Asif Talıboğlu Kəlbəcər rayonunun Bağlıpəyə kəndində doğulub. Hazırda rayonumuzda Yeni Qəsəbədə yaşayır. Onun şeirləri “Yeni Tərtər” qəzeti ilə yanaşı, müxtəlif ədəbi almanaxlarda və digər bölgə qəzetlərində çap olunub. Aşağıda Asif Talıboğlunun bir neçə şeirini oxucularımıza təqdim edirik.
Gəl qəbrimin üstünə
Sağlığımda görüşümə gəlmədin, Barı hərdən gəl qəbrimin üstünə, Bir vaxt mənə oğrun baxan gözlərin, Qoy axıtsın sel qəbrimin üstünə. |
Demirəm ki, fəryad qopar, ya nələr… Asif deyər bir pıçıltın bəs edər, Bəlkə ruhum rahatlanar, dincələr, Gəzdirərsən əl qəbrimin üstünə. |
Sənə olan saf eşqimin xətrinə, |