Bir ailə tanıyırdım. M ə mməd Aslan bir dəfə yazmışdı o ailədən. Oxumuşdum həmin yazını. Məndə dərin təəssürat oyatmışdı. Sabir Paşayevin necə böyük bir “İNSAN” olduğunu, ailəsinə hansı hörmət və səmimiyyət ucalığından yanaşdığını hiss etmişdim. Düşünmüşdüm ki, kaş bütün azərbaycanlı ailələrdə belə mehriban və qarşılıqlı anlaşma mühiti mövcud olaydı, belə tərbiyə təlqin ediləydi!…
Sabir Paşayevlə şəxsi tanışlıqdan sonra məndə yaranmış xoş təəssüratın həyati gərçəkliyini gördüm.
Sonralar qismət elə gətirdi ki, onun oğlanları Ədalət, İlham və Ləyaqətlə, qızı Məhəbbət xanımla aramızda ünsiyyət telləri yarandı və ümumiyyətlə, bu ailə mənim üçün doğmalaşdı…
Qarabağ müharibəsi sanballı el ağsaqqalı, tanınmış ziyalı, şair, ələlxüsus böyük “İNSAN” olan Sabir Paşayevin ailəsinə, bir çox azərbaycanlı ailələri kimi, gözlənilməz zərbələr vurdu, fəlakətlər gətirdi. Əvvəlcə özünün ürəyi dözməyib, param-parça oldu. Elə təmiz və halal ürəklər adi təsirdən də sarsılır. Handa da qala növbəti erməni fitnəkarlığına və dəhşətinə dözə! Sabir müəllimin ürəyi bu alçaqlığa dözə bilməzdi, dözmədi də!
Sonra ali təhsilli və ələlxüsus qeyrətli oğulları Ədalət və Evarist Paşayevlər Qarabağ müharibəsində şəhid oldular. Qızı Məhəbbət Paşayeva və digər oğlu İlham Paşayev atəşkəsə qədər qanlı savaş meydanlarından çəkilmədilər. Məhəbbət xanım Tərtərin baş həkimi kimi, İlham isə bir döyüşçü kimi. Neçə dəfə ölümün içindən keçdilər, dəhşətlər yaşadılar, amma geri dönmədilər. Çünki arxada Tərtər və böyük anlamda VƏTƏN vardı. (Onların keçdikləri müharibə yolundan nə vaxtsa kitablar yazılacaq–hər vərəqi qanlı döyüş səhnələrinin canlı salnaməsi olacaq).
…1970-ci illərdə nüfuzlu el adamı və ləngərli ziyalı Sabir Paşayev Tərtər şəhər 2 saylı tam orta məktəbin direktoru idi. Yaşımız xeyli fərqli olsa da, biz biri-birimizə xüsusi ehtiram göstərirdik və bu səmimi münasibət üçün şair Məmməd Aslan aramızda körpü olmuşdu. Hərdənbir üçlükdə “şeir məclisi” düzənlərdik. Daha ətraflı »
-
20MayDigər VƏTƏN FƏDAİSİ üçün şərhlər bağlıdır
-
20Mayİdman ŞƏRƏF İŞİ üçün şərhlər bağlıdır
İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.
Heydər Əliyev
Dünya ölkələri öz mədəniyyəti, milli-mənəvi dəyərləri ilə yanaşı, idman sahəsi ilə də tanınır. Dövlətimiz uğur əldə etmiş idmançıların dünyada tanınması, onların bu sahəyə marağının daha da artması üçün əlindən gələni əsirgəmir. Çünki əhalinin sağlamlığı vacib məsələdir. İdman sağlamlıq, həyat, gümrahlıq, bir sözlə, yaşamaq üçün vacib olan bir amildir. Ən azından sağlamlığımızın xətrinə idmanla məşğul olmalıyıq. Peşəkar həkimlər hər zaman bildirirlər ki, zərərli vərdişlər necə ki, insan ömrünü 10 il qısaldır, idmanla məşğul olmaq da əksinə ömrü 10 il artırır. İdmanın insan orqanizmi üçün bir çox xeyiri vardır: əhvalı yüksəldir, xroniki xəstəliklərin qarşısını alır, çəkinizi qoruyur, ürəyin və ağciyərin funksiyasını gücləndirir, yuxusuzluğu və təngnəfəsliyi aradan qaldırır.
