Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik işlər haqqında proqramına uyğun olaraq 2023-cü il yanvarın 1-i vəziyyətinə rayon ərazisində heyvanların, quşların və arı ailələrinin tam uçotu aparılmışdır.
Uçotda rayonun bütün kənd təsərrüfatı müəssisə və təşkilatları, eləcə də kənd yerlərində yaşayan fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının hamısı, şəhər və qəsəbələrdə isə yalnız mal-qarası olan ev təsərrüfatları əhatə edilmişdir. Beləliklə, rayon üzrə müxtəlif təşkilati-hüquqi formalı 13877 uçot vahidi sorğuya cəlb olunmuşdur.
Ayrı-ayrı mal-qara növləri üzrə heyvandarlığın baş sayının əvvəlki illə müqayisədə dəyişilməsi aşağıdakı kimi olmuşdur.
İribuynuzlu mal-qara. 2023-cü il yanvarın 1-i vəziyyətinə rayonda 31503 baş iribuynuzlu mal-qara, o cümlədən 13220 baş inək və camış olmuş və onların sayı il ərzin-də müvafiq olararq 4.5 və 4 faiz artmışdır. Iribuynuzlu mal-qaranın sayı 2019-cu il yanvarın 1-nə nisbətən 2983 baş və ya 10.5 faiz, 2020-ci il yanvarın 1-nə 1836 baş və ya 6.2 faiz, 2021-ci il yanvarın 1-nə 2103 baş və ya 7.2 faiz artmışdır.
Sürü dövriyyəsinin təhlili göstərir ki, süd istehsalını artırmaq məqsədilə təsərrüfatlar ana malın sayının artırılmasına daha çox meyllidirlər. Belə ki, son 5 il ərzində inək və camışların sayı 12156 başdan 13220 başa çatmaqla 8.9 faiz artmış, mövcud iribuynuzlu mal-qaranın 42 faizini inək və camışlar, 1646 başı və ya 5.2 faizini düyələr təşkil etmişdir.
Mövcud iribuynuzlu mal-qaranın 31243 baş və ya 99.2 faizini inək naxırı, 260 baş və ya 0.8 faizini camış naxırı təşkil edir.
Rayonda mövcud olan iribuynuzlu mal-qaranınm 97.3 faizi və ya 30658 başı ailə kəndli və ev təsərrüfatlarına, ümumilikdə isə kənd təsərrüfatı müəssisələri də daxil olmaqla 99.8 faizi və ya 31450 başı qeyri-dövlət bölməsinə məxsus olmuşdur.
Qoyun və keçilər. Qoyunçuluq heyvandarlığın mühüm ənənəvi sahələrindəndir. 2023-cü il yanvarın 1-i vəziyyətinə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 43470 baş qoyun və keçi (o cümlədən 42186 baş qoyun, 1284 baş keçi) mövcud olmuşdur. İl ərzində qoyun və keçilərin sayı 38 baş və ya 0.1 faiz azalmışdır. Daha ətraflı »


1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Prezident İlham Əliyev cari ilin 18 fevral tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxış edib.
Rayon icra hakimiyyətinin və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşları öz peşə bayramlarında Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Bu günlərdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev prospektində ilk ağacəkmə aksiyası keçirilib. Aksiyadan öncə prospektdə abadlıq işləri aparılıb, telekommunikasiya xətləri qaydaya salınıb, gecə işıqlandırılması lampaları yenisi ilə əvəz olunub.
Tərtərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Əməkdaşlarının peşə bayramı və Xidmətin yaradılmasının 11-ci ildönümü münasibəti ilə tədbir keçirilib.
Könül Sarıyeva əmisi, Birinci Qarabağ Müharibəsi şəhidi Ərşad Sarıyev adına Gülabatlı kənd tam orta məktəbin 8-ci sinif şagirdidir. Dərs əlaçısıdır. Könülgil ailədə 3 uşaqdırlar – 2 qardaş, 1 bacı. Hər üçü həm ailənin, həm də təhsil aldıqları məktəbin fəxridirlər.




Tərtər rayonundan Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə göndərilən humanitar yardım Gəncə şəhərində yerləşən Türkiyə konsulluğuna təhvil verilib.

Şəhərimizdə abadlıq, təmizlik işləri ilboyu dayanmır. Yazqabağı günlərdə isə bu işlər daha böyük həvəslə görülür. Hazırda küçələrin abadlaşdırılması ilə yanaşı ağacəkmə kampaniyası böyük vüsət alıb.
Yeni ismarıclar