
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.
“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.
Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. Daha ətraflı »


Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
2023-cü il “Heydər Əliyev ili”dir. Ancaq yalnız bu il deyil, yaşadığımız hər il, hər ay, hər gün Ulu Öndəri bizdən uzaqlaşdırmır, daha da yaxınlaşdırır. Ona görə ki, onun Azərbaycana qayıdışı nəticəsində ölkəmiz dünyaya Günəş kimi doğdu. Bir xalq olaraq inkişafımızın yeni mərhələsinə qədəm qoyduq. Çətin günlərimiz arxada qal-dı.
Kənd təsərrüfatı istehsalı 11.4 faiz artaraq 96 milyon 275 min manat, informasiya və rabitə xidmətlərinin həcmi 5.1 faiz artaraq 706 min manat olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlər 11.9 faiz artaraq 23 milyon 231.5 min manat, ictimai iaşə xidmətləri 12.2 faiz artaraq 3 milyon 320.6 min manat olub. Nəqliyyat sektorunda yük daşınması 18.9 faiz artaraq 250 min ton, sərnişin daşınması 8.7 faiz artaraq 5 milyon 11 min nəfər təşkil etmişdir.
35 il əvvəl – noyabrın 17-də paytaxtımızın mərkəzi meydanında başlanan hərəkatın qığılcımları millətin birliyi sayəsində öz gözəl bəhrəsini verdi, ölkəmiz 70 illik buxovlardan azad oldu. Lakin o zaman müstəqilliyimiz çox kövrək idi və yalnız xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra möhkəmləndi və əbədi oldu.
Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları, icra nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə Əskipara kənd İƏD üzrə icra nümayəndəsi Pərviz Mustafayev ”Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Məmişov Rəşad Ələsgər oğlu 1987-ci il sentyabr ayının 22-də Tərtər şəhərində anadan olub. Təhsilini 1 saylı tam orta məktəbdə alıb. 2005-ci ildə Tərtər hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Xidmət müddəti Naxçıvanın Culfa rayonunda keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra ürəyindən yenidən Vətənə xidmət hissi keçib. Nəhayət, 2014-cü ildə müddətdən artıq xidmətə yazılıb və Tərtər rayonu ərazisində müxtəlif hərbi hissələrdə xidmət etməyə başlayıb. Həmişə də verilən tapşırığın layiqincə yerinə yetirilməsinə çalışıb.
Qafqaz regionu tarix boyu əsrarəngiz təbiəti, gözəl landşaftı, yeraltı və yerüstü sərvəti ilə zəngin, məhz bu səbəbdən təlatümlü, riskli, təhdidli olmuş, terror aktları kimi bəlalara məruz qalmışdır. Müəyyən müddətlər böýük güclərin mübarizə meydanı və mübahisə mövzusu olmuşdur. Qafqaz qlobal dövlətlərin tort qismində bölgü aspekti olduğu üçün şərti olaraq Cənubi Qafqaz, Şimali Qafqaz region ayrımcılığına uğramışdır. Analoji siyasət Koreya, Hindistan, Almaniya və s. dövlətlərin tarixində də öz əksini tapmışdır. Təbii ki, bu siyasət tarixi varisliyi özündə ehtiva edən “Parçala və hökm et!” kimi şüarın tərkib hissəsidir.
Yeni ismarıclar