Bu bahar günlərində qəhrəman Tərtər şəhərində, böyük şəxsiyyət, dünyaşöhrətli alim, qayğıkeş və mehriban həyat yoldaşı və ana Zərifə xanım Əliyevaya həsr olunmuş tədbirin keçirilməsi rayon sakinləri üçün, xüsusilə vaxtilə Zərifə xanım Əliyeva ilə eyni dövrdə yaşamış insanlardan ötrü olduqca xoş oldu.
Qonaqlarımızın da qeyd etdiyi kimi, müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında əldə olunan zəfərimizdən sonra tərtərlilərin həyatı və rayonumuzun siması tamamilə dəyişib. Hər kəsin, xüsusilə qadınlarımızın ən çox arzuladığı sülh və əmin-amanlıq bərqərar olub. İnsanlar rahatdırlar, sabahkı günə əminlik var. Ulu Öndərimizin, Zərifə xanımın ruhları şad olsun, Allah Prezidentimizi qorusun, torpaqlarımız uğrunda canından keçən şəhidlərimizə Allah rəhmət eləsin.
Zərifə xanım Əliyevanın adı çəkiləndə, ilk olaraq fikrimizə gələn sözlər nurdur, işıqdır. Təkcə ona görə yox ki, o, insanların gözünə nur bəxş edirdi. Zərifə xanım yaşadığı şərəfli ömrü ilə xal-qımızın həyatını günəş kimi isidirdi, işıqlandırırdı və o günəş bu gün də parlamaqdadır.
Əsl Azərbaycan qadını, neçə-neçə nəsil qadınlarımıza gözəl nümunə, örnək olan Zərifə xanımın həyatının hansı bir tərəfinə nəzər salsaq, böyük fədakarlığın, yorulmazlığın, sadəliyin, humanizmin şahidi olarıq.
Hamımız yaxşı bilirik ki, ən dahi şəxsiyyətlərin həyatda uğur qazanmasının böyük ağırlığı onun yanında olan qadının çiyinlərinə düşür. Azərbaycan xalqı xoşbəxtdir ki, Ulu Öndərimizin ömür-gün yoldaşı məhz Zərifə xanım Əliyeva olub. Bu ailədəki hüzur, mehribançılıq, bir-birinə qarşı qayğıkeşlik onları həm ailədə, həm cəmiyyətdə xoşbəxt edib və Ümummilli Liderimizə tale tərəfindən yazılmış nəhəng missiyanı şərəflə yerinə yetirməyə kömək olub.
Azərbaycanda ailə bağları həmişə müqəddəs hesab edilib. Ulu Öndərimizin ailəsi bunun ən gözəl nümunəsidir.
Təsadüfi deyil ki, hamımızın fəxri, qüruru olan müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz belə bir ailədə dünyaya gəlib, böyüyüb və valideynlərinin yolu ilə gedərək, ümumxalq məhəbbətini qazanıb. Azərbaycan xalqının belə bir Liderinin olması Zərifə xanımın ən böyük xidmətlərindən biri, bir valideyn kimi onun xoşbəxtliyin ən yüksək zirvəsinə çatmasıdır. Daha ətraflı »
-
07MayDigər O GÜNƏŞ BU GÜN DƏ PARLAMAQDADIR üçün şərhlər bağlıdır
-
07MayXəbərlər KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ –2025 üçün şərhlər bağlıdır
Qərbi Azərbaycan əsilli şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə əlaqədar yaradılmış işçi qrupunun üzvləri ilə görüş keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qərbi Azərbaycan əsilli şəxslərin, habelə əvvəlki dövrlərdə köçürülmüş ailələrin nümayəndələrinin müəyyən edilməsi, onların adlı siyahılarının dəqiq tərtib olunması, eyni zamanda Ermənistan SSR tərəfindən həmin şəxslərə və ailə üzvlərinə verilmiş sənədlərin surətlərinin toplanması işinin təşkili ilə əlaqədar yaradılmış işçi qrupunun üzvləri ilə görüş keçirib.
