Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,725
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyn
    Təhsil MƏZUNLARLA GÖRÜŞ üçün şərhlər bağlıdır

    Cari dərs ilinin son günlərində Sarıcalı kənd tam orta məktəbində çox maraqlı, xatirələrdə uzun müddət yaşanacaq bir görüş keçirildi. Müəllim və şagird kollektivi məktəbin fəxri məzunlarını-ehtiyatda olan polkovnikleytenant, təhlükəsizlik üzrə ekspert İlham İsmayılı və bacarıqlı pedaqoq, işlədiyi illər ərzində yüzlərlə şagirdin ürəyinə vətənpərvərlik və ədəbiyyata məhəbbət toxumları səpmiş Bəsti İsmayılovanı gül-çiçəklə qarşıladılar. Görüşdə Tərtər Təhsil Sektorunun nümayəndəsi Müsaməddin Qurbanov və “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova da iştirak edirdilər.
    Qonaqları salamlayan məktəbin direktoru Vəsilə Mehdiyeva bildirdi ki, qədim Sarıcalı eli özünün məşhur insanları ilə seçilir. Bu görüşün keçirilməsində məqsəd böyüyən nəsli kəndin, eləcə də təhsil aldıqları və cari ildə özünün 90 illiyini qeyd edəcək məktəbin tarixi və məzunları ilə tanış etməkdir. Daha ətraflı »

  • 20İyn
    Təhsil MÜSABİQƏLƏR QALİBİ üçün şərhlər bağlıdır

    Aişə Bayramlı şəhər 1 saylı tam orta məktəbin şagirdidir. O, hələ şagird partasında əyləşsə də, bugündən öz gələcəyini qurmağa çalışır və buna çox gözəl nail olur. Aişənin nailiyyətlərini oxucularımıza onun öz dilindən təqdim edirik.

    Mən 3D oyun dizayneri və sahibkaram. 2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 9-cu sinif buraxılış imtahanında 270.1 bal toplayaraq Tərtər üzrə 1-ci oldum. Lakin bundan əlavə bir çox beynəlxalq və yerli müsabiqələrdə iştirak etmiş və qalib olmuşam.
    2021-ci ildə Tərtər-Bərdə-Ağdam rayonlarının ilk ingiliscə gender bərabərliyi mövzusunda tamaşalarında (Drammer) oynamış və fərqlənmişəm. PolyUp Azərbaycan qalibiyəm.
    Qlobal istiləşmə probleminin həll olunması məqsədi ilə layihə hazırlamış və Stanford Universiteti tərəfindən mükafatlan-ırılmışam. Layihəm isə Stanford tərəfindən 2021-ci ilin ən yaxşı layihələrindən biri olaraq elan olunmuşdur.
    Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna əsas Tərtər təmsilçisi seçilmiş və forumda iştirak etmişəm.
    Mərkəzi Amerikada yerləşən Let’sMOD şirkətinin məsləhət şurasındakı 2 şagirddən biriyəm. 3 ilə yaxındır ki, Let’s-MOD şirkətində fəaliyyət göstərirəm və Let’sMOD Azərbaycan İcmasının lideriyəm.
    2022-ci ildə keçirilmiş “Global Let’sMOD Competition”un qalibiyəm. Let’sMOD-ı yuxarı səviyyədə bildiyim üçün şirkət tərəfindən onlayn yay düşərgəsinə dünyanın fərqli ölkələrindən şagirdlərə 3D modelləşdirmə, riyaziyyat, dizayn və s. kimi mövzularda ingiliscə dərslər keçmək üçün dəvət olunmuşdum. Həmçinin “2022 Summer Camp” müsabiqəsində dünya üzrə 1-ci yerə layiq görülmüşəm. Daha ətraflı »