Son zamanlar Tərtərdə Olimpia İdman kompleksinin tikintisi rayonumuzda idmana göstərilən qayğının nümunəsidir.
Rayonumuzda bu məsuliyyətli, şərəfli sahənin müəllimlərindən biri də Məmmədov Faiq Ələkbər oğludur. O, 1980-ci ildə Tərtər rayonunda dünyaya gəlib. Ailədə 3 bacı, 1 qardaş olublar. Şəhər 1 saylı tam orta məktəbi 1997-ci ildə bitirib. Politexnik Universitetinin iqtisadiyyat fakültəsinə 2001-ci ildə daxil olub. O, 2012-ci ildə İdman Akademiyasında təhsilini davam etdirib. Uşaq yaşlarından idmana böyük marağı olan Faiq Məmmədov 2004-cü ildə Azərbaycan Boks Federasiyasının lisenziyasına əsasən təyinatla Tərtər rayonuna boks müəllimi təyin olunub. 2010-cu ildən Uşaq Gənclər İdman məktəbində məşqçi müəllim kimi fəaliyyət göstərir. Uğurları bol olan Faiq müəllim 2009-cu ildə “İdman ustası” adına layiq görülüb. Daha ətraflı » -
08MayTərtər RİH-də “YENİ TƏRTƏR” QƏZETİNİN 85 İLLİK YUBİLEYİ TƏNTƏNƏYLƏ QEYD OLUNUB üçün şərhlər bağlıdır




Tərtər rayon qəzetinin ilk nömrəsinin nəşr olunmasından 85 il ötür.
Bu münasibətlə keçirilən yubiley tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad edib, “Yeni Tərtər” qəzetinin ötən dövr ərzindəki fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
Rayon ictimaiyyətinin nümayəndələrinin, ziyalıların, mərkəzi mətbuat nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Qəzetin redaktoru Tofiq Yusif çıxış edərək, mətbu orqanın tarixi, keçdiyi yoldan danışıb. Məlumat verilib ki, 1934-cü ildə “Kolxozçuların varlanması uğrunda” adı ilə fəaliyyətə başlayan qəzet 1937-ci ildən “Qızıl Bayraq”, 1991-ci ildən isə “Tərtər” adı ilə nəşr edilib. 1998-ci ildən fəaliyyəti dayanan qəzet 2005-ci ildən etibarən “Yeni Tərtər” adı ilə nəşr edilməyə başlanıb. “Yeni Tərtər” qəzeti hazırda ayda 3 dəfə 1500 nüsxə tirajla oxucuların görüşünə gəlir.
Qeyd olunub ki, 85 illik fəaliyyəti dövründə “Yeni Tərtər” qəzeti rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında baş vermiş hadisələri, yenilikləri oxuculara çatdırmaqla rayonun bu dövrə aid səlnaməsini yaradıb. Daha ətraflı » -
08MayTərtər RİH-də BORSUNLU KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Borsunlu kəndində oldu.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Borsunlu kənd İƏD üzrə nümayəndə Xaləddin Qarayev kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti və görülən işlər barədə məlumat verdi.
Sonra vətəndaşların müraciətləri dinlənildi. Daha ətraflı » -
08MayDigər Tərtər rayon qəzeti–85 il üçün şərhlər bağlıdır
HAMININ DOSTU OLMAĞI BACARAN QƏZET
Bünövrəsi 1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin nəşriylə qoyulmuş Azərbaycan qəzetçiliyi 144 illik çətin və şərəfli bir yol keçmişdir. Günümüzdəki mətbuat durumunun dumanlığında öz siması, dəsti-xətti ilə seçilən, “Əkinçi”nin ənənələrinin layiqli davamçısı sayıla biləcək az sayda mətbu orqanlardan biri də bu gün səksən beş yaşı tamam olan “Yeni Tərtər” qəzetidir.
Bu gün bu qəzetin bayramıdır, onun timsalında rayonumuzun, ümumilikdə isə mətbuatımızın bayramıdır.
“Yeni Tərtər” əyalət qəzetidir. Lakin səriştəli, savadlı, fundamental yazılarıyla, professional və obyektiv yanaşma tərziylə, çox geniş və əlvan tematikasıyla, günün aktual məsələlərinə sürətli reaksiyasıyla, oxucusuyla Ana dilində danışmasıyla mərkəzi Respublika qəzetləriylə bir sırada dayanmağı bacarır.
O, sosial mənşəyindən, təhsilindən, peşəsindən, yaşından asılı olmayaraq hamıyla ünsiyyət qurmağı və hamının dostu olmağı bacarır.
Rayon qəzeti tariximizin, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qısqanc bir təəssübkeşidir.
“Yeni Tərtər” ədəbi dilimizin saflığının onun normalarının qorunmasında əsl vətəndaşlıq mövqeyi nümayiş etdirir. Televiziyalarda, boz mətbuatda baş alıb gedən dil xətalarına onun səhifələrində rast gələ bilməzsən. Daha ətraflı » -
08MayDigər Şuşanın işğalından 27 il ötür üçün şərhlər bağlıdır
AZƏRBAYCANIN MİRVARİSİ
Şuşa şəhərinin intensiv surətdə atəşə tutulması 1992-ci il mayın 7-də başlayıb və mayın 8-i səhər saat 6-dək davam edib. Bu zaman təxminən 1000 düşmən əsgəri Şuşaya üç tərəfdən hücum edib. Bu hücumun həyata keçirilməsində düşmən 40 ədəd zirehli texnikadan istifadə edib.
1992-ci il mayın 8-də Şuşa şəhəri və eyniadlı rayonun 38 yaşayış məntəqəsi silahlı erməni qəsbkarları tərəfindən işğal olunub. Şuşa uğrunda döyüşlər zamanı 480 nəfər dinc sakin qətlə yetirilib, 600 nəfər yaralanıb, 1500 nəfər əlil olub, 552 uşaq yetim qalıb, 68 mülki vətəndaş girov götürülüb və ya itkin düşüb.
Şuşanın işğalı nəticəsində 23 min 156 nəfər azərbaycanlı daimi yaşayış yerindən qovulub. Bununla da Dağlıq Qarabağda etnik təmizləmə başa çatıb və bu ərazidə bir nəfər azərbaycanlı qalmayıb. Erməni silahlıları Şuşa şəhərinin çoxlu sayda tarixi və mədəni obyektlərini dağıdıblar. 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, turizm bazası, Şərq musiqi alətlər fabriki, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, 20 kitabxana işğal olunub, nadir əlyazmalar yandırılıb, məscid və dini abidələr yararsız hala salınıb. Ümumilikdə 279 dini, tarixi və mədəni abidə məhv edilib. Daha ətraflı » -
08MayTəhsil PARLAQ GƏLƏCƏYİN ÜFÜQLƏRİ üçün şərhlər bağlıdır
Təhsil xəzinədir, əmək onun açarı
Seyid Əzim ŞİRVANİ
Müasir təhsil metodlarından götürülən nümunələr əsasında ölkəmizdə tədris prosesi daha yüksək səviyyədə inkişaf edir. İstedadlı tələbələr gələcəkdə Azərbaycanın müxtəlif sahələrdə uğur qazanmasına səbəb olur. Ümummilli Lider Heydər Əliyev deyib: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”.
Xüsusilə, xarici dilləri öyrənmək gələcək karyera həyatında işləmək üçün insana kömək olur.
Abituriyentlər qarşısına qoyduğu məqsədə çatmaq üçün gündəlik dərs proqramlarına ciddi və məsuliyyətlə hazırlaşmalıdırlar.
Bu yazımla hər kəsi rayonumuzu tanıdan bir tələbə ilə tanış edəcəyəm. Yaqut Qurbanzadə 2001-ci ildə Tərtərin Səhlabad kəndində anadan olub. Ailənin kiçik övladı olan bu qız Tərtər şəhər 6 nömrəli tam orta məktəbin məzunudur. O, 2018-ci ildə imtahanda yüksək nəticələr əldə edərək 628 balla Xarici Dillər Universitetinin İngilis dili fakültəsinə qəbul olaraq tələbə adını qazandı.
Atası Eyvaz Qurbanov Qarabağ müharibəsi veteranıdır. Eyvaz Ağdərəətrafı və Qarabağ döyüşlərində iştirak edib. BDU-nun hüquq fakültəsini bitirdikdən sonra Tərtər və Goranboy rayonlarında müstəntiq işləyib. 6-cı sinifdə oxuyarkən atasını itirdiyini deyən Yaqut ailə yükünün qardaşının öhdəsinə düşdüyünü bildirdi. Daha ətraflı » -
08MayTəhsil AZƏRBAYCAN TOLERANTLIQ ƏNƏNƏLƏRİNDƏN MULTİKULTURALİZMƏ KEÇİD üçün şərhlər bağlıdır
Açar sözlər: tolerantlıq, multikulturälizm, din, forum
Tolerantlıq ruhu “Azərbaycan” adlı bədəndə mükəmməl tarazlıq və harmoniya halında minillərdir ki, yaşayır və inkişaf edir. Dünyanın bütün xalqları kimi Azərbaycan xalqı da bu günə tarixin çox çətin və rəhmsiz sınaqlarından keçərək gəlib çatmışdır. Lakin “azərbaycanlı” adlanan etnik mədəni fenomen heç vaxt başqasının yurduna, malına, elinə göz dikməyib, xor baxmayıb. Belə bir fakta nəzər salaq, 2016-cı il aprel döyüşü zamanı rus jurnalisti erməni qızlardan soruşur: “Azərbaycan ordusunun Xankəndinə girəcəyi sizi qorxutmur?”. Onların cavabı isə belə olur, “Yox, çünki Azərbaycan əsgərləri qadınlara, qocalara və uşaqlara toxunmurlar”.
Ən qədim zamanlardan ölkəmizin ərazisində dünyanın müxtəlif dini əqidələrinə sitayiş edən insanlar yaşamışdır. Lakin tarix boyu bu məmləkət də bir dəfə də olsun etnik müxtəliflik zəminində ayrı-seçkilik aktı baş verməmişdir. XIX əsrdə Azərbaycan maarifçiləri Şərq tarixində ilk dəfə olaraq islam ideologiyasının Avropa elm və texnologiyaları ilə birgə mövcudluğunun və harmoniyasının mümkün olduğunu və vacibliyini elan etmiş, islamda ən mübahisəli məqamlardan biri olan “cihad” fenomenini “insanın şəxsi cahilliyinə qarşı müharibə elan etməsi” kimi qiymətləndirmişlər. Daha ətraflı » -
08MaySosial ÜNVANLI SOSİAL YARDIMIN YENİ FORMASI- KİÇİK BİZNESİN İNKİŞAFINA DƏSTƏK üçün şərhlər bağlıdır
Ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin möhkəmləndirilməsi və maddi-rifah halının yüksəldilməsi sahəsinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu qayğının bariz nümunəsi aztəminatlı ailələrə aylıq ünvanlı sosial yardımın verilməsidir. Ehtiyac meyarına uyğun olaraq bu zümrədən olan ailələrdə yaşayan hər bir şəxs üçün dövlət tərəfindən maddi yardım ayrılır. Bu, neçə illərdir ki, belədir. Lakin ünvanlı sosial yardım hesablanarkən vətəndaşməmur münasibətlərində bəzi neqativ hallara yol verilirdi. Belə halların qarşısının alınması məqsədi ilə təmənnalı vətəndaş-məmur münasibətlərinin aradan qaldırılması üçün son zamanlar ünvanlı sosial yardımın hesablanmasının yeni forması–elektron variantı bu sistemdə tətbiq olunur.
Ünvanlı sosial yardımın azaldılması məqsədi ilə dövlət səviyyəsində kiçik biznesin inkişafına dəstək göstərilir.
Pensiya və müavinəti sosial yardım formasında ödənişlərlə təmin olunan 2,1 milyona yaxın insanı və ya ölkə əhalisinin təqribən 21 faizini əhatə edən sosial təminat sisteminin gücləndirilməsi və onun uzunmüddətli inkişafı üçün korrupsiya, süründürməçilik hallarından uzaq, tam şəffaf və sosial ədalət prinsipini təcəssüm etdirən və vətəndaş məmnunluğuna səbəb olan sosial təminat sisteminin qurulması islahatlar paketinin əsas hədəfini təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son dövrlərdə imzaladığı sərəncamlara əsasən aztəminatlı ailələrin güzəranının, yaxşılaşdırılması məqsədi ilə pensiyaların orta aylıq məbləğinin 160 manata, minumum orta aylıq əmək haqqının 180 manata çatdırılması, tələbə təqaüdlərinin, şəhid ailələrinə verilən müavinətlərin və s. nəzərəçarpacaq dərəcədə artırılması ölkə əhalisinə göstərilən dövlət qayğısının bariz nümunələridir. Hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 309 min nəfər əmək pensiyası, 509 min nəfər müxtəlif müavinətlər, 64 min nəfər Azərbaycan Prezidentinin təqaüdlərini, 50,2 min ailənin 200 mindən yuxarı üzvü isə sosial yardım alır. Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 340 milyon manatdan çox vəsait ödənilir. Daha ətraflı » -
08MayMilli-mənəvi dəyərlər MULTİKULTURALİZMİN AZƏRBAYCAN MODELİ üçün şərhlər bağlıdır
Multikulturalizm müxtəlif mədəni dəyərlərin dövlət tərəfindən tanınması və qorunması, bu dəyərlərin vahid cəmiyyətdə yerləşdirilməsidir.
Qədim zamanlardan ölkəmiz başqa vətəndaşları öz həmyerlilərimizdən ayırmayıb, onların özlərini qürbətdə hiss etməmələri üçün hər cür şərait yaradıb. Azərbaycanda etnik axınların hər zaman güclü baş tutmasına səbəb məhz torpağımızın münbitliyi, ölkəmizin dünyanın ən gözəl guşələrindən birində yerləşməsi, xalqımızın sülhsevər olmasıdır. Hal-hazırda yurdumuza gələn turistlər də xalqımızın qonaqpərvər olduğunu söyləyirlər. Ölkəmizdə multikulturalizm üçün hər cür şəraitin olması onların çox zaman vətənimizdə daimi məskən salmasına səbəb olur.
Ümummilli lider Heydər Əliyev deyib: “Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakteri baxımından yüksək tolerantlıq hissinə malikdir”. Ulu öndərin multikulturalizmlə bağlı həyata keçirdiyi siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. İlham Əliyev deyib: “Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib”.
Avropanın 15 universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunması sübut edir ki, dövlətimiz bu məsələyə xüsusi diqqət ayırıb.
Multikulturalizmin yaxşı və xoşagəlməz cəhətləri var. Daha ətraflı »


Yeni ismarıclar