Görüşdə YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon polis şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsini icra edən Ruslan Allahverdiyev, statistika, qeydiyyat və arxiv idarələrinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerli strukturlarının əməkdaşları, Qərbi Azərbaycan İcmasının özəkləri, habelə icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Rayon rəhbəri çıxış edərək bildirib ki, tarixin müxtəlif mərhələlərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım və deportasiya cinayətləri nəticəsində yüz minlərlə soydaşımız Azərbaycana pənah gətirərək ölkəmizin müxtəlif yaşayış məntəqələrində, o cümlədən Tərtər rayonunda məskunlaşmışdır.
Azərbaycanlılara qarşı 1905-1906-cı illərdə törədilən qırğınların, 1918-1920-ci illərdə soyqırımın, 1948-1953-cü illərdə deportasiyanın, 1987-1991-ci illərdə etnik təmizləmənin izlərini bu gün daha dərindən araşdırmaq və dün-ya ictimaiyyətinin diqqətinə çatdırmaq, baş verən cinayətlərin miqyasını daha dəqiq öyrənmək, eləcə də onların pozulmuş hüquqlarının bərpası istiqamətində beynəlxalq səviyyədə tədbirlər görmək məqsədilə ölkəmizdə aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Daha ətraflı » -
07MayDigər Şəhid atasına qayğı üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Dəmirçilər kəndində şəhid Fikrət Rzayevin ailəsində olub, atası Əhliyyət Xudabəndəyevi 85 illik yubileyi münasibəti ilə təbrik edərək, ona rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
Qeyd edək ki, Şəhid Rzayev Fikrət Əhliyyət oğlu 1972-ci il avqust ayının 30-da Kəlbəcər rayonunun Şurtan kəndində anadan olub. Sonralar ailələri ilə birlikdə Tərtər rayonunun Dəmirçilər kəndinə köçüblər. Həmin kəndin orta məktəbində natamam orta təhsil aldıqdan sonra 183 nömrəli Texniki Peşə Məktəbində təhsil alıb. 1990-cı ilin noyabr ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağrılıb. Daha ətraflı » -
07MayXəbərlər Şəhid Elşən Məmmədovun qardaşının toy mərasimi keçirilib üçün şərhlər bağlıdır
Tərtər rayonundan olan Vətən müharibəsi şəhidi Elşən Məmmədovun qardaşı Zamin Məmmədovun toy mərasimi keçirilib. Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Tərtər rayon məhkəməsinin sədri Tahir Qubadov, hüquq mühafizə orqanlarının əməkdaşları, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, veteranları iştirak ediblər.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb. Sonra icra başçısı Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında bizə qələbə sevincini yaşadan şəhid Elşən kimi oğlulların sayəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib. Qeyd edib ki, şəhidlərimizin keçdiyi döyüş yolu gənclərimizə bir örnəkdir.
Rayon rəhbəri şəhidlərə Ulu Tanrıdan rəhmət, qazilərə cansağlığı, diləyib, vətənpərvər oğullar böyütdükləri üçün şəhid valideynlərinə öz minnətdarlığını bildirib.
Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Daha ətraflı » -
07MayXəbərlər Vətəndaşlar razılıq edirlər üçün şərhlər bağlıdır
Giriş qapısı təmir olundu
Hər bir yaşayış məntəqəsi haqqında ilk təsəvvür onun girişindən, yolundan yaranır. Ona görə də deyirlər ki, yol mədəniyyətdir, giriş qapısı isə həmin yerin vizit kartıdır.
Bir neçə il əvvəl kəndimizin yoluna asfalt örtüyü çəkilib. Yəni gediş-gəlişimiz rahatdır. Ancaq həm kəndimizin giriş qapısı yarasız vəziyyətdəyd, həm də avtomobil yolunun kənarlarındakı alaq otları və vətəndaşlar tərəfindən tökülmüş məişət tullantıları xoşagəlməz mənzərə yaradırdı.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov kəndimizdə səyyar qəbul-görüş keçirəndə, bizi narahat edən məsələ ilə bağlı müraciət etdik.
