Azərbaycanla qürur duyuruq!
Mən qəhrəman Tərtərdə doğulub, boya-başa çatmışam. Şəhər 1 saylı tam orta məktəbin rus bölməsini bitirmişəm.
Bundan sonra təhsilimi Ukraynanın paytaxtı Kiyev şəhərində davam etdirmişəm. T. Sevçenko adına Kiyev Dövlət Universitetinin məzunuyam. Bakalavr, maqistr və doktorantura təhsili almışam.
Uzun müddət Ukraynada yaşayıb, işləmişəm, hal-hazıtda isə Almaniyadayam. Berlin Şəhər Departamentində çalışıram.
Almaniyada həmyerlilərimiz çoxdur. Biz hamımız doğma Azərbaycanımızla, onun əldə etdiyi nailiyyətlərlə qürur duyuruq. Xüsusilə son illər qazanılan qələbələr, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün bərpa edilməsi qəlbimizi fərəh hissi ilə doldurur.
Yaxşı bilirik ki, biz xarici ölkədə Azərbaycanın bir parçasıyıq, onun adət-ənənələrini, mədəniyyətini təmsil edirik. Odur ki, atdığımız hər bir addım buna uyğun olmalıdır.
İmkan olduqca Azərbaycana gəlir, valideynlərimi, qohumlarımı, dostlarımı ziyarət edirəm. Tərtərimiz çox dəyişib, gözəlləşib. Bu da təbiidir. Axı, hal-hazırda Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada quruculuq-abadlıq işləri aparılmasın.
Həmvətənlərimi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il və qazanılan Böyük Zəfər münasibətilə ürəkdən təbrik edirəm! Hər kəsə cansağlığı və ruzi-bərəkət arzulayıram. Həmişə arzularımızda söyləyirdik ki, gün o gün olsun Qarabağa gedək. İndi o gün gəlib.
Odur ki, böyük qürur hissi ilə deyirəm: “Qarabağ Azərbaycandır”!
Vüsal ƏHMƏDOV,
Almaniya, Berlin



Cari ilin 21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilmişdir.
15 oktyabr 2023-cü il tarixdə Prezident İlham Əliyev Xankəndi şəhərindəki çıxışında deyib: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.”

Tərtər rayonunda Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Azərbaycanın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.
Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlət kimi, ictimai-siyasi sabitliyin təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin bu cür inkişaf etməsinin səbəbi dövlət başçısı tərəfindən aparılan praqmatik daxili və xarici siyasət kursudur. Heç şübhəsiz, müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı problemlərlə qarşılaşan Azərbaycan xalqı əzmkarlıq nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanın tərəqqisini təmin edib.
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində 12 dekabr–Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Tərtər-Bərdə avtomobil yolunun kənarında və digər ərazilərdə ağacəkmə aksiyası keşirilib.
İllər ötsə də, Qarabağın azadlığı uğrunda canlarını fəda etmiş oğullar unudulmur. Onlardan biri də I Qarabağ müharibəsi şəhidi Seymur Mobil oğlu Muradovdur.
Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və təhsil sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə “Əbədiyaşar Lider” mövzusunda “dəyirmi masa” keçirilib.
Ötən ilə nisbətən bu il Tərtər rayonunda pambıq yığımı xeyli gecikib. Bunun bir sıra obyektiv səbəbləri var. Onların arasında ilk sırada cari mövsüm hava şəraitinin pambıqçılıq üçün əlverişsiz keçdiyini göstərmək olar. Yaz aylarında havaların quraq, küləkli keçməsi, ardınca isə dolu düşməsi nəticəsində fermerlər təkrar çiyid səpdilər. Kiçik rəqəm deyildi–ümumilikdə rayon üzrə 269 hektar sahə tamamilə yararsız hala düşmüşdü. Amma digər səbəblər də vardı. Bu, suvarmadakı bir sıra çətinliklərlə bağlı olmuşdu Çiyid səpinindən sonra çətin günlər avqustda – bartoplama aylığında yaşanıb. Həmin vaxt havanın temperaturunun həmişəkindən xeyli yüksək olması bar orqanlarına mənfi təsir göstərdi. Sentyabrda isə mütəmadi yağan yağışlar defolyasiya prosesini gecik-dirdi.
Yeni ismarıclar