir. Əzəli inamlarda su sağlamlığın mənbəyi idi. Su çərşənbəsi günü axar sudan keçənlər azarbezardan xilas olar. Daha ətraflı »



Saz Azərbaycan xalqının müqəddəs bildiyi bir milli-mənəvi dəyər rəmzidir. “Dədə Qorqud” boylarından Qopuz kimi çağlayan bu ovsunlu, sehrli çeşmə Koroğlunun qılıncla qoşalaşdırdığı bir güvənc və məftunluq mənbəyidir. Düşmənlə döyüşə sazla atılarmışlar, qalibiyyət də sazın təntənəsiylə bayram edilərmiş. Deyirlər ki, Qıratın dəliliyi tutanda Koroğlu Aşıq Cünunu çağırtdırıb onun yanında saz çaldırarmış. Sazın səsini eşidən Qırat layla səsindən xumarlanan uşaq kimi sakitləşərmiş. Bir də deyirlər ki, saz çalınanda birinin nəbzini tut, ürək döyüntüsündə dəyişiklik olmasa, o, xalis azərbaycanlı deyil. Həqiqətən də, saz havası, məsələn “Ruhani”, “Baş sarıtel”, “İncəgülü”, “Dubeyti”, “Dilqəmi”, “Kərəm gözəlləməsi” və s. ifa olunanda adamın bütün varlığı sazın pərdələrinə dönür, bu dünyanı unudursan, ovqatında bir dəyişmə, bir təzələşmə baş verir, qoşulub bu ahəngə axırsan, durulaşırsan, dünya gözündə musiqiyə bələnir, dərdin-sərin, ağrınacın yumşalır, ürəyin silkələnib yuxalır, bütün pisliklər yoxa çəkilir, yerində rahatlıq və dinclik qalır. Sazbənd Fərman Xuduoğlu özünün düzəltdiyi sədəfli sazında bir “Orta Sarıtel” çalsın, qulağına ana laylası, bir dağ şəlaləsinin “Cəngi”si, “Heyratı” ifa edən bir xor, Xəzərin qayalara çırpınan dalğalarının hikkəli səsi gəlməsə, sən adam deyilsən ki!
Tərtər rayon Heydər Əliyev Mərkəzində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Tərtər rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Hər bir xalqın öz adətləri olduğu kimi dünyanın ən qədim millətlərindən biri olan Azərbaycan xalqının da öz adət-ənənələri var. Xalqımız qonaqpərvərliyi, mədəniyyəti, əxlaqı ilə həmişə dünya xalqları arasında tanınıb.
Ağlım kəsəndən, ailədən, qohum-qonşudan, təhsil aldığım məktəbdən, çalışdığım iş yerindən anladığım, duyduğum dəyərlərimizi heç bir ölkənin, millətin dəyərlərinə tay tutmamışam. Həm adətlərimiz, mədəniyyətimiz, mətbəximiz, tərbiyəmiz, hətta qanunlarımız belə öz ölçü-biçimində, aliliyində həmişə fərqlənib və fərqlənir. Lakin müasir dövrümüzdə bəzən hardasa yanlışlıq, sarpmalar özünü büruzə verir. Bunu müşahidələrimə əsaslanaraq qələmə alıram. Bu işdə ətraf mühitin təsirinin gücü də əsas rol oynayır. Bəzən gənclərimiz ətraf təsirdən düşünülməmiş səhv istiqamətlərə meyllənir, nəsil-nəcabətinə yaraşmayan, ailələrinə, doğmalarına, hətta özlərinə utandırıcı, töhmət gətirən hərəkətlər edirlər. Öz əməllərini anlayanda isə çox gec olur.
XXI əsrin ən mühüm yeniliklərindən biri müasir texnologiya vasitələrinin həyatımıza əsaslı şəkildə daxil olmasıdır. Artıq kompüter, mobil telefonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. İdarə və müəssisələrdə, ailələrdə, orta məktəblərdə və universitetlərdə kompüter sisteminə keçid baş verir.
–Xalqımız üçün ailə, sığına biləcəyimiz müqəddəs ocaq, hər bir problemimizi bölüşdüyümüz, göz bəbəyi kimi qoruyacağımız kiçik dövlət hesab olunur.
Bu yaxınlarda sevə-sevə oxuduğum “Ədalət” qəzetində gənc yazar Ayxan Ayvazın Yafəs Türksəslə müsahibəsini oxudum (16 noyabr 2018-ci il). Etiraf edim ki, Yafəs Türksəs haqqında heç bir məlumatım yox idi, şeirləri ilə də tanış deyildim. Ancaq yazıdan onun da, onun sevgilisi kimi təqdim etdiyi (deyəsən o da tanımadığım şairələrdəndir) Yeganə xanımın həyat yoldaşının da nə qədər “xoşqeyrət” olduğunu anladım. Müsahibədə sevdiyi qadının həyat yoldaşı haqqında dediklərini olduğu kimi yazıram: “Biz Yeganəylə kafedə oturub yemək yeyirdik, əri işdən gəlirdi, görüşürdük. Çox normal qarşılayırdı. Onun əri savadlı insandı, dünya ədəbiyyatını yaxşı bilir. (A kişilər, dünya ədəbiyyatı bizə biqeyrətsizlikmi öyrədir ?!). Hətta bir çox yazıçımızdan da yaxşı. Xətrimi çox istəyirdi (qeyrətinə heç kim yox, elə öz həyat yoldaşı qurban olsun) bizim aramızda heç bir inciklik olmadı. Əri Yeganə xanıma inanıb(?). Deyibmiş ki, bizim aramızda yaxınlıq yoxdur, dostuq, eləcə mənim saçımı sığallayır.”
Hər xalqın öz milli-mənəvi dəyərləri olduğu kimi mənim millətimin də vətəni, dili, mədəniyyəti var. Respublikamızın dövlət dili Azərbaycan dilidir.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi-(AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir. Carı il üçün layihə 10 rayonu əhatə edəcəkdir. Layihə çərçivəsində hər rayondan 30 nəfər qadın və kişi seçilərək hüquqi maarifləndirmə seminarlarına cəlb edilir.
Yeni ismarıclar