Artıq mənzərə tamamilə dəyişib. Kəndin giriş qapısı təmir olunub, alaq otları biçilib və ərazi məişət tullantılarından təmiz-lənib.
“Görülən işdən gül ətri gələr,” – deyiblər. Biz də görülən işlərdən razıyıq. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik.Bayram Məmmədov,
Cəmilli kəndinin sakini -
07MayDigər Həyatımız dəyişib üçün şərhlər bağlıdır
Bu gün kəndlərimizin hər birinin müasir infrastrukturu var. Xüsusən də elektrik enerjisinin gündəlik həyatımızda əhəmiyyəti böyükdür.
Bizim kəndimizdə olan 100 kilovatlıq transformator köhnə olduğundan, elektrik təchizatında müəyyən problemlər yaranır, bu isə əhalini narahat edirdi. Rayon rəhbəri kəndimizdə əhali ilə görüş keçirərkən, vəziyyəti bildirdik və kənd sakinləri adından bizə köməklik göstərilməsini xahiş etdik.
Müraciətimizdən sonra kəndin ərazisində olan köhnə transformator yenisi ilə əvəz olunub. İndi fasiləsiz olaraq elektrik enerjisindən istifadə edirik. Rayon rəhbərinə və “Azərişıq” ASC-nin Tərtər elektrik şəbəkəsinin işçilərinə öz təşəkkürümüzü bildiririk.Almaz Qasımova,
Sarov kəndinin sakini -
07MayŞəhidlər Tarix yazan oğullar üçün şərhlər bağlıdır
Mayor Baxış Baxışlı: O, bir möcüzəydi, bu dünyaya gəldi, getdi…
8 iyun 2024-cü il, adi bir yay günü idi. Bürkülü hava insanları tıncıxdırmışdı. Onlar göyün üzündəki qara buludlara baxıb, yağışın yağmasına sevinirdilər.
Mayor Baxış Baxışlının ailəsində isə vəziyyət fərqliydi. Hər şey – havanın dəyişməsi, yağan yağış, şimşəyin çaxması, əsən külək onların fikirlərini quş qanadlarına alıb, Lənkərana, Astaraya, Baxışın xidmət etdiyi, komendant olduğu zastavaya aparırdı. Axı, sərhədçilər üçün gecə, gündüz söhbəti olmur. Havanın dəyişməsi isə işlərini daha da çətinləşdirir. Belə günlərdə valideynləri ona zəng vurmurdular. “Sərhəddədir, diqqətli, məsuliyyətli olmalıdır”, – düşünüb, telefonu yerə qoyurdular.
Yağış getdikcə güclənir, ildırım göyün üzünü işıqlandırırdı…
…Həmin gecənin səhəri Elşən ata arzularının zirvəsi – oğlu Baxışı gətirmək üçün Astaraya gedirdi. Deyilən xəbər rəsmi olsa da, o, buna inanmırdı. Baxış heç vaxt belə edə bilməzdi. O, söz vermişdi. Özü gəlməliydi. Böyüyüb orta məktəbi bitirəndən oğlu heç vaxt valideynlərinə əziyyət verməmişdi. Bütün problemlərini özü həll edir, hər cür çətinliyin öhdəsindən gəlirdi. Göyün gurultusu, şimşək çaxması deyilənlərin həqiqət olduğunu xatırladır, atanı keçmişdən ayırıb gerçəkliyə qaytarırdı. Elşən müəllimə elə gəlirdi ki, bu yol heç zaman bitməyəcək… Daha ətraflı » -
07MayXəbərlər Rayon rəhbəri şəhid Elşən Əlizadənin anası Sahibə Əliyevanı 60 illik yubileyi münasibəti ilə təbrik edib üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İsmayılbəyli kəndində şəhid Elşən Əlizadənin ailəsində olub, anası Sahibə Əliyevanı 60 illik yubileyi münasibəti ilə təbrik edib, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