  • 20İyn
    Digər Bizim istedadlılar üçün şərhlər bağlıdır

    ARZUSU RƏSSAM OLMAQDIR

    Istedad özünü insanın hələ kiçik yaşlarından hiss elətdirir. Kimisi musiqiyə, kimisi rəsm çəkməyə, kimisi də elmin müxtəlif sahələrinə meyilli olur. Minayə Həsənlidə də belə olub. O, hələ 5 yaşı olmayanda əlinə keçən ağ kağız üzərində quş, gül, ev və başqa təbiət şəkillərini öz uşaq təxəyyülü ilə çəkərdi. Ata-anasına çəkdiyi şəkilləri göstərib müsbət rəy eşidəndə sevinərdi. Sevincinin həddi-hüdudu olmazdı. O, indi biraz boy atıb, böyüyüb. Hazırda şəhid Mehman Həsənov adına Köçərli kənd tam orta məktəbinin səkkizinci sinfində oxuyur, dərs əlaçısıdır. Gündəlik məşğuliyyəti isə diqqətini çəkən şəkillər üzərində işləməkdir. Minayə həm də rayonumuzdakı Uşaq Gənclər İnkişaf Mərkəzinin fəal üzvlərindəndir. Ya-xınlarda eşitdim ki, o, bir neçə dəfə rəsm müsabiqələrinin qalibi olub. Bu münasibətlə anası Pərvanə xanımla əlaqə saxladım və qızının redaksiyaya gəlməsini xahiş etdim.
    Minayə Həsənli anası Pərvanə xanımla dedikləri vaxt redaksiyada oldular. Qarayanız, suyuşirin bu qızla vurğunu olduğu rəsmlərindən söz açdım. Söhbətimizə hərdən anası da müdaxilə edirdi. Hər ikisi Minayənin çəkdiyi şəkillərin onun üçün önəmli olduğunu bildirdilər. Daha ətraflı »

  • 20İyn
    Digər QURBAN BAYRAMI İNSANLARI MƏNƏN SAFLAŞDIRIR üçün şərhlər bağlıdır

    Bismilləhir Rahmənir Rahim!
    Mehriban və Bağışlayan Allahın adı ilə!
    “Biz hər bir ümmət üçün qurbangah (və ya məbəd) müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (yəni, Bismilləh desinlər). Sizin məbudunuz tək olan Allahdır!..(Həcc surəsi, ayə 34).
    “(Ya Peyğəmbər) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı”…(Maidə s. ayə. 27).
    Yuxarıda qeyd olunan ayələrdən də bəlli olur ki, qurban ayininin çox qədim tarixi vardır. Başlanğıcını Hz. Adəmdən (ə) götürən qurbanvermə adəti sonrakı dönəmlərdə bir neçə formada davam edərək çağdaş zamanımıza qədər davam etmiş və etməkdədir. Qurban sözünün lüğəti mənası belədir: mənəvi baxımdan Uca Allahın hüzuruna yaxınlaşmağa səbəb olan əməl.
    Bu ayədə Rəbbimiz qurban əməlinin tərifini belə edir: “Əlbəttə, onların nə əti, nə də qanı Allaha çatmaz. Allaha çatacaq olan ancaq sizin təqvanızdır”. (Yəni əməlinizdir). Həcc s. ayə 37.
    Qurban insanı Rəbbinə yaxınlaşdıran bir vasitədir. Bu səbəblə də insanlar çox qədim dövrlərdən bəri illahlarına yaxınlaşmaq üçün qurbanlıq ayini icra edirdilər. Tarixən insanlar iki cür qurban verib: Daha ətraflı »

  • 19İyn
    Digər Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat verib. Dövlət başçısı bildirib ki, Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub.

    Pakistan işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.

    Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir.

    Prezident İlham Əliyev deyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır.

    Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib. Bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır. Daha ətraflı »

  • 17İyn
    Digər Ulu Öndər Heydər Əliyev görkəmli Azərbaycan ziyalı və incəsənət xadimləri haqqında üçün şərhlər bağlıdır

    Ulu Öndər Heydər Əliyevin fəaliyyəti çoxsahəli və geniş olub. O, Azərbaycan ziyalılarının, incəsənət xadimlərinin yaradıcılığını daim yüksək qiymətləndirir, bu sahənin inkişafı ilə bağlı tövsiyələrini verirdi.

    Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə çıxışında Heydər Əliyev deyib: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.”

    “Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir.”

    Türkiyə Böyük Millət Məclisində çıxışında Ümummilli Liderimiz fəxrlə söyləyib: “XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər.”

    Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar yubiley üzrə dövlət komissiyasının iclasında səslənən fikirlər Füzulinin azərbaycanlı olduğunu bir daha təsdiqləyir: “Füzuli azərbaycanlıdır, Azərbaycan köklüdür, onun yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir.” Daha ətraflı »

  • 17İyn
    Digər Əldə olunmuş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında qardaşlıq əlaqələri dayanır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 13 iyun tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar bəyanat verib. Dövlət başçısı bildirib ki, seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.

    Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur.

    Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.

    Prezident İlham Əliyev deyib ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək. Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir. Cari il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir.

    Bugünkü dünyada güc amili ön plana çıxır. Beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Daha ətraflı »

  • 15İyn
    Şəhidlər Tərtərdə şəhid ailələrinə, qazilərə qayğı həmişə diqqət mərkəzindədir: Rayon rəhbəri 75 yaşlı şəhid anasını ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ Müharibəsi şəhidi Vüqar Allahverdiyevin anası Zənfurə müəlliməni 75 illik yubileyi münasibəti ilə doğum günündə yaşadığı Alışarlı kəndində ziyarət edərək, onu təbrik edib, qayğıları ilə maraqlanıb.

    Zənfurə müəllimə uzun illər həyat yoldaşı Azay müəllimlə birgə şagirdlərin təlim tərbiyəsi ilə məşğul olub, onlara “ana”, ”vətən” kəlmələrini öyrətməklə yanaşı, şagirdlərinə də övladları kimi vətənpərvərlik hissləri aşılayıb.

    Ailənin 4 oğul, 1 qız övladı olub. 1973-cü ilin 26 yanvar tarixində anadan olan Vüqar ailənin ikinci övladı idi. Torpaqlarımızın azadlığı uğrunda savaş gedəndə oda döyüşə gedib və 1992-ci ilin 12 noyabr tarixində 21 yaşında Vəng kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

    Bu gün Allahverdiyevlər ailəsinin 4 övladı, 19 nəvəsi olsa da Vüqarın yeri həmişə görünür.

    İcra başçısı Müstəqim Məmmədov şəhidin valideynlərinə Vətən üçün Vüqar kimi oğul böyütdüklərinə görə təşəkkür edib. Zənfurə müəlliməni 75 yaşı münasibəti ilə təbrik edərək ona Tərtər Rayon İcra Hakimiyyətinin təşəkkürnaməsini və hədiyyə təqdim edib. Torpaqlarımızın Vüqar kimi oğullar sayəsində işğaldan azad olunduğunu bildirib, dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışıb.

    Şəhid Vüqar Allahverdiyevin valideynləri  şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

     

     

     

     

  • 15İyn
    Xəbərlər Rayon rəhbərinin Qarağacı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Qaraağacı kəndində keçirilib.

    Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyub.

    Rayon rəhbəri qəbulda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi, il çərçivəsində rayonda keçirilən və keçiriləcək tədbirlər haqqında,Türkiyə Prezidenti  Rəcəb Təyyub Ərdoğanın  Azərbaycana  rəsmi dövlət səfərindən,onun Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma və yolasalınma mərasimindən ,“Bir millət iki dövlətin” sınaqlardan çıxmış tarixi dostluğundan danışıb.

    İcra başçısı ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib. Daha ətraflı »

  • 13İyn
    Digər Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən başlamışdır üçün şərhlər bağlıdır

    15 İyun tarixini xalqımız Milli Qurtuluş Günü kimi qeyd edir. Həmin gün Ümummilli Lider Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə qayıdaraq, ölkəni xaos və anarxiyadan xilas etdi. Bu barədə Ulu Öndər deyib: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

    Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Daha ətraflı »