Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı tarixi xarakter daşıyır. Dövlət başçısı qeyd edib ki, ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir.
Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 Yanvar hadisələri hələ təzəcə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı. Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi.
Prezident İlham Əliyev deyib ki, 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.
Bildirib ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra münbit əməkdaşlıq mühiti yaradıldı.
Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var.
İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə Azərbaycan heç kimdən asılı deyil. Daha ətraflı »


Bu il xalqımız böyük məhəbbətlə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Ümummilli Liderin siyasi irsi, onun çoxsahəli fəaliyyəti və dövlətçilk təfəkkürü elə bir sərvətdir ki, xalqımız bunlardan daim bəhrələnir. Heydər Əliyevin ibrətamiz kəlamları, tövsiyələri əsl dövlətçilik məktəbidir.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 42 və 54 №li Yol İstismarı MMC-nin kollektivləri iştirak ediblər.
Tərtər Rayon Gənclər Mərkəzində Kənd Təsərrüfatı Na-zirliyinin təşkilatçılığı və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “2023-cü ildə pambıq əkinləri üçün torpaq sahələrinin müəyyənləşdirilməsi, şum və arat işlərinin təşkili vəziyyəti” mövzusunda müşavirə keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında Tərtər Olimpiya İdman Kompleksində “Heydər Əliyev ili”nə həsr edilmiş rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında stolüstü tennis idman növü üzrə rayon turniri keçirilib. Turnirdə rayonun 28 ümumtəhsil məktəbin şagirdləri iştirak ediblər.
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Rayonumuzun Hüsənli kəndində məskunlaşan Kərəm Abbasovla ilk söhbətimiz bu günlərdə Prezident İlham Əliyevin Münxenə səfəri, onun burada keçirdiyi görüşlər ətrafında oldu. O bildirdi ki, fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları Aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasın gedişini çox diqqətlə izləyib. Kərəm kişi deyir ki, Paşinyanın uydurma çıxışını eşidəndə əsəbini cilovlaya bilməyib: “O cür yalan danışmaq nəinki dövlət rəhbərinə, heç balaca uşağa da yaraşmaz. İllərdir torpaqlarımızın altındakı sərvətlərimizi ermənilər və onların havadarları daşıyıblar. Evlərimizi qarət, məscidlərimizi təhqir ediblər. Əvəzində isə hər addımda mina basdırıblar. İşğal altında olan yerləri elə bir günə qoyublar ki, indi də insanlar mina partlaması nəticəsində ya həlak olur, ya şikəst qalırlar. Hələ utanmadan ermənilərin rastlaşdıqları humanitar böhrandan danışırlar”.
Müharibə dövrü Xocalı üçün çox vacib sayılan ”Xocalının səsi” qəzeti öz nəşrini dayandırmışdı. O vaxt bizim Tərtər qəzetinin mətbəəsi və yaradıcı redaksiya heyəti “Xocalının səsi”nə öz kömək əlini uzatmışdı. Bu haqda rayon mətbəəsinin təcrübəli işçisi, 1970-ci ildən həmin sahədə çalışan Kəlam Əliyevin söylədikləri maraq döğurduğuna görə, qəzetimizin əməkdaşı onunla görüşərək müsahibə almışdır. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
Xocalı faciəsi nəinki Azərbaycanın, dünya tarixinin ən qanlı səhifələrindən biridir. 31 il bundan əvvəl, soyuq bir qış günündə erməni terrorçuları Sovet Ordusunun 366-cı alayının iştirakı ilə 613 insanı qətlə yetirdilər, o cümlədən 106 qadını, 63 uşağı, 70 qo-canı. 1000 nəfərdən artıq dinc sakin, o cümlədən 76 uşaq, müxtəlif dərəcədə yaralanaraq ömürlük şikəst qalmışdır. 1275 insan əsir götürüldü. Onlardan 150-nin taleyi hələ də naməlumdur. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi.
Şəhid Aslan Kərimov adına 3 saylı orta məktəbdə keçirilən növbəti tədbir “Heydər Əliyev ili”nə həsr edilmişdir.Tədbirdə məktəbin müəllim və şagird kollektivi, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Yeni ismarıclar