Əlizadə Elşən Faiq oğlu 10 avqust 1995-ci ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Elşən Əlizadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Elşən Əlizadə 16 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Tərtər rayonunun İsmayılbəyli kəndində dəfn olunub. Daha ətraflı » -
07MayDigər Suqovuşandan ayrılanda 14 yaşım vardı… üçün şərhlər bağlıdır
Bu günlərdə ailəmiz Suqovuşan kəndində rahat 2 otaqlı mənzillə təmin olunub. Həmin mənzilin açarları bizə veriləndə, bir anlıq uşaqlığım, bu yerləri tərk etdiyimiz zamanlar kinolenti kimi gəlib gözlərimin önündən keçdi. Ailəmiz Suqovuşandan 1991-ci ildə çıxmışdı. Çox ağır günlər idi. Mənim onda 14 yaşım vardı. Atam burada ferma müdiri işləyirdi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Suqovuşanda sakinlərlə görüş keçirəndə bizə müraciət etdi, dedi ki, kim xatirələrini danışmaq istəyir? Mən onda çıxış etdim, hətta Azərbaycan əsgərinə həsr etdiyim şeiri də oxudum.
Dövlət başçısı məni diqqətlə dinlədi, onun səmimiyyəti nəticəsində şeirimi sona qədər söylədim. Misralarım ədəbi cəhətdən mükəmməl olmasa da, burada Ali Baş Komandanımıza, bu torpaqlar uğrunda qan tökən, can verən igidlərimizə sevgini ifadə etmişdim. Daha ətraflı » -
07MayKənd təsərrüfatı Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır
TƏRTƏRLİLƏR XOŞ GƏLƏCƏK NAMİNƏ HƏVƏSLƏ ÇALIŞIRLAR
44 günlük Vətən müharibəsində əldə olunan Şanlı Qələbə və 24 saatdan da az davam edən antiterror tədbirlərindən sonra Tərtər rayonunun da tarixində yeni dövr başladı. İllərdir düşmənlə üz-üzə dayanan, nankor qonşuların hər cür əməllərinə mərdliklə sinə gərən tərtərlilər, nəhayət ki, rahat nəfəs aldılar.
Əlbəttə, bu rahatlıqla bərabər qəlblərdə şəhid yarası, ömrünün bahar çağında gözünün nurunu, sağlamlığını itirən oğulların dərdi də var idi. Amma bu dərd Tərtər camaatını əymədi, əksinə onları müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşdirdi, ölkəmizin, dövlətimizin xoş gələcəyi naminə səfərbər etdi. Nəticələr göz qabağındadır. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri ilə ilk növbədə müharibənin rayonun infrastrukturuna, yaşayış evlərinə vurduğu ziyanlar aradan qaldırıldı.
Ötən il bu istiqamətdə Tərtər şəhərində tikinti və abadlıq-quruculuq işləri davam etmişdir. Bu gün şəhərin küçələri müasir memarlığın tələblərinə uyğun yenidən qurulur. Bir sıra işlər, o cümlədən Tərtər Peşə məktəbinin əsaslı təmiri, bir sıra küçələrin abadlaşdırılması yekunlaşmış, yeni yaşıllıq zolaqları salınmış, işıq, qaz, telekommunikasiya xətləri təmir edilmiş, ehtiyac olan ərazilərdə divarlar aqlay və bəzək daşları ilə üzlənmişdir. Bunlardan əlavə, respublika və yerli əhəmiyyətli avtomobil yollarında cari təmir işləri görülmüşdür.
Tərtər şəhərinin Mehdi Hüseynzadə, Mahir Əsədov və Rasim Mürsəlov küçələrində aparılan abadlıq işləri başa çatmışdır. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, səkilərə asfalt döşənib, yeni yaşıllıq zolaqları yaradılıb, işıq, qaz, telekommunikasıya xətləri qaydaya salınıb. Daha ətraflı »
Yeni ismarıclar