1 iyul 1961-ci ildə Tərtər rayonunun Borsunlu kəndində doğulub. Orta məktəbi 1976-ci ildə həmin kənddə bitirib. 1977-ci ildə hərbi xidmətə çağırılıb. 1979-cu ildə Rusiyada aviasiya polkunda həqiqi hərbi xidmətini başa vurub.Qayıtdıqdan sonra Mingeçevir şəhərində yaşayıb, işləyib.
Bibisi oğlu Talıstan Axundov erməni vəhşiliyindən şəhid olduqdan sonra Murad dözməyərək 19-92-ci ilin fevralından Mingəçevir Özünümüdafiə Batalyonu-na yazılıb. Batalyon keçmiş Marquşevan kəndində yerləşirdi. Ağdərə istiqamətində gedən döyüşlərdə ermənilərə qarşı vuruşub, 1993-cü ilin iyul ayının 23-də döyüş yoldaşlarının nəşini çıxararkən mühasirəyə düşərək şəhid olub, 25 iyulda ailəsinə xəbər verilib. Nəşi tapılmayıb.
Ailəlidir. 2 oğlu qalıb, Şahin və Tural. Muradgil özləri 3 qardaş, 4 bacı olublar. Hazırda anası Zərifə oğlu Müşfiqlə birlikdə Borsunluda, Muradın oğlanları isə Mingəçevir şəhərində yaşayırlar.
Son zamanlarda Mingəçevir şəhərində şəhid Murad Təmrazovun adına bulaq istifadəyə verilib.
-
10İyl
Müəllif: Redaktor, 